Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycan mühacirət ədəbiyyatı və azərbaycançılıq ideyası...

Image


Azərbaycançılıq ideyasının geniş tərənnümündən danışanda mütləq mühacirətdə yaranan milli ədəbiyyatımızdan və ədiblərimizdən söhbət açmalıyıq. Gizlin deyil ki, on illər boyu mühacirətdə böyük Azərbaycan ədəbiyyatı-mühacirət ədəbiyyatı yaradılıb, bu gün də yaradılır. Azərbaycan sevgisini, azərbaycançılıq məfkurəsini, milli düşüncəni, dövlətçilik ideyasını əməllərində yaşadanlar fikir və düşüncələrini ədəbiyyata çeviriblər.
Milli ədəbiyyatımızın mühacirət qolu olduqca zəngin, dərin, milli dövlətçilik ideyasına, azərbaycançılığa bağlı şəkildə inkişaf edib.
Ədəbiyyatşünasların verdiyi bilgiyə görə, Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir. Hələ orta əsrlərdə Azərbaycanın görkəmli qələm sahibləri Xətib Təbrizi və İmadəddin Nəsimi vətəndən kənarda yaşayıb-yaradıblar. XX əsrdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən vətəndən kənarda yaşamalarına baxmayaraq, Azərbaycan ədəbiyyatını inkişaf etdiriblər.
Ədəbiyyatşünaslar Azərbaycan mühacirət ədəbiyyatının inkişafını bir neçə mərhələyə ayırır. Birinci dövr 1909-1920-ci illərə təsadüf edir. Ədəbiyyatşünasların yazdığına görə, 1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. Alimlər qeyd edir ki, sözügedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika - Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Tədqiqatçılar onu da qeyd edir ki, İranda yaşadığı müddətdə Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun "İrani-novin" qəzetinin nəşrinə başlayıb. Bu qəzetdə onun ədəbi məqalələri, şeirləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də ədib məhz İranda olduğu dövrdə qələmə alıb. Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, "Türk ocağı" və "İttihad və tərəqqi" cəmiyyətlərində fəaliyyət götərirdilər.
Mühacirət ədəbiyyatının ikinci dövründən - 1920-1941-ci illərarası olan müddətdən yazan ədəbiyyatşünaslar qeyd edir ki, bu dövrün nümayəndələri olmuş ədəbi simalardan Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəyovun, Əhməd Cəfəroğlunun, K.Ödərin, H.Baykaranın, Almas İldırımın və başqalarının adlarını çəkmək olar. Alimlər bildirir ki, bu mərhələdə, daha dəqiq desək, 1924-cü ildə Məhəmməd Əmin Rəsulzadə İstanbulda azərbaycanlıların Milli Mərkəzini yaratdı. Azərbaycan mühacirət ədəbiyyatının, demək olar ki, bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idi. Onlar əmin idi ki, Azrbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır. Mühacirət ədəbiyyatının inkişafında M.Ə.Rəsulzadənin müstəsna rolu var. Mirzə Bala Məmmədzadə qeyd edir ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi. O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu. Alimlərin bildirdiyinə görə, 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdi. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdı. "Yeni Qafqazya", "Azəri-Türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi", "Qurtuluş" kimi jurnallar, "Bildiriş", "İstiqlal" və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.
Mühacirət ədəbiyyatının 1941-1991-ci illər dövrü haqqında fikir irəli sürən alimlər yazır ki, bu mərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin başlanması ilə eyni vaxta düşüb. Tədqiqatçılar yazır ki, almanlar tərəfindən əsir götürülən bir çox azərbaycanlılar siyasi səbəblər üzündən vətənə dönə bilməyib. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiyini zənn edirdi. Ona görə də əsirlikdən vətənə dönən əsgərlərin bir çoxu ya sürgün edilir, ya da həbs olunurdu. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçı və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyil. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də Azərbaycan ədəbiyyatının inkişafında az iş görməyib. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan "Azərbaycan" qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M.Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunur. Alimlər qeyd edir ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardı. Alimlər qeyd edir ki, Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər o dövrki İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət edib. Alimlərin qeyd etdiyinə görə, bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş verib. Bununla da Azərbaycan ədəbiyyatında "Cənub mövzusu" yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.
Alimlər qeyd edir ki, 1991-dən indiyədək xaricdə mühacirət ədəbiyyatını yaradanlar var. Onlar xarici ölkələrdə Azərbaycan ədəbiyyatı nümunələri yaradır.
Görkəmli ədəbi tənqidçi Vaqif Yusifli Azərbaycan mühacirət nəsrindən danışarkən qeyd edir ki, Azərbaycan mühacirət ədəbiyyatı anlayışı müasir ədəbiyyatşünaslığımızın tərkib hissəsinə daxil olub: "İndi yeni yazılan ədəbiyyat tarixi dərsliklərində də ayrıca "Mühacirət ədəbiyyatı" adlı bölmələr, fəsillər var. Ancaq mühacirət ədəbiyyatı deyilən prosesin öz tarixi bu anlayışın tam formalaşmasından çox-çox əvvəllər yaranıb. İndi qarşıda o vəzifə durur ki, mühacirət ədəbiyyatı sistemli şəkildə tədqiq olunsun, Azərbaycandan kənarda yaranan, lakin hər sətrində Azərbaycan həqiqətlərini əks etdirən əsərlər təhlil olunsun. Çünki bu əsərlər uzun müddət oxucuların əksəriyyətinə bəlli olmayıb. Əlbəttə, bu sahədə indiyə kimi müəyyən araşdırmalar aparılıb. Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Şamil Qurbanov, Vaqif Sultanlı, Asif Rüstəmli, Azər Turan, Bədirxan Əhmədov, Aybəniz Kəngərli və b. öz məqalə və monoqrafiyalarında mühacirət ədəbiyyatının ayrı-ayrı nümunələrindən söz açmışlar. Filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının "Azərbaycan mühacirət nəsri" monoqrafiyasını isə bu problemlə bağlı ilk sistemli elmi tədqiqat işi hesab etmək olar. Müasir ədəbiyyatşünaslıq üçün çox dəyərli olan bu monoqrafiya mühacirət ədəbiyyatının bir qolunu-nəsr əsərlərini tədqiq edir. Monoqrafiyanın ayrı-ayrı fəsillərinin adlarına diqqət yetirəndə də müəllifin tədqiq etdiyi mövzuya dərindən bələdliyini hiss edirsən: "Azərbaycan mühacirət ədəbiyyatı: elmi-nəzəri statusu və xronoloji sərhədləri", "Milli istiqlal hərəkatının inikası", "Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi", "Totalitar sovet rejiminin ifşası", "Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki", "Atatürkün bədii-sənədli obrazı". Göründüyü kimi, mühacirət nəsrində əhatə olunan problemlər çoxşaxəlidir".
V.Yusifli qeyd edir ki, əlbəttə, Azərbaycan mühacirət ədəbiyyatı azərbaycançılıq ideologiyasına əsaslanır və milliyyətçi, türkçü, vətənçi, istiqlalçı, xalqçı, hürriyyətçi və cumhuriyyətçi bir ədəbiyyatdır.
Tanınmış ədəbiyyat tənqidçisi Tehran Əlişanoğlu da mühacirət ədəbiyyatı haqqında maraqlı fikirlər irəli sürüb. Tənqidçinin yerli mətbuatda nəşr edilən "Mühacir ədəbiyyatşünasların gözü ilə" yazısında maraqlı qeydlər yer alıb. Tehran Əlişanoğlu yazır: "Mühacir ədəbiyyatşünasların gözü ilə mühacirətşünaslığın Azərbaycan ədəbiyyatşünaslığının bir sahəsi kimi irəli gəlməsi, formalaşmağa başlaması müstəqillik dövründən hesablanır. Nikpur Cabbarlı "Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri (araşdırma və tərtib)" (Bakı, "Təhsil", 2014) kitabında bu yolda ilk addımları, nəzəri və əməli qaynaqları 1980-ci illərin sonlarından, xalq yazıçısı, filologiya elmləri doktoru Elçinin gərgin və məhsuldar fəaliyyətində, elmi yazılarında tapır. Elçinin 1987-ci ildən Vətən Cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olub (Bircə elə o zaman Cəmiyyətin təsis etdiyi "Odlar yurdu" qəzetinin baş redaktoru olmuş Abid Tahirlini xatırlatsaq, kifayətdir). Yaş etibarilə daha sonrakı nəsli təmsil etsə də, Nikpur Cabbarlını da həmin dalğanın yetirdiyi mütəxəssislər sırasına aid etmək olar. Mühacirətşünaslıq sahəsində ardıcıl fəaliyyəti və Azərbaycan mühacirət ədəbiyyatı barəsində yeni-yeni tədqiqatları ilə Nikpur Cabbarlı elmi ictimaiyyətin rəğbətini qazana bilib. Onun "Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi" (Bakı, "Elm", 2001), "Mühacirət və klassik ədəbi irs" (Bakı, "Elm", 2003), "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (Bakı, "Elm", 2009), "Azərbaycan mühacirət nəsri" (Bakı: Elm və təhsil, 2011), "Azərbaycan mühacirət poeziyası (icmallar və portretlər)" (Bakı, "Elm və təhsil", 2014) əsərlərindən sonra qələmə aldığı "Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" monoqrafiyası (Bakı, "Elm və təhsil", 2015) bu fikrin daha bir əyani təsdiqi ola bilər. Əsər bu gün çox aktual bir məsələyə, XX əsr Azərbaycan ədəbiyyatı tarixinin yenidən dəyərləndirilməsi, müstəqillik illərinin bizə bəxş etdiyi obyektiv elmi prinsiplərlə yazılması məsələlərinə həsr olunub. Belə ki, bu problemin həllində mühacirət ədəbiyyatşünaslığının vaxtilə diqqətdən kənarda qalmış irsi mühüm rol oynaya bilər. N.Cabbarlının tədqiqatının əsas niyyəti məhz həmin irsi işıqlandırmaq, ədəbiyyat tarixçilərinin nəzərinə çatdırmaq, xidmətinə yönəltməkdir.
XX əsr Azərbaycan ədəbiyyatının müxtəlif qollarına münasibətdə metodoloji yanaşmanın fərqli xüsusiyyətlərini nəzərə çarpdırmaq üçün müəllif kitabını üç bölmədə strukturlaşdırmış ("Sovet Azərbaycanında ədəbi proses", "Məhəmmədhüseyn Şəhriyar mühacirət ədəbi tənqidində", "Mühacirət poeziyasına mühacir baxışı"), hər bir problem ətrafında mühacirət ədəbiyyatşünaslığının milli ədəbiyyata məhz sovet ədəbiyyatşünaslığından köklü şəkildə fərqlənən fikir mövqeyini, elmi konsepsiyalarını şərh edib. Təbii, sovet dönəmi ədəbiyyatşünaslarının bir qədər çərçivəli, qeyd-şərtlərlə, ideoloji kommunizm eynəyi taxıb səciyyələndirdiyi milli ədəbiyyatı mühacir ədəbiyyatşünaslar sərbəst şəkildə milli istiqlal və ideoloji azərbaycançılıq mövqeyindən şərh və təhlil edirdilər".
Ədəbiyyatşünas qeyd edir ki, bu platformadan yanaşanda H.Cavid, Ə.Cavad, C.Cabbarlı və digər istiqlal dövrü ədiblərinin sovet dönəmindəki yaradıcılığı da, sovet dövrünün yetirdiyi yeni nəsil şair və yazıçıların müqavimət ədəbiyyatı da, Cənub ədəbiyyatının ən parlaq ulduzu və zirvəsini təmsil edən M.Şəhriyar da, mühacirət ədəbiyyatının Vətən ədəbiyyatı yanında yeri və xidmətləri də tamam fərqli, obyektiv həqiqətlərə uyarlı və elmi baxımdan inandırıcı görünür: "Belə ki, mühacirət ədəbiyyatının önəmini ədəbiyyatşünaslıqsız, konkret olaraq M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məhəmmədzadə, Ə.V.Yurdsevər, S.Təkinər və başqalarının yaratdığı nəzəri və ideoloji bazasız təsəvvür etmək olmaz. Əslində, mühacirət ədəbiyyatşünaslığının milli ədəbiyyatın ayrı-ayrı nümayəndələri və problemlərinə dair istər kitab müəllifinin özünün, istərsə də digər tədqiqatçıların, az da olsa, araşdırma məqalələri mövcuddur".
Alim yazır ki, mühacirət ədəbiyyatşünaslığı və tənqidinin açdığı rakursdan baxıb demək istəyirsən: əgər biz sovet dönəmi ədəbiyyatında xalq nöqteyi-nəzəri, milliyyətçilik sevdası, azərbaycançılıq mündəricəsi axtarırıqsa, hər hansı yeni baxış uydurmağa hacət yoxdur, həmin yeni-elə mühacir ədəbiyyatşünasların ortaya qoyduğu köhnəsidir ki, var: "Yox, əgər həmin ədəbiyyatda daha da nələrsə tapmaq, digər qeyri- aspektlər də kəşf etmək istəyiriksə, bəlkə onda düşünməyinə dəyər...".
Reallıq budur ki, keçən əsrlərdən formalaşan Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycan alimlərinin tədqiqat obyektidir. Bu sahədə görülən işləri, yazılan kitabları yüksək qiymətləndiririk. Əlbəttə, bu yazıların hər biri azərbaycançılıq ideyasına, milli məfkurəyə, dövlətə, dövlətçiliyə xidmət edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ