Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azsaylı xalqların tarixi, bayram və mərasimləri, folklor örnəklərinin azərbaycançılıq ideologiyasında yeri...
Tarix: 02.03.2016 / 01:19
Bölmə: Layihə
Azərbaycanda müxtəlif xalqlar, toplumlar yaşayır və onların da hər birinin folklor mədəniyyəti, adət-ənənəsi, dili qorunur. Əsrlərdir bizimlə çiyin-çiyinə yaşayan azsaylı xalqlar cəmiyyətimizin həyatında böyük rol oynayır. Azərbaycanın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların nümayəndələri azərbaycançılığın təəssübünü çəkən, onu müdafiə edən insanlardır. Xalqımızın bir sıra bayramları var ki, onu ellikcə qeyd edirik.
Azsaylı xalqlar da bizimlə birgə Novruzu və digər bayramları, mərasimləri qeyd edir. Bununla yanaşı, hər bir xalqın da özünün ənənəvi dini və milli bayramları, folklor örnəkləri var.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu 2014-cü ildə "Azsaylı xalqların folkloru" adlı kitab meydana gətirib. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Muxtar Kazımoğlu (İmanov), tərtib edən və ön sözün müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı, redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov, rəyçilər isə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, albanşünas Bəxtiyar Adil oğlu Şahverdiyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Asiyyat Kamil qızı Tinayeva, AMEA Coğrafiya İnstitutunun Hidrologiya və su ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Cuma Həzrət oğlu Məmmədovdur.
Kitabın anatasiyasında qeyd edilir ki, mətnlər aşağıdakı şəxslər tərəfindən çevrilib.
1. Udi dilinin tərcüməsinə məsul şəxs Qəbələ rayonunun Nic qəsəbəsinin 3 saylı orta məktəbinin müəllimi Sevil Atayeva.
2. Avar dilinin tərcüməsinə məsul şəxs AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşı Cəmilə Keysərovskaya.
3. Saxur dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun Mina Nəzirova adına orta məktəbinin baş müəllimi Oqtay Camalov.
4. İngiloy dilinin tərcüməsinə məsul şəxs Zaqatala rayonunun Əliabad icra nümayəndəliyinin baş mühasibi Əlican Əlicanovdur.
"Azsaylı xalqların folkloru" adlı kitabda Azərbaycanda yaşayan müxtəlif xalqlardan, onların adından, mədəniyyətindən, folklorundan söhbət açılıb. Təbii, hər bir xalqın Azərbaycanın inkişafında, azərbaycançılığın formalaşmasında böyük rolu var və hər kəs bu şərəfli işə öz töhfəsini verib və verir də. Belə nəşrlərin həm çap, həm də elektron variantda təqdim edilməsi olduqca xeyirlidir. Bu həm də etibarlı istinad ünvanıdır. AMEA-nın Folklor İnstitutunun bu nəcib işi çox dəyərlidir.
Sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, albanşünas Bəxtiyar Şahverdiyevin nəşrdə yer alan "Qafqaz Albaniyasının əski qafqazdilli sakinlərindən çilb (avar), ÇİQB (saxur, gel ingiloy) və udinlər barədə bəzi qeydlər" məqaləsində məşhur coğrafiyaşünas Strabona istinadən yazılana görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər: "Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadır.
Bunlardan ən çoxsaylısı avarlardır ki, onların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskundur. Hazırda Dağıstanın ən çoxsaylı xalqı hesab olunurlar. Azərbaycanın isə sayca altıncı etnik qrupudur. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasion tipinə aiddirlər, kəllə quruluşlarına, saç və gözlərinin rənginə görə avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) tipinə aid olan Azərbaycan türklərindən fərqlənirlər. Ümumi saylarının 500-600 min civarında olduğu bildirilir. "Avar" adı onlara kənardan verilmiş addır. Özlərini "tsolb" adlandırırlar. Tarixi mənbələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edilmiş "çilb" və ya "silv" şəklində, qədim Albaniyanın xalqlarından biri kimi qeydə alıb. Kənardan verilən "avar" adına görə onları çox zaman VI-VIII əsrlədə mövcud olan və Şərqi Avropanın böyük bir hissəsini hakimiyyəti altına alan böyük Türk-Avar Xaqanlığını quran avar türkləri ilə qarışdırırlar. Həqiqət isə bundan ibarətdir ki, tsolbavarların türk avarlarla heç bir etnik və dil qohumluğu yoxdur".
B.Şahverdiyevin yazdığına görə, görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox xalqları kimi Avar Xaqanlığının təbəələri olub və ya əsgər kimi türk-avar ordusunda xidmət edib və bu üzdən "avar" adı yanlış olaraq onlara da şamil edilib: "Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdığı qəbul edilsə də, əslində bunlar qohum dillər olmasına rəğmən, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə "andiyalı" və ya "andok" kimi tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanıb. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşib-Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyalıların (andokların) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşib-Avarskoye Koysu.
E.ə. IX-VII əsrlərə aid Aşşur mənbələrində Dağıstanın adı andiyalıların adından törəmə olan "Andiya" kimi çəkilməkdə və onun Manna dövlətinin əyalətindən biri olduğu qeyd edilməkdədir. Həmin əyalətlə qonşu olan başqa bir Manna əyaləti isə "Durdukka" adlanmaqdadır ki, bu da durdzuk adının Aşşur dilindəki təhrifindən başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda yaşayan çeçenləri "durdzuk" deyə adlandırır. Yeri gəlmişkən, qeyd edək ki, eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Manna vilayətinin adı "Mazamua" kimi çəkilir ki, bu toponimlə Mazımçay hidronimi arasındakı eyniliyi görməmək mümkün deyil. Azərbaycanda məskun olan avarlarla qonşuluqda digər azsaylı qafqazdilli xalqlar da yaşayır ki, bunlardan saxurların və ingiloyların adını xüsusi çəkmək lazımdır".
Alim qeyd edir ki, saxurlar Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsilə həmsərhəd olan Rutul rayonunda yaşayır. İber-Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar: "Saxur" adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları 30 mindən bir qədər çox olan saxurlar özlərinə "yixv" deyirlər ki, tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın bir qədər təhrif edilmiş forması olan "çiqb" kimi Qafqaz Albaniyasının sakinlərindən biri kimi qeydə alıb. İngiloylara gəlincə, əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən bu xalqın nümayəndələri I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Tarixi mənbələrdə onlardan "gel" (qel) adı altında, Qafqaz Albaniyasının sakinlərindən biri kimi söz açılır. Qafqaz Albaniyasının qafqazdilli xalqlarndan danışarkən, udinlərin üzərində xüsusi durmağa çox böyük ehtiyac var. Şərqi Qafqazda qədim xalqlardan biri olan və özlərini "udi" adlandıran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlara Rusiya, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və başqa ölkələrdə də rast gəlmək mümkündür. Udinlər udin dilində danışır, dinləri xristianlıqdır. Alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox yayılıb. Lakin tarixi mənbələrin heç biri bunu təsdiqləmir. Əksinə, həm erməni, həm də alban qaynaqları birmənalı şəkildə bildirirlər ki, alban əlifbası məhz qarqar dili əsasında yaradılmışdı və bu dil əsrlər boyu Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa edib. Əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab edirlər. Lakin faktlar başqa şeyi diktə edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır. Abramzonun yazdığına görə isə, XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir. Yəni faktlar bu xalqın qıpçaq xalqı olduğunu sübut edir. Maraqlıdır ki, hazırda Avropanın bir çox kitabxana və əlyazma fondlarında bu dildə çox sayda alban ədəbiyyatı nümunəsi qorunub saxlanmaqdadır ki, onlardan Mxitar Qoşun "Törə Biriqi" kitabının, Kirakos Gəncəlinin "Tarix" kitabının II fəslinin, alban katalikosu Nersesin moizəsinin və s. adlarını çəkmək olar".
Filologiya elmləri üzrə fəlsəfə doktoru Asiyyat Tinayeva isə "Avar folkloru" yazısında bu xalqın folklor örnəklərindən söhbət açır. O qeyd edir ki, avar xalqı böyük folklor örnəklərinə sahibdir: "Folklor hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini özündə əks etdirən mənəvi sərvətidir. Hər bir xalqın tarixi, adət-ənənəsi, ictimai-siyasi düşüncəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi bütöv və özünəməxsus şəkildə onun folklorunda cəmlənib. Bu baxımdan Azərbaycanda yaşayan avarların foklor nümunələri maraq doğurur. Avarlar Azərbaycanın şimal-qərb bölgəsində - Zaqatala və Balakən, qismən də Qax rayonlarında yaşayır. Əhali əsasən əkinçilik, maldarlıq, tərəvəzçiliklə məşğul olur. Avar xalq ədəbiyyatı mövzu və məzmun baxımından rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda əmələ gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbiməsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərib. Qodu-qodu ilə bağlı olan nəğmələrin ilk iki sətri Azərbaycan dilindədir:
Qordi, qordi, qordina, Qordi salam vardina.
Bir çox atalar sözləri və zərbiməsəllər (məsələn, bir əldə iki qarpız tutmazlar), Molla Nəsrəddinlə bağlı olan lətifələr də buna əyani misal ola bilər.
Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə yanaşı, avar folklorunun özünəməxsus cəhətləri az deyil. Bu cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastanlarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət-ənənələrdə özünü göstərir.
Yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bayramını keçirir. Bundan başqa, yaz aylarında Rohi bog mərasimi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan yağış və gün istəmə mərasimi uşaqların və böyüklərin həvəslə keçirdiyi mərasimdir. Yağış istəmə mərasimində burcah və gün istəmə mərasimində maxara bişirilir və hər kəsə verilirdi. Sulu burcah (əriştə) yağış damlalarını, sac üstündə bişirilən saçaqlı maxara isə günəşi xatırladır.
Avar toy adətlərinin özünəməxsusluğuna gəldikdə isə, onu deyə bilərik ki, nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi keçirilir, evlənəcək oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrılırdı.
Avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təmbur çalaraq söylərdilər. "Xoçbar", "Baxtika", "Kamalil Başir" kimi xalq dastanları, Dağıstanda olduğu kimi, bu bölgədə də dillər əzbəridir. "Xoçbar" dastanında xalq qəhrəmanı Xoçbarın zülmkar xana ölüm anında belə boyun əymədiyini, "Kamalil Başir" dastanında gözəlliyi dillərdə dastan olan Kamalın oğlu Başirin gözəlliyinin başına bəla olmasından, atası tərəfindən öldürülməsindən danışılır. Bu dastanlardan biri olan "Baxtika"da göstərilən baş qəhrəman Baxtika avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbrahimxəlil xanla müttəfiq olan Umaxan çox gənc olan bacısını yaşlı xana ərə verir. Baxtika qardaşına üsyan etsə də, bunun heç bir faydasının olmaması, ər evinə getməyə məcbur qaldığından, çəkdiyi iztirablar dastanda öz əksini tapıb".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ