Bazar günü günü, 22 noyabr 2026
     

Multikulturalizmin beynəlxalq tanınması - azərbaycançılıq ideyasının praktik ifadə formalarından biri kimi...

Image


ABŞ Azərbaycandakı tolerantlıq mühitini, eləcə də multikulturalizm modelini hər zaman izləyib və ayrı-ayrı vaxtlarda bu ölkə rəsmiləri tərəfindən yayılan bəyanatlarda ölkəmizin bu uğuru təqdir edilib. Bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatı Azərbaycanın tolerantlıq modelini təqdir edən bəyannamə qəbul edib.
Məlumatlara görə, ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatasının fevralın 17-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannaməsi həqiqətən də təqdirəlayiqdir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun verdiyi məlumata görə, Senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul Yuta Senatının plenar iclasında çıxış edərək, Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.
Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra sözügedən bəyannamə oxunub.
Qeyd edək ki, bəyannamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əminamanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Bəyannamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Məlumatda 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Forumunun keçiriləcəyi də qeyd olunur. Sənəddə bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Məlumata görə, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Bəyannaməni Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.
Bunun böyük hadisə olduğunu qeyd edən politoloqlar hesab edir ki, bu gözəl ənənədir və bu ənənənin davamı başqa ştatlardan da gözlənir. Tarixçilərin bildirdiyinə görə, artıq bir neçə ildən sonra Azərbaycanın multikulturalizm modelini dünyada qəbul etməyən çox az ölkə qalacaq. Tarixçilər bildirir ki, Yuta ştatının Nümayəndələr Palatasında qəbul edilən bu bəyannamə Azərbaycanın müasir mənzərəsini əks etdirir.
Qeyd edək ki, Azərbaycandakı bu ideal mühit Amerikanın digər ştatlarında da təqdir edilir. Bu ilin yanvar ayında Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda ABŞ-ın nüfuzlu Koreya icması ilə görüş də olduqca əhəmiyyətə malikdir. Bunun əhəmiyyətli tərəfi bu icmanın da Azərbaycandakı multikulturalizm ənənəsinə ehtiram göstərməsidir. "Dinlərarası Harmoniyanın Təşviqi" devizi altında təşkil olunan görüş Koreya icması ilə bu səpkidə indiyədək keçirilən ilk tədbir olaraq tarixə düşüb.
Konsulluqdan Azərbaycan mətbuatına verilən məlumata görə, tədbirin başlıca məqsədi ABŞ-ın ən nüfuzlu icmalarından olan, təqribən 2 milyondan çox Koreya mənşəli amerikalını özündə birləşdirən Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.
Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu KCCD təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Koreya icmasının aparıcı nümayəndələri və Koreya media qurumlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayev həmin tədbirdə Azərbaycanın tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı danışıb.
Diplomat vurğulayıb ki, Azərbaycan və Koreya dillərinin eyni dil ailəsinə-Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır. KCCD təşkilatının rəhbəri Heypin İm və təşkilatın idarə heyətinin həmsədrləri Con Park və Uqi Kim belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək, səmərəli əməkdaşlıq üçün belə görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.
Qeyd edilib ki, Azərbaycanın tolerantlıq və multukulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayaraq, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsi zəruridir.
2016-cı ilin yanvarında ABŞ-dakı yəhudi icmasının ən nüfuzlu təşkilatlarından biri sayılan Amerikan-İsrail İctimai İşlər Komitəsinin (American İsrael Public Affairs Committee - AIPAC) dəstəyi ilə Florida ştatının Mayami şəhərində də tədbir keçirilib. Həmin tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycanda dərin köklər salan tolerantlıq mühiti formalaşıb, mövcuddur. O həmçinin vurğulayıb ki, cəmiyyətimizdə müxtəlif etnik, dini qruplara mənsub insanlar var və onlar ölkəmizdə sarsılmaz bir vəhdət içərisində yaşayır. Səfir o cümlədən əsrlər boyu Azərbaycanda məskunlaşmış yəhudi icmasının yerli cəmiyyətdən seçilmədən, rahat və təhlükəsiz bir şəraitdə həyat sürdüyünü qeyd edib. Diplomat coğrafi mövqe ilə yanaşı, Azərbaycan xalqının bu məkanı bənzərsiz bir məmləkətə çevirdiyini bildirib. Belə ki, səfir müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu, dini və etnik mənsubiyyətindən asılı olmayaraq əhaliyə eyni hüquqların tanındığını və dünyanın bir çox qabaqcıl ölkələrindən öncə qadınlara səsvermə hüququnun verildiyini qeyd edib: "Bu gün də ölkəmizdə dünyəvi və mütərəqqi dəyərləri təcəssüm etdirən tolerantlıq mühitinin möhkəmləndirilməsi Azərbaycan rəhbərliyinin prioritet kimi müəyyən etdiyi sahələrin ön sırasında gəlir. Bu yanaşma özlüyündə ekstremizmə qarşı mübarizənin effektiv bir elementidir".
AİPAC nümayəndələri, öz növbəsində, xüsusilə müsəlman dünyasında Azərbaycanın unikal tarix və ənənələrə malik olduğunu ifadə edərək, onun dünyada nümunə rolu oynadığını deyib və ölkə rəhbərliyinin apardığı praqmatik siyasət və ekstremizmə qarşı mübarizəni yüksək qiymətləndiriblər.
ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyət keçən ilin 30 oktyabr-4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizminə səyahət" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olub. Nümayəndə heyətinə Sinay məbədinin böyük ravvini Devid Volp rəhbərlik edib. Səfərin əsas məqsədlərindən biri dağ yəhudilərinin sinaqoquna müqəddəs Tövratın bağışlanması idi. Səfər çərçivəsində qonaqlar Quba soyqırımı memorial kompleksini ziyarət edib, Qırmızı qəsəbədə olub, Xarici İşlər Nazirliyində, Qafqaz Müsəlmanları İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçiriblər.
Qeyd edək ki, səfərlə bağlı nümayəndə heyətinin rəhbəri Devid Volpun ABŞ-da çıxan "Time" jurnalında dərc edilən "Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir" adlı məqaləsi diqqətçəkəndir və ölkəmizdəki mühitə verilən böyük dəyərdir. Müəllif yazır: "...Keçən həftənin şənbə günü səhər tezdən mən öz icmamın 50 üzvü ilə çox nadir bir təcrübə yaşadıq: biz birbaşa sinaqoqa getdik. Bu o qədər də əlamətdar olmayan bir hadisə kimi qəbul edilə bilər, ancaq dünyanın bir çox ölkələrinə səyahət edən hər bir kəs bilir ki, sinaqoqları ziyarət etmək elə də asan iş deyil. Dünyanın bir çox yerlərində sinaqoqlar sutkada 24 saat fəaliyyət göstərmir. Mənim təmsil etdiyim Los Anceles sinaqoqunda da binanın mühafizə işçiləri buraya gələn maşınların yük yerlərini yoxlayır. Dəfələrlə olub ki, mən xarici yəhudi icmalarına məktublar yazaraq, o şəhərlərdə kimlərinsə sinaqoqu ziyarət etmələrinə icazə vermələrini xahiş etmişəm. Mən tez-tez bu barədə düşünmüşəm ki, antiislam və antisemitizm əhval-ruhiyyələri gücləndirən mətləblər arasında bir fərq var. Bu da belə bir sadə faktla ifadə oluna bilər ki, məscidlər adətən mühafizə olunmur, əksər sinaqoqlar isə ciddi təhlükəsizlik tədbirləri ilə qorunur.
Bununla belə, bir müsəlman ölkəsinin şənbə günündə yəhudilər azad bir şəkildə sinaqoqa birbaşa daxil oldular və heç kim bu ziyarətçiləri nə sorğu-suala tutdu, nə də çantalarını yoxladı".
Məqalədə həmçinin vurğulanır: "Mən İsveçdə başımda kipa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda heç kəs buna görə sənə problem yaratmayacaq". Məqalə müəllifi yazır ki, yazdığını təsdiq edə bilər: "Bakı küçələrində bir həftəyə yaxın kipa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq görmədim. Bu, dünyada çox az rastlanan qeyri-adi bir nailiyyətdir. Azərbaycan başqa dini ənənələrin intişarını ehtiva edən iftixarlı və qədim tarixə malik bir ölkədir. Əhalisinin 90 faizini sünnilərlə şiə əksəriyyətli müsəlmanların təşkil etməsinə baxmayaraq, burada yəhudilər özlərini rahat və hörmətli vətəndaşlar kimi hiss edir. Bunu digər dini azlıqlar haqqında da demək olar. Bizim Azərbaycana səfərimizin əsas məqsədi Bakının dağ yəhudilərinə Tövratı təqdim etmək idi. Bu ölkədə yaşayan 30 min yəhudi arasında dağ yəhudilərinin min illər əvvəllərə gedib çıxan çox qədim bir tarixi var".
Həmin məqalədə müəllif qeyd edir ki, Azərbaycandakı mövcud tolerantlıq bir nümunədir, amma dünyanın o biri hissəsində tolerantlığa qarşı güclü təzyiqlər var: "Dözümsüzlüyün artdığı və inkişafın böyük təhlükə altında olduğu bu dünyada Azərbaycandan öyrəniləsi çox şey var. Bu kiçik, düşmənçilik yox, dostluq, sülh istəyən ölkənin gördüyü işləri nəzərə alıb qiymətləndirməyin əsl vaxtıdır". Dünyadan Azərbaycana baxış bizim üçün çox maraqlıdır. Bizim ölkəmiz artıq dünyaya multikulturalizm və tolerantlıq saçan bir günəşə bənzəyir. Bu günəşin istisi, işığı hər kəsə gərəkdir...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ