Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycanın multikulturalizm modelinin beynəlxalq tanınması azərbaycançılıq ideyasının mühüm praktik təzahürlərindən biri kimi...

Image


Beynəlxalq aləmdə Azərbaycanın multikulturalizm modeli yüksək səviyyədə qəbul edilir. Bilirik ki, artıq dünyanın bir sıra beynəlxalq rəsmi qurumları, elm dairələri, alim və fikir adamları, siyasətçilər ölkəmizdə hökm sürən bu saf mühiti alqışlayır, onu qiymətli nümunə kimi bütün dünyaya təqdim edirlər.
Respublikamızda əsrlərdən bəri davam edən tolerantlıq ab-havası yalnız dinlə bağlı özünü göstərmir, bu, mədəni müxtəlifliyə, insanların bir-birinə münasibətinə də xüsusi təsir göstərir. Qeyd edək ki, tolerantlıq, multikulturalizm özündə ən müxtəlif məsələləri birləşdirir, ifadə edir. Ekspertlər qeyd edir ki, Azərbaycan həm islam ölkələri üçün multikultural və tolerant bir ölkə nümunəsidir, həm də başqa dinlər üçün. Azərbaycanda olan bu nümunəvi modeli rəsmi qurumlarımız dünyaya hərtərəfli şəkildə yayır və bunun da uğurlu nəticələri meydana çıxır.
Azərbaycanın tolerant mühiti həqiqətən nümunəvidir. Mətbuatda gedən fikirlərə görə, hətta Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri xanım Enn Dersi müsahibələrinin birində "Azərbaycan dünyaya neft-qaz ixrac edən ölkə kimi tanınır. Lakin mən Azərbaycanda fəaliyyət göstərdiyim dövrdə gördüyüm mühiti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan tolerantlıq mühitini dünyaya ixrac edə bilər" fikrini irəli sürürdü. Xanım Dersi yanılmayıb, bu gün Azərbaycan həqiqətən də dünyaya multikulturalizm, tolerantlıq adlı sərvət təqdim edib. Məlumdur ki, hazırda Azərbaycanda dövlət səviyyəsində böyük bir siyasət həyata keçirilir. Heydər Əliyev Fondunun xətti ilə burada çox böyük işlər görülür. Belə ki, Azərbaycanda son illər Prezident İlham Əliyevin birbaşa öz təşəbbüsü və iştirakı ilə həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də sivilizasiyalararası dialoqla əlaqədar çoxlu sayda beynəlxalq tədbir keçirilib. Azərbaycan bu tədbirlərə ev sahibliyi edib. Eyni zamanda Azərbaycandan kənarda, xaricdə Heydər Əliyev Fondunun birbaşa himayəsi altında Avropa və Asiya ölkələrində çoxsaylı tədbir keçirilib. Bu tədbirlərdə həm Azərbaycan, həm də xarici mütəxəssislər iştirak edib. Azərbaycanda olan tolerant mühitin dünyaya çatdırılması üçün çox böyük tədbirlər görülüb. Təbii ki, əvvəllər də belə tədbirlər həyata keçirilib. Bəli, indi Azərbaycan bütün bəşəriyyət tərəfindən sülh, əminamanlığın, mədəni müxtəlifliyin və birgə yaşayış qaydalarının hökm sürdüyü bir məkan olaraq qəbul edilir.
Qeyd edək ki, keçən il Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında "Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli" başlıqlı simpozium keçirilib. Bu simpoziumda Azərbaycanın gerçək mədəni mənzərəsi nümayiş etdirilib.
Məlum olduğu kimi, həmin simpozium Azərbaycanın AFR-dəki Səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Alman-Azərbaycan Forumu və Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının birgə təşkilatçılığı ilə baş tutub. Xatırladaq ki, həmin tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, professor Kamal Abdulla dünyada multikulturalizm ideyalarının tarixi barədə danışıb və Azərbaycanda mövcud olan multikultural mühitin xüsusiyyətlərinin təhlilinə həsr edilən məruzə ilə çıxış edib.
K.Abdulla bildirib: "Azərbaycanda multikulturalizm həm əhalinin mentalitetindən irəli gələn dəyərdir, həm də ulu öndər Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət qayğısı ilə qorunur".
Artıq dünya da anlayır ki, Azərbaycanda tamamilə dinc mühit formalaşıb. Təbii ki, bütün Azərbaycan vətəndaşlarını narahat edən bircə məsələ var - bu da ermənilərin Azərbaycana təcavüzü və torpaqlarımızı hələ də işğal altında saxlamasıdır. Bu ağrını ellikcə hiss edirik.
Mövzu ilə bağlı Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə bildirib ki, dünyada dini, etnik, irqi, milli zəmində baş verən münaqişələr, irqçilik, habelə islamafobiya halları, insan haqlarının kütləvi şəkildə pozulması kimi halların aradan qaldırılmasında tolerantlıq və multikulturalizmin əhəmiyyəti böyükdür: "Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı milli-etnik və dini müxtəliflikdən ölkəmizi münaqişələrə cəlb etmək üçün olunan cəhdlərin ümummilli liderimiz Heydər Əliyevin başlatdığı uzaqgörən siyasət nəticəsində iflasa uğradığını və hazırda dövlətin milli məsələlərdə apardığı incə siyasət nəticəsində ölkəmizdə milli birlik tam təmin olunub".
Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayerin Azərbaycanda tolerantlığı və müxtəlif dinlərin dinc yanaşı mövcudluğunu yüksək qiymətləndirməsi, bunun Avropa üçün xüsusilə hazırkı münaqişələr dövründə nümunə olduğunu vurğulaması da təqdirəlayiqdir. Çünki artıq Almaniyada rəsmi səviyyədə Azərbaycanda hökm sürən tolerant mühit və multikulturalizm etiraf edilir.
Qeyd edək ki, həmin yığıncaqda AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafını, iki ölkə arasında ikitərəfli və Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışan AFR hökumətinin təmsilçisi qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması multikulturalizmin uğurlu modelidir.
Xatırladaq ki, Berlin Humboldt Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Maria Aux nitqində Azərbaycanın etnik və dini xəritəsinin hazırkı vəziyyətini təsvir edib və bu müxtəlifliyin tarixi kökləri haqda ətraflı danışıb.
Tədbirdə Almaniyanın "Bayerischer Rundfunk" ictimai televiziyasının müxbiri Andrea Rotun müəllifi olduğu "Azərbaycan dini dözümlülük üçün nümunə" başlıqlı sənədli film nümayiş etdirilib və panel müzakirələri də yaddaqalan olub. Bu faktları ona görə yenidən yadınıza salırıq ki, onlar birbaşa Azərbaycandakı tolerantlığın, multikulturalizmin təbliği ilə bağlıdır.
Başqa bir fakt isə keçən ilin sentyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən konfransdır.
Görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətini qeyd edirdi. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini və burada aktual məsələlərin müzakirə edildiyini deyirdi.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare də Azərbaycandakı tolerant mühitin inkişafından danışırdı. Əslində Avropanın özəyindən dünyaya yayılan bu etirafların ölkəmizin şərəfinə səsləndirilməsi azərbaycanlılara böyük qürur verir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib. "Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik", - deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdir, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib.
Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, həmin konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirib: "Bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir".
Konfransda Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, digər ölkələrlə müqayisədə dini təriqətlərə fərqli baxış, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məqamların müzakirəyə cəlb edilməsinin daha aktual məsələ olduğu vurğulanıb.
Həmin yığıncaqda Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək ölkəmizdə yəhudilərin 7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və yəhudi evinin fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdirib və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər: "Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur".
Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə, siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkib. Qeyd edib ki, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyllərin yaranmamasına şərait yaradır: "Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür".
Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq mühitinin onda böyük maraq doğurduğunu, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı isə 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirib.
Həmin tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edir. Bütün bu uğurların təməlində Azərbaycan xalqının nadir mentaliteti dayanıb.
Alban-udin dini icmasının sədri Robert Mobili 170 il kilsədən uzaq düşən udin icmasının indi Azərbaycan dövlətinin qayğısı sayəsində yenidən kilsəyə qayıtdığını, ölkəmizdə udin etnosu üçün məktəblərin fəaliyyət göstərdiyini bildirib. Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu, onların ibadəti üçün heç bir problemin olmadığını qeyd edib. Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycan katoliklərinin də onlar üçün yaradılan münbit şəraitdən istifadə edərək, dini ayinləri sərbəst yerinə yetirdiyini və onlar üçün katolik kilsəsinin tikildiyini qeyd edib. Belə faktlar, fikirlər kifayət qədərdir. Bu və digər faktlar, çıxışlar, münasibətlər Azərbaycanda tolerantlıq və multikulturalizmin bütün dünya üçün mütərəqqi bir model olduğunu ortaya qoyur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ