Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dövlət Bayrağımızın elementlərində azərbaycançılıq...
Tarix: 01.03.2016 / 01:39
Bölmə: Layihə
Azərbaycan Respublikası günü-gündən inkişaf edir, tərəqqiyə nail olur, yüzlərlə uğurlu işə imza atır. Azərbaycan dövlətinin müstəqillik rəmzi olan bayrağı, gerbi, himni, konstitusiyası və s. var. Onların hər biri tarixi əsaslar üzərindən, milli ideoloji kökdən bəhrələnib. Azərbaycanın dövlət rəmzləri, onların mənasının açılması, daşıdıqları ideyanın azərbaycanlılara çatdırılması mühüm məsələdir.
Bu rəmzlərin azərbaycançılığın yeni təbliğat üsulları vasitəsilə yayılması çox vacibdir. Hesab etmək olar ki, hazırda böyüklərlə müqayisədə məktəblilər və tələbələr Azərbaycanın dövlət rəmzlərinin daşıdığı mənalar haqda daha ətraflı məlumata malikdir.
Üçrəngli dövlət bayrağımızdan danışmaq istəyirik. O bayraq ki, 1918-ci ildə dahilərin zəkasından, fikir çarpışmasından doğulub, uzun illər sürgün həyatı yaşadıqdan sonra yenidən öz uca mərtəbəsinə yüksəlib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Tarixçi alimlərin verdiyi bilgiyə görə, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Dövlət Bayrağımızın yaradılması tariximizə şərəfli hadisə kimi yazılıb. O yazını bir kimsənin pozması mümkün olan iş deyil. Başlıcası, o bayraq könüllərimizdə, ideyalarımızda ucalıb. Odur ki, o, şüurlarda, beyinlərdə özünə məskən salıb.
Yəqin ki, Dövlət Bayrağımızın yaranması, onun ideya müəllifinin kimliyi, bayrağımızın azərbaycançılıq ideologiyası ilə doğmalığı kimi məsələlər hər bir oxucumuza maraqlı gəlir.
Tarixi mənbələrə istinad etsək görərik ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi ideyanın və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilən "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə" əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngli və sxematik təsviri adıçəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. Azərbaycan Respublikasının Dövlət Bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq, təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Bu, Dövlət Bayrağımızın görünüşü, ondan istifadə və s. haqda rəsmi məlumat idi. Tarixçilər qeyd edir ki, Azərbaycan dövlətinin üçrəngli bayrağı özündə azərbaycançılıq ideologiyasını daşıyan müqəddəs bir məfhumdur. Bayrağımızın tarixinə nəzər salan tarixçilər bildirir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda Azərbaycan Bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilən bayraq kimi qəbul etmək öz əksini tapırdı. Tarixçi alimlərin verdiyi bilgiyə görə, bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək mümkünsüz idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk Dövlət Bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edilib. "Milli bayraq haqqında" Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışa fikir versək, Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsilə tanış ola bilərik. Burada bütün rənglərin daşıdığı məna və ideya açıq şəkildə göstərilib. Burada qərara alınıb ki, Azərbaycan Bayrağının əvvəlki siması dəyişdirilsin. Yəni qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilən bayraq yenisilə əvəzlənsin. Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin. Bu rənglər təsadüfən seçilməyib. Bayrağın simvollarının mənası da çox aydın olmaqla yanaşı, tamamilə millidir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlılığını ifadə edir. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Gördüyümüz kimi, mavi-göy rəng tam olaraq əsaslandırılıb. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Böyük azərbaycançı, dahi Əli bəy Hüseynzadə Turan yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!".
Tədqiqatçıların bildirdiyinə görə, Əli bəy bununla xalqımızı tərəqqiyə çağırırdı. Bayrağımızdakı qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Yaşıl rəng islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.
Tədqiqatçılar bayrağımızın üzərindəki ay-ulduzun mənasını belə şərh edir. Onlar yazır ki, bu bir qədər aydın olmayan məsələdir. Belə ki, Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Çox istəyərdik ki, ay-ulduzun da simvolik mənası açılsın.
Bəzi tarixçilər hesab edir ki, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.
Mətbuatın yazdığına görə, tarixçi Cəbi Bəhramovun sözlərinə görə, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır" deyə alim bildirib.
Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli də özünəməxsus şəkildə açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".
Yeri gəlmişkən, müxtəlif guşəli ulduzların təsvirlərinin izlərinin dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədar olduğu bildirilir. Azərbaycan Bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunur və səkkiz guşə səkkiz türk xalqının simvolu kimi xarakterizə edilir.
Azərbaycanın böyük ədibi Cəfər Cabbarlı "Azərbaycan Bayrağına" şeirində yazır:
Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşayor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu,
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Azərbaycan Bayrağı 1990-cı il noyabrın 17-nə qədər dustaq həyatı yaşasa da, həmin tarixdə yenidən azadlığa qovuşdu. Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cumhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən dalğalanmağa başlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan Bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunan dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m, kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınan bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Azərbaycançılığın əsas ünvanlarından olan Dövlət Bayrağı Meydanı hər bir azərbaycanlının ürəyində qürur hissi yaradır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ