Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türkoloji görüşlər - azərbaycançılığın mühüm istiqaməti kimi...
Tarix: 23.02.2016 / 00:41
Bölmə: Layihə
Prezident sərəncamının tarixi rolu...
II yazı
Bildiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bildirək ki, sözügedən Sərəncam alimlərin, türkoloqların, türk birliyinin tərəfdarı olan şəxslərin gözlədiyi bir hadisə idi. Bu hadisənin baş verməsi elm ictimaiyyətində, eləcə də siyasi və ictimai qurumlarda böyük sevinclə qarşılanıb.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın 90 illik yubileyinin bu il ölkəmizdə geniş səviyyədə qeyd edilməsi həqiqətən də böyük hadisədir və bu hadisənin sədasına dünya türkləri yığışacaq.
Xatırladaq ki, 2006-cı ilin fevral ayında Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsinin 80 illiyi tamam oldu və bu hadisə də Azərbaycan dövlətinin dəstəyi ilə geniş səviyyədə qeyd edildi. Bildirək ki, qurultay türkdilli xalqların tarix və etnoqrafiyasının, dil və ədəbiyyatlarının aktual problemlərinin həllində mühüm rol oynayıb, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoyub. Qurultayda müzakirə obyekti olan problemlər arasında türk dillərinin əlifba, orfoqrafiya və terminologiyası məsələləri xüsusi yer tutub, bu sırada isə yeni əlifbaya keçidi təmin etmək başlıca məqsəd olub.
Əlifba islahatı məsələsi Azərbaycanda XIX əsrdən başlayaraq, Mirzə Fətəli Axundov başda olmaqla, dövrün tərəqqipərvər ziyalılarının diqqət mərkəzində dayanıb. Həmin dövrdən etibarən Azərbaycan mədəniyyətinin inkişafını müəyyənləşdirən Avropa yönümlü maarifçilik hərəkatının nümayəndələri latın qrafikası əsasında tərtib olunmuş əlifba ideyası uğrunda mübarizə aparmışlar. Məhz buna görə belə mütərəqqi hərəkatın önündə gedən Azərbaycanın əlifba islahatlarının həyata keçirilməsində də qabaqcıl mövqe tutması təbii hal kimi qarşılanmalıdır. Hələ 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılmış "Yeni türk əlifba komitəsi"nin səyləri nəticəsində 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətlənib, bu isə yeni əlifbaya keçidlə bağlı tərəddüd edən türkdilli xalqların daha mütəşəkkil fəaliyyətinə təkan verib. Bu baxımdan türk dünyasında uzun illər ərzində aparılan mübahisə və müzakirələrə son qoymuş Türkoloji Qurultayın artıq dünya türkologiyasının mərkəzinə çevrilən Bakıda keçirilməsini qanunauyğun hal hesab etmək mümkündür. Qurultaydan sonra yeni əlifbanın tətbiqi xüsusilə geniş vüsət alsa da, təəssüf ki, 1940-cı ildə siyasi motivlərə görə qəti olaraq dayandırılıb.
Bununla belə, Azərbaycan xalqının qabaqcıl nümayəndələri sonralar da dilimizin inkişafı yolunda öz imkanları daxilində bu və ya digər dərəcədə fəaliyyət göstərmişlər. Əllinci illərin siyasi ab-havasında meydana çıxan yumşalma ana dili ilə bağlı proseslərin müsbət istiqamətdə sürətlənməsinə müəyyən təsir göstərib.
Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə dilimizin inkişafı yeni mahiyyət kəsb edib. Bu proses Azərbaycan dilinin tərəqqisində növbəti mərhələnin başlanğıcı olub. Həmin illərdən etibarən Azərbaycan dilinin istifadə dairəsi genişlənib, onun tədrisi və tədqiqi ilə məşğul olan müəssisələrə xüsusi qayğı göstərilməyə başlanıb. Azərbaycan dili sabiq Sovet İttifaqı xalqlarının dilləri arasında öz ölkəsinin Konstitusiyası ilə təsbit edilmiş az sayda dövlət dillərindən biri olub.
Tədqiqatçılar yazır ki, müstəqillik illərində dilimiz, sözün əsl mənasında, dövlət dili statusu qazanıb. Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli, 506 nömrəli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli, 552 nömrəli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər. Bütün bunlar Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabr 2005-ci il tarixdə türkdilli xalqların, eləcə də Azərbaycan xalqının mədəni həyatında böyük rol oynamış Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Azərbaycançılığa, onun ayrılmaz qolu olan türkçülüyə böyük xidmət olan bu tarixi sərəncam doğrudan da böyük əhəmiyyətə malikdir.
Bundan on bir il sonra isə I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamı indiyə qədər bu sahədə görülən işlərin, qəbul edilən sənədlərin məntiqi nəticəsidir. Hesab edirik ki, bu, yeni işlərin, tədqiqat materiallarının, gizli sənədlərin üzə çıxmasına böyük vasitə olacaq.
"Bilirik ki, azərbaycançılığın vacib qollarından biri də türkçülük və ümumtürk birliyidir. Ümumiyyətlə, bunun azərbaycançılıq ideologiyası kontekstində təhlilini necə vermək olar?" - sualı ilə Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalıya müraciət etdik.
Əkbər Qoşalı "Bakı-Xəbər"ə bildirdi ki, bu Sərəncamın böyük əhəmiyyəti var: "Xatırlayırsınızsa, dövlət başçımız I Türkoloji Qurultayın ötən yubileyində də müvafiq Sərəncam imzalamışdı. 90 illiklə bağlı Sərəncam dövlətçilik irsimizə, tarixə milli baxışa işıq salır, doğma hisslərin, milli duyğuların ötəri olmadığını, üstəlik, rəsmi sənədlərdə, hüquq müstəvisində təcalla tapdığını bir daha göstərir. Fikir verin, I Türkoloji Qurultayın türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq Sərəncam imzalayan cənab Prezident qeyd edir: "Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş, totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir. Bu yerdə, belə nəcib yanaşmaya, yüksək qiymətə görə dövlət başçımıza təşəkkür etməyi, şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar diləməyi özümə bir yazar, vətəndaş borcu bilirəm. Bu Sərəncamın tarixi önəmi dediyimiz məqamlarla yanaşı, bir də ondadır ki, türkologiya sahəsində yeniliklər, uğur, problem və perspektivlər geniş müzakirə müstəvisinə gətirilmiş olacaq. Bu planda, yeni imzaların üzə çıxmasına, uluslararası ölçüdə yeni tanışlıq və işbirliklərinə tanıq olacağımıza ümid edirəm. Ümid edirəm ki, dilimizin təmizlənməsi, təkmilləşməsi, habelə ortaq türkcə, ortaq türk əlifbası axtarışlarının həvəsləndirilməsi, daha doğrusu, peşəkarcasına aparılması baxımından da yararlı müzakirələr, yeni axtarış və sonuclar üçün təzə fürsətlər yaranacaq".
Əkbər Qoşalının sözlərinə görə, təbii ki, türkologiya yalnız dil, əlifba məsələləri ilə sınırlanmır, türkologiyanın digər qollarının da, öz uğurları, problemləri, fərqli mühitləri ilə, fərqli məktəblərini təmsil edən araşdırmaçıların müzakirəsinə cəlb edilməsi, eləcə də canlı görüşmələr bu elm sahəsinə təsirsiz qalmayacaq: "Habelə türkologiyanın "sovet türkologiyası" şinelindən çıxışının, yaxud "postsovet dönəmi türkologiyası", belə demək mümkünsə, "arı türkologiya" dönəminin incələnməsi yönündən yararları olacaq. Azərbaycançılıq ideologiyası baxımından yorumlamağa gəldikdə isə, ilk növbədə onu deyək ki, bu kamil mətnli Sərəncamı məhz Azərbaycan Prezidenti verib. Təbii, I Türkoloji Qurultay Azərbaycanda keçirilib, respublikamızda "Türkologiya" dərgisi çıxır, ünlü türkoloqlarımız var, mövzuya həm akademik, həm dövləti, həm də xəlqi münasibət var. Bir də, uzun danışmadan, yalnız əziz dövlət bayrağımızın 1-ci rəngini xatırlatmaq istərdim. Bax bu faktlar, aktlar özlüyündə azərbaycançılığın türkçülükdə, türkçülüyün azərbaycançılıqdakı yeri, mövqeyi məsələsinə aydınlıq gətirməkdədir...
Türkçülük, türk birliyi özünün şüar(çılıq) dövrünü də yaşayıb, necə deyərlər, enmə dövrünü də, qabarma dövrünü də... Bu gün biz bu mövzuya haqq etdiyi dərinlikdə və haqq etdiyi üfüqi genişliklə baxmağa borcluyuq. Mövzuya akademik münasibətin, layiqli dövlət və xalq münasibətinin varlığını bir daha vurğularkən, demək istərdim ki, dövlət başçımızın imzaladığı bu kamil sənəd türkologiyanın əzab görmüş klassiklərinin ruhunu şad edəcək, gənc türkoloqlara qol-qanad verəcək, yeni imkanlara səhnə olacaq".
Bəli, azərbaycançılıqla türkçülüyün vəhdətindən doğulan əlaqələr, meydana çıxın əsərlər, tədqiqat işləri, ortaq dil, yazı mədəniyyəti türk xalqının birliyini özündə ehtiva edir.
Bilirik ki, son illərin ən aktual məsələlərindən biri ortaq türk dili, ortaq yazı dili ilə bağlıdır ki, bu sahədə orta məxrəcə gəlinməlidir. Çünki bunu hər birimiz arzulayırıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ