Bazar günü günü, 22 noyabr 2026
     

Beynəlxalq Xocalı harayları və azərbaycançılıq ideyasının yayılması...

Image


(Əvvəli ötən sayımızda)
Xocalı adı gələndə gözlərimiz önündə sonsuz qan gölü canlanır, qulaqlarımıza tükürpədici səslər, ah-nalələr, amansız yağının silahlarının səsi gəlir. Bir gecədə qanına qəltan edilən şəhərdən danışanda ilk yadımıza Xocalı düşür və bu bizi çox ağrıdır. Heç vaxt o ağrını sözlə dəqiqliyinə qədər ifadə edə bilmirik. Söz nə etsin, belə dərdlərin qabağında bəzən heydən düşür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycan şəhəri Xocalıda törətdiyi qətliamın, soyqırım aktının 24 illiyidir.
Bildirək ki, həmin dövrdə dünya mətbuatının diqqəti Xocalıda baş verənlərə yönəlmişdi. Xocalı soyqırımına dair dünya mətbuatının məlumatları bu soyqırım barədə həqiqətlərin dünyaya yayılmasına böyük təkan verdi. "Krua l’Eveneman" jurnalı (Paris) 25 fevral 1992-ci il: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər".
"Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər".
"Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq edib ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir".
"Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınıb, körpə qızın ancaq başı qalıb".
"İzvestiya" (Moskva), 4 mart 1992-ci il: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilib. Kişilərin skalpları götürülüb".
"Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: "General Polyakov bildirib ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalıb".
"Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır".
"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: "Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".
"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər".
R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olub): "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
Xocalı soyqırımında şahidlərin ifadələri də tədqiqat materialında yer alır.
Xocalı soyqırımının şahidi Sənubər Ələkbərova: "Biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Mən saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can verirdilər...".
Canan Orucova: "Mənim oğlumu güllələdilər. Onun 16 yaşı vardı. İki əkiz uşağı olan 23 yaşlı qızımı və 18 yaşlı, hamilə olan o biri qızımı girov götürdülər...".
Səriyyə Talıbova: "Bizi erməni qəbiristanlığına gətirdilər... Şəhərimizdə sığınacaq tapmış 4 cavan mesxeti türkünün, habelə 3 azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Sonra uşaqlara öz valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular...".
Heydərov Camal Əbdülhüseyn oğlu: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".
Heydərov Şahin Zülfüqar oğlu Naxçıvanik kəndi yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınıb, başları kəsilib. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Fəxrəddin Səlimov, Mikayıl Səlimov da qətlə yetirilənlər arasında olub.
Hümbətov Cəlil Hümbətəli oğlu - ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.
Paşayeva Kübra Adil qızı - Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşüb. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olub.
Əmirova Xəzəngül Təvəkkül qızı - Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürüb. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.
Əliyeva Zoya Əli qızı - 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölüb.
Mustafayeva Kübra Əliş qızı: "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişlər". Kərimova Səidə Qurban qızı: "12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər".
Nəcəfov Əli Ağami oğlu: "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər".

Beynəlxalq aləmdə tanınması...

Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb.
"Memorial" hüquq-müdafiə mərkəzinin hesabatında Xocalı soyqırımı təfsilatı ilə əksini tapıb. Əhalinin çıxması üçün azad dəhliz haqqında qeyd edən hüquq-müdafiə mərkəzi bildirir ki, Ağdam və Bakıda "Memorial"ın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual ediblər. Soruşulanlardan ancaq biri söyləyib ki, dəhliz barədə məlumatı olub. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə atəşə tutulub və nəticədə çoxlu sayda insan həlak olub.
Şəhərdə qalmış əhalinin müqəddəratı haqqında qeyd edən hüquq-müdafiə mərkəzinin hesabatında yazılır ki, 1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil, torpaqdakı meyitlər fonunda, ermənilərin şəhərdə talançılıqla məşğul olduğunu göstərir. Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 ahısqa türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-də Azərbaycan tərəfinə Xocalı şəhərində və Ağdam yolunda əsir götürülmüş 700-ə qədər Xocalı sakini təhvil verilib. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi. Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanma şəraitindən də yazan təşkilat məlumat verir ki, müvəqqəti saxlanma izolyatorunun rəisi mayor Xaçaturyan əsirlərlə hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə verməyib. Xocalı sakinlərinin əmlakının talanmasına da diqqət çəkən mərkəzin yaydığı hesabatda bildirilir ki, şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməyiblər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardığı sakinlər də əmlaklarından heç nə götürməyiblər. "Memorial"ın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılıb.
"Memorial" hüquq-müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul edib) aşağıdakı maddələrinə kobud şəkildə ziddir:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən asılı olmayaraq və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
Maddə 9. Özbaşına həbslər, saxlanmalar və ya qovulmalar qadağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ var və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.
Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul edib) tam ziddir.
Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması: "Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə "silos" quyusuna töküb üzərini torpaqladılar.
Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".
İ.Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb: "Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb: "Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib: "Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər.
Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".
Bu faktlar onu göstərir ki, ermənilərin Azərbaycan şəhəri Xocalıda törətdikləri soyqırımdan dünyanın xəbəri olub, sadəcə, özlərini eştiməzliyə vurublar.
Azərbaycan dövlətinin apardığı genişmiqyaslı iş sayəsində artıq Xocalıda baş verənlər bir sıra ölkələr tərəfindən pislənir. Dövlətimiz tərəfindən bir neçə xarici ölkədə Xocalı qurbanlarına abidələr ucaldılıb.
Bilirik ki, 2008-ci ildə Bakının Xətai rayonu ərazisində Xocalı şəhidlərinin xatirəsinə "Ana harayı" abidəsi ucaldılıb. Abidəni heykəltaraşlar Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov hazırlayıb.
Berlində də Xocalı abidəsi ucaldılıb. Abidə Almaniya paytaxtının Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılıb. Abidənin ucaldılmasının təşəbbüskarları Səlhab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı, onun həmmüəlliflərindən biri, artıq uzun illərdir Almaniyada yaşayan Azərbaycan rəssamı və heykəltəraşı İbrahim Əhraridir.
Qeyd edək ki, 2011-ci ilin may ayının 30-da baş tutan açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak etmişlər. Mərasimdə Şteqlits-Selendorf dairəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət məsələləri üzrə müşaviri xanım Kerstin-Ulrix Rixter-Kotovski, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari çıxış ediblər.
Türkiyənin paytaxtı Ankarada da Xocalı şəhidlərinin xatirəsinə Abidə Muzey Kompleksi yaradılıb. Qeyd edək ki, Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil edilən tədbirlər çərçivəsində 25 fevral 2016-cı il tarixində Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə Muzey Kompleksində xatirə tədbiri keçirilib. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Qızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Güney, tələbə və kursant nümayəndələrimiz çıxışlarda Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdiyi vəhşiliklərdən geniş şəkildə bəhs etmişlər, bir daha bu kimi cinayətlərin törədilməməsi üçün atılması zəruri olan addımlarla bağlı əsaslı tezislər irəli sürmüşlər. F.Bağırov çıxışı zamanı Xocalı Abidə Muzey Kompleksinin Azərbaycan və Türkiyənin birgə yaddaşını nümayiş etdirdiyini qeyd edərək, Xocalıda törədilmiş soyqırımın yaddaşlarda daimi olaraq yaşadılmasının zəruri olduğunu vurğulayıb.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən bu işlərin hamısı bir azərbaycançılıq işidir və tarixi faciəmizin dünyaya tanıdılmasında da hər bir azərbaycanlının rolu aşkar görünməlidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ