Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Şirvanşahlar, Cənubi Azərbaycan xanlıqlarının türkçülük elementlərinin azərbaycançılıq ideologiyası tarixində rolu...
Tarix: 10.03.2016 / 01:50
Bölmə: Layihə
Bilirik ki, Azərbaycanın həm şimalında, həm də cənubunda müxtəlif xanlıqlar, sultanlıqlar mövcud olub. Bu xanlıqların da hər birinin azərbaycançılıq ideyasının inkişafında xüsusi rolu var. Azərbaycançılıq çərçivəsində xalqımızın dünənini, bu gününü araşdırmaq niyyətindəyik. Bugünkü mövzumuz Şirvanşahlar dövlətinin və Cənubi Azərbaycan xanlıqlarının bayraq və gerblərinə həsr edilib.
Şirvanşahlar və Cənubi Azərbaycan xanlıqlarının dövlətçilik simvolları haqqında danışmaq yerinə düşərdi.
Şirvanşahlar dövlətinin dövlətçilik simvolu olduğu ehtimal edilən gerb çap və virtual mənbələrdə yer alıb. Əlimizdə olan məlumatlarda gerbin şərhi ətraflı şəkildə verilib. Belə ki, gerbdə bir öküz başı və onun hər tərəfində bir şir təsvir edilib. Şirlər pəncəsini öküz başına tərəf uzadıb. Gerbdəki görüntülər sarı rəngdədir. Bu gerbin Şirvanşahlar dövlətinə məxsus olması mübahisəli mövzudur. Bu məsələdə tarixçi alimlərin fikri birmənalı deyil. Onların bir qismi bildirir ki, belə sadə gerbin Şirvanşahlara aid edilməsi düzgün deyil. Tarixçi alimlərdən professor Sara Aşurbəylinin Azərbaycan tarixşünaslığına gətirdiyi bu gerb hələ tam araşdırılmayıb. Bir qisim tarixçilər hesab edir ki, bəzi tarixi mənbələrdə bu gerbin Şirvanşahlara aid olduğunu təsdiqləyən dəlillər var. Yazılanlardan məlum olur ki, iki şahın - Şirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olan Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olub. İki şir, onların ortasında öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Gerbdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi. Nədənsə gerbin mənasını açıqlayanlar burada azərbaycançılıq-türkçülük elementlərini unudur. Şir türk mifologiyasında güc-qüvvət, hakimiyyət, haqq-ədalət rəmzidir. Öküz isə qədim türklərdə totem sayılıb. Hətta öküzə səcdə də edilib. Öküzün bərəkət simvolu olması danılmazdır. Odur ki, Şirvanşahların gerbindəki təsvirlər türkçülüklə səsləşir. Şirvanşahlar dövlətinin qurucuları türksoylular idi. Məlumatıma görə, onlarda saray dili türk dili olmayıb, rəsmi dilləri fars dili olub. Amma bu heç də o anlama gəlməli deyil ki, Şirvanşahlar azərbaycançı-türkçü olmayıb. Onların gerbində türkçülük simvolu əks olunubsa, demək, onlar azərbaycançı olub. Dil məsələsinə gəlincə, orta əsrlər dövründə Səfəvilərə qədərki bəzi dövlətlərin rəsmi dili fars dili idi. Bu da zamanın tələbindən irəli gəlirdi. Bu heç də o insanların milli, dini kimliyinə kölgə salmırdı. Fakt budur ki, Şirvanşahlar dövləti Şimali Azərbaycanda qurulub, uzun illər hökm sürüb, Şamaxıda, Bakıda zəngin sarayları olub. Bu gün də paytaxtımızda-İçəri Şəhərdə Şirvanşahlar Saray Kompleksi Qoruğu yaşayır. Dövlət qayğısı ilə əhatə olunan bu qoruğun qədimdən qalma binalarının, tikililərinin üzərində iki şir və öküz başı olan gerbi həkk olunub. Hazırda Şirvanşahlar Sarayı bir azərbaycançılıq məkanıdır. Burada Şirvanşahlar ailəsinə məxsus günbəzlər, kitabələr, Seyid Yəhya Bakuvinin məzarı, türbəsi qalmaqdadır. Demək olar ki, bu saray hər gün uşaqların, gənclərin, orta və yaşlı nəslin ziyarət yeridir".
Cənubi Azərbaycan xanlıqlarından Təbriz və Xoy xanlıqlarına aid bayraqların izinə düşdük. Barəsində elə də ətraflı məlumatlar olmayan bu bayraqlar özündə türkçülük, islamçılıq mahiyyəti daşıyıb.
Tarixçi alimlər qeyd edir ki, 1804-cü ilin yayında I İran-Rusiya müharibəsinin başlanğıcında Sisianovun qoşunları İrəvan qalasını mühasirəyə alıb. Şahzadə Abbas Mirzə qoşunu ilə xanlığın köməyinə gəlsə də, vəziyyətin gərginliyi İrəvan xanlığının başçısı Məhəmməd xanla müttəfiqlik edən naxçıvanlı Kəlbalı xan İran hökmdarı Fətəli şah Qacara müraciət etmək məcburiyyətində qaldı. Tarixçilərin verdiyi bilgiyə görə, Fətəli şahın əmrilə Xoy və Təbriz xanlıqlarından göndərilən qoşun dəstələri irəvanlıların köməyinə gəldi. İyulun 15-də başa çatan və heç bir tərəfə qələbə gətirməyən döyüşdən geri çəkilən rus əsgərləri iki zəmburək və iki bayraq ələ keçirə bilib. Hər iki bayraq Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verilib. Bu bayraqlar Xoy və Təbriz xanlıqlarının bayraqlarıdır. Qardaş köməyinə gələn təbrizlilər və xoylular bu döyüşdə bayraqlarını itirdilər. Amma bu onlarda qətiyyən gərginlik yaratmadı. Burada bir məqama fikir verin, Fətəli şah da türkdür, Xoy və Təbriz xanlığını quran şəxslər də. Onlar İrəvanda düşmənlə üz-üzə qalan soydaşlarını, qanı bir, canı bir, dini bir qardaş və bacılarını düşməndən müdafiə etməyə gəldilər. Milli birlik elementləri tariximizi bəzəyir. Bu yardımlaşma da bu anlama xidmət edir. Xoy və Təbriz xanlıqlarının bayraqları hazırda Tiflisdə saxlanır. O bayraqların hansının Təbriz, hansının Xoy xanlığına aid olduğu göstərilmir. Bayraqlardan biri haqda belə danışmaq olar: bayrağın xara ipəkdən olan qumaşı moruğu rəngdədir. Onu da deyim ki, bizim xanlıqların çoxunun bayrağının rəngi moruğudur. Bayraq sapının yanındakı hissədə yuxarıdan aşağıya doğru qızıl saplarla çəkilən düzbucaqlıların içərisində həmin saplarla Quran ayələri və ifadələri verilib. İki cərgə ilə düzülən düzbucaqda "Allahdan başqa ilahi yoxdur", "Məhəmməd Allahın elçisidir" sözləri yazılıb. Bu ifadə bir neçə dəfə təkrar edilib. Bu sözlər elə toxunub ki, onun bir hissəsini bayrağın üz, bir hissəsini isə astar tərəfindən oxumaq olar. Düzbucaqların əmələ gətirdiyi sütun boyunca yuxarıdan aşağıya nəbati naxışlarla, kiçik xonçalarla bir-birindən ayrılan həmin ifadələr yerləşdirilib. Bayraq sapına paralel olan hissəsinin kənarlarında da bir cərgə nəbati medalyonlarla ayrılan "Bissimillahir rəhmanir rəhim" ifadəsi bir neçə dəfə təkrar olunub. Bayrağın orta hissəsində bir-birinin içərisində yerləşdirilən üç ayparanın təşkil etdiyi dördü bütöv və görünür, ikisi yarımçıq olan ellipsvari, onların arasında hər ikisi bütöv və bir yarımçıq olan dairəvi medalyon verilib. Qızıl saplarla tikilən bu medalyonların içərisində nəbati ornamentlər və ərəb yazısı salınıb. Nəstəliq xəttilə yazılan bu yazıda "Bissimillahir rəhmanir rəhim", "La ilahə ilallah, Məhəmmədə Rəsulallah", "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", "Ya fəttah" sözləri yazılıb və bir neçə dəfə təkrarlanıb. Özündə islam dəyərlərini əks etdirən, eyni zamanda da türkçülük elementlərini ifadə edən bu bayraq bir azərbaycançılıq simvolu olaraq tədqiqata cəlb ediləcəyi günü gözləyir. Qafqaz Hərbi Muzeyində Azərbaycan xanlıqlarına aid çoxlu bayraqlar, gerblər, materiallar var.
Cənubi Azərbaycan xanlığı ilə bağlı bayraqda diqqəti cəlb edən məqamların olduğunu deyən tarixçilər bildirir ki, bu bayrağın qumaşı əl ilə iki parçadan tikilib. Bayraqşünaslar yazır ki, bu parçanın xüsusi olaraq bayraq üçün toxunduğu ehtimal edilir. Tədqiqatçıların bildirdiyinə görə, bayrağın sapa taxılan torbacığı sarı-qızılı rəngli atlasdan tikilib. Hər iki üzündəki təsvirlər eynidir. Bayrağın sağ tərəfindən alt hissəsi başdan-ayağa süzülüb. Görünür, bayraq döyüş zamanı zədələnib. Bayrağın ortasının süzülməsinin qarşısını almaq üçün bərpaçı həmin hissəyə kobud yamaq salıb. Bayraq sapı sarı boya ilə rənglənib. Ucluğu qızıl suyuna çəkilən misdəndir. Qısa boru parçasına iki yarımkürədən ibarət içi boş "alma" taxılıb. "Alma"nın başına konus şəkilli borusu və zambağa bənzər naxışı olan neştərə oxşar ucluq salınıb. Ucluğun həndəsi naxışlarla bəzədilən "alma" hissəsinin iki halqası var. Bu halqalara 89 sm uzunluğu olan ipək burma saplardan toxunan qaytan vasitəsilə hər birinin ucluğu 21 sm olan qotazlar asılıb. 449 nömrəli inventar altında saxlanan beşguşə formalı ikinci bayrağın xara ipəkdən olan moruğu yerliyi qumaşı əl ilə bir-birinə tikilən müxtəlif həndəsi və nəbati beş parça zolağından və zolaqları dörd tərəfdən əhatə edən enli haşiyədən ibarətdir. Haşiyənin moruğu yerliyi üzərində içərisində romb olan səkkizləçəkli gül və səkkizguşəli ulduz olan səkkizləçəkli başqa bir gül salınıb. Bu bayraq muzeyə təhvil verilərkən tərtib edilən elmi pasportda onun İrəvan yanındakı döyüşdə əldə edildiyi qeyd edilib. Bu bayrağın da üzərində türkçülüyü ifadə edən elementlər çoxdur. Sadəcə, bayraq döyüş zamanı güllədən zədələndiyi üçün onun ortası deşilib. Bu bayrağın üzərinə də "Allah, Məhəmməd, Əli" kimi ifadələr yazılıb. Bayraqdakı səkkizguşəli ulduz, romb, nəbati naxışlar birbaşa türk elementləridir. Bu da ondan irəli gəlir ki, Xoy və Təbriz xanlıqları azərbaycançılıqla, türkçülüklə bağlı olub, onlar milli ənənələrə, tariximizə daim hörmət bəsləyib. Bu tarixdir. Tarixdə qələbə də, məğlubiyyət də yazılır. Azərbaycançılıq ruhu da tarixin bizə gətirib çıxardığı əvəzsiz bir düşüncə, ideologiyadır. Azərbaycançılıq, türkçülük, islam bizim adət-ənənəyə bağlılıq, milli mənsubiyyət, milli kimlik sistemimizi formalaşdırıb. Azərbaycanda mövcud olan bütün xanlıqlar azərbaycançılıq ruhunu daşıyıb və azərbaycançılığa xidmət edib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ