çərşənbə günü, 18 mart 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qarabağ xanlığının dövlət rəmzlərində azərbaycançılıq nişanələri...
Tarix: 19.02.2016 / 01:09
Bölmə: Layihə
Azərbaycançılığın ünvanlarından biri olan qədim Qarabağ bu gün erməni tapdağındadır. Uzun əsrlər boyu ulu babalarımızın məskəni olan, xalqımızın tarixi izlərini yaşadan Qarabağın yaşı qədimdən qədimdir. Qarabağdan danışarkən gözlərimiz önünə ilk növbədə onun gözəlliyi, əsrarəngiz təbiəti, dəyərli insanları gəlir. Bir də ən çox Qarabağ xanlığı barəsində düşünürük.
Qüdrətli Azərbaycan xanlıqlarından biri olan Qarabağ xanlığının tarixi, onun azərbaycançılıq ideologiyasının formalaşmasında rolu, bu xanlığın simvolları-bayrağı, gerbi və s. haqda sizinlə fikrimizi bölüşmək niyyətindəyik.
Qeyd edək ki, Azərbaycan xanlıqlarının müasir Azərbaycan dövlətinin, dövlətçiliyinin formalaşmasında, azərbaycançılığın geniş miqyasda yayılmasında, şüurlarda, beyinlərdə, ürəklərdə özünə əbədi məskən salmasında gördüyü işlər danılmazdır. Xanlıqların mövcudluğu, onların dilimizin, dinimizin, mədəniyyətimizin, adət-ənənələrimizin yaşaması istiqamətində apardığı uğurlu siyasət bu gün öz bəhrəsini verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ xanlığı ilə bağlı çap etdirdiyi geniş məqalədə bu xanlığın Azərbaycanın dövlətçilik tarixində oynadığı misilsiz rol, azərbaycançılığa verdiyi töhfələr və s. barədə məlumat verilib. Qədim türk-oğuz diyarı Qarabağın özü bir yurd, ocaq yeri kimi dünyanın başlanğıcından mövcud olub. Qarabağ xanlığı isə Nadir şah Əfşar imperiyasının süqutundan sonra yaranıb. Tarixi mənbədə qeyd edilir: "Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanan, Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy (Pənah xan) Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olub. Qarabağ xanlığının vəziri olan tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırır, öz yaxın qulluqçuları sırasına alır və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapan, hər işdə fərqlənən, ad çıxaran, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilliyin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur. Mənbə - Tarix İnstitutu) şücaət göstərən Pənah xanı da öz yanına apardı".
Tarixi materiiallarda qeyd edilir ki, Muğan qurultayından sonra Nadir şah onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başladı: "Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərib. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti-Qarabağ xanlığı yarandı. Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifəsi onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunan türk-müsəlman əhalisini geri-doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı 15 yaşlı İbrahimxəlil də vardı".
Tarixçilər bildirir ki, Qarabağ xanlığı yarandığı gündən onun dəst-xətti azərbaycançılıq, türkçülük olub. Tədqiqatçılar yazır ki, xanlıq adət-ənənələrimizə, dinimizə, milli qəhrəmanlıq ənənəmizə böyük dəyər verib. Qarabağ xanlığının bu sahədə atdığı ilk addımlardan birinin 1748-ci ildə qədim Azərbaycan-türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasını inşa etdirmək olduğunu deyən tarixçilərin sözlərinə görə, bu qala azərbaycançılıqda müstəsna əhəmiyyət daşıyıb. Tədqiqatçılar yazır ki, xan bütün ailəsini, qohumlarını və el böyüklərinin əhli-əyalını Bayat qalasına yığdı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz, Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə, öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər. Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Qarabağ xanlığının vəziri olan Mirzə Camal yazırdı ki, müsəlman tarixi ilə 1161, xristian tarixilə 1745-ci ildə (mənbələrə görə bu 1748 olmalıdır) Adil şah Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzədilən qılıncla birgə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı. Adil şahın fərmanı gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından əvvəl, ondan asılı olmadan qazanıldı. Pənahəli bəy artıq xan kimi öz diyarını idarə edirdi.
Tədqiqatçıların yazdığına görə, Pənah xandan sonra Qarabağ xanlığının müstəqilliyini onun oğlu İbrahimxəlil xan qorumaqda davam edib. Qarabağ xanlığının dağıdılmasının, məhv edilməsinin qarşısının alınması istiqamətində davamlı mübarizə aparan İbrahimxəlil xanın dövranına son qoymaq istəyənlərin sırasında sonradan bura köçürülən ermənilərin xüsusi canfəşanlıq göstərdiyini yazan tarixçilər qeyd edir ki, o vaxt Qarabağ xanlığına qarşı "xaç yürüşləri" təşkil edilib. Tədqiqatçıların yazdığına görə, atasından sonra hakimiyyətə gələn İbrahimxəlil xan Qarabağ xanlığının əzəmətini saxlamaq üçün xeyli mübarizə apardı. Qarabağ xanlığına qarşı "xaç yürüşü"ndə erməni məkri xüsusilə işə yarayırdı. 1787-1791-ci illərdə Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu "xaç yürüşləri" baş tutmadı. İbrahimxəlil xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.
Tarixçilərin qeyd etdiyinə görə, XVIII yüzilliyin sonları, XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda işğalçılıq fəaliyyəti şiddətləndi. 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi. Tədqiqatçılar yazır ki, Azərbaycanın Car-Balakən camaatlığı, Gəncə xanlığı işğal olundu. İbrahimxəlil xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı Sisiyanovla Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.
Tarixçilərin sözlərinə görə, Qarabağ xanı İbrahimxəlil xan öz ailəsilə birlikdə rus ordusunun mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin etmək məsələsi çıxır. Tarixi mənbələr yazır ki, xanın böyük oğlu Cəfərqulu xanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı, bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəflərinə çəkmək üçün ona Qarabağı idarə etməsi üçün fərman təqdim edir. Bununla yanaşı, Mehdiqulu xana "xan" titulu verilməsilə bağlı imperatora xahiş olunur. 10 sentyabr 1806-cı ildə imperator I Aleksandr "Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər" fərmanını imzaladı. Qarabağ xanı təyin olunan Mehdiqulu xana hakimiyyət rəmzi olan bayraq və qılınc göndərilməsi qərarı qəbul edildi. Ona rus ordusunun general-mayoru, qardaşı Cəfərqulu xana isə polkovnik rütbəsi verildi. İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq 1 il sonra-1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlığının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Mən Qarabağ xanlığının bayrağı ilə çox maraqlandım. Yalnız imperator tərəfindən Mehdiqulu xana hədiyyə edilən bayraq haqda məlumat əldə etdim. Bilmirəm, bundan əvvəl xanlığın bayrağı olub, yoxsa olmayıb? Heç bir bilgi yoxdur. Mehdiqulu xanın bayrağı Qafqaz Hərbi Muzeyində olub, onun ora verilməsi tarixi məlum deyil. 1924-cü ildən isə bayraq Milli Azərbaycan Tarixi Muzeyində 461 saylı inventar altında saxlanır. Bayraq qumaşı (ölçüləri 115x100 sm-dir) zamanın təsirindən saralan dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Sonra bərpası zamanı üz və astar hissəyə tül parça tikilib. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Bayrağın hər iki tərəfində bu gün Rusiyanın mənimsədiyi, öz gerbində təsvir etdiyi, əslində isə əski türk simvolu olan ikibaşlı qartal şəkli verilib. Bilirsiz ki, həm Midiya dövlətinin, həm Eldəgizlərin bayrağında ikibaşlı qartal təsviri var. Bunu Çar Rusiyası dövründə I Aleksandr mənimsəyib və onu Rusiya İmperiyasının simvoluna çevirib. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri və caynağı, caynağında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında təsvir edilən iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacın üzəri qırmızı və göy daşlarla bəzədilib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi-Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbatın saplarla bafta tikilib, onun üzərinə isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızıl saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb. Tarixçilər deyir ki, bayraq parçasının saxlanması nisbətən qənaətbəxş olsa da, qartal təsvirindəki rənglər bəzi yerlərdə tökülüb və çatlayıb. Bayraq ağacı (uzunluğu 330 sm kəsikdə, diametri 4,6 sm ) iki hissədən ibarətdir, onlar bir-birinə 9 sm uzunluqda qızıl suyuna salınan 1 polad halqa ilə birləşdirilib. Tarixi sənədlərdə qeyd edilir ki, bayraq ağacının üstündə 28 sm uzunluğunda, gümüş saplardan düzəldilən qotaz asılıb. Bayraq ağacının ucuna gümüşü və qızılı saplardan, başında qotazı olan iki qaytan taxılıb. Ağacın alt hissəsinə taxılan alt ucluq ucukəsik konus formalı dəmirdən hazırlanıb. Bayraqda əks olunan simvollara gəlincə, onlar birbaşa azərbaycançılıq, türkçülüklə bağlıdır.
İkibaşlı qartalın türk mifologiyasında güc, hakimiyyət, qaranlıq və işıqlı dünya, gecə və gündüz, xeyir və şər və sair anlamına gəldiyi məlumdur. Ruslar türk mifologiyasından çox bəhrələnib. İkibaşlı qartal da bunlardan biridir. Çarın ikibaşlı qartal təsvir edilən bayrağı Mehdiqulu xana verməsi bu simvolun birbaşa türkçülüklə bağlı olmasının təsdiqi idi. Türk simvolu türk başçıya da verilməli idi...
Qarabağ xanlığı azərbaycançılığın mərkəzlərindən biri kimi əbədi olaraq qalacaq. Sağlıq olsun, gün gələr, düşmən tapdağından azad edilər.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 17.03.2026 / 20:30
Əmək pensiyasına çıxanların sayı ilbəil sürətlə azalır - 17 faiz qorxunc rəqəmdir...
Tarix: 12.03.2026 / 18:48
Koştanın Əliyevlə görüşündən sonra köhnə problem yenidən aktuallaşdı...
Tarix: 12.03.2026 / 16:02
AAYDA-da nə(sə) baş verir - Saleh Məmmədovdan sonra müavinlərin başında söz-söhbət...
SON XƏBƏRLƏR
17.03.2026 / 23:20
İsveçdən Putini qəzəbləndirəcək əməliyyat
- Rusiya tankerinə desant endirdilər…
17.03.2026 / 22:41
ABŞ-da İranla müharibəyə görə ŞOK İSTEFA... NCTC direktoru Trampa məktub yazdı
- əsgərlərimiz İsrailin təzyiqilə ölümə göndərildi...
17.03.2026 / 22:05
Azərbaycanla bağlı ziddiyyətli siyasətə Avropanın özündə etirazlar başladı...
17.03.2026 / 21:56
ABŞ-ın Bağdaddakı səfirliyinə dron hücumu…
17.03.2026 / 21:43
Prezidentin ailəsini şantaj edən şəxs saxladı
- VİDEO
17.03.2026 / 20:30
Əmək pensiyasına çıxanların sayı ilbəil sürətlə azalır
- 17 faiz qorxunc rəqəmdir...
17.03.2026 / 20:06
Tramp daha bir ölkəyə göz dikdi, Moskvadan təpki gəldi
– onların yanındayıq...
17.03.2026 / 19:29
Trampın komandasında istefalar başlayacaq(?)...
17.03.2026 / 19:10
NATO-ya üzv Avropa ölkələri Trampa rədd cavabı verdilər...
17.03.2026 / 18:18
ABŞ-İsrail-İran müharibəsi ilə bağlı qorxunc xəbərdarlıq
- iyuna qədər davam etsə...
17.03.2026 / 17:55
Tramp daha bir hədəfini açıqladı
– oranı ələ keçirmək şərəfi mənə nəsib olacaq...
17.03.2026 / 17:38
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi
17.03.2026 / 17:25
ABŞ-ın İranı vurmaq üçün Yaxın Şərqə göndərdiyi nəhəng təyyarə gəmisində güclü yanğın
- 30 saatdan sonra söndürüldü...
17.03.2026 / 17:01
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırıldı
17.03.2026 / 16:49
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
17.03.2026 / 16:30
Piyada səhvindən törənmiş qəzalarda sürücü məsuliyyət daşımamalıdır...Alim rəyi və qanun...
17.03.2026 / 16:27
Polşanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi
17.03.2026 / 16:23
Yevlax 2027-ci il üçün "İdman Paytaxtı” seçildi
17.03.2026 / 15:58
Türkiyə turizmində vəziyyət sabit, tələbat yüksəkdir
17.03.2026 / 15:58
Fuad Nəcəflinin başına indi də 10 milyonluq qalmaqal gəlib...
17.03.2026 / 15:36
İran Hörmüz böğazında ABŞ dollarına qarşı "yeni əməliyyata başladı"...
Yuan dolları vuracaq...
17.03.2026 / 15:22
“Yerimi deyə bilmərəm, ana!”
- Şəhid Dünyamalıyev Rüstəmin anası...
17.03.2026 / 15:00
Mühafizə donanması Hörmüzü aça biləcək? -
Dərin mübahisələr gedir...
17.03.2026 / 14:27
Vardanyan Bakı həbsxanasında yenə şoular düzəldir
- bu dəfə Səbinə Əliyevanın adını çəkdi...
17.03.2026 / 14:25
İranda hələlik 4 milyona yaxın köçkün yaranıb -
qonşu ölkələr qorxu içində...
17.03.2026 / 14:10
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanladı
17.03.2026 / 13:58
İranın Bəsic qüvvələrinin komandiri də öldürüldü…
17.03.2026 / 13:42
İsrail İranın ikinci adamının hədəf alındığını iddia etdi
- Laricani öldümü…
17.03.2026 / 13:24
Naxçıvanda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlandı
17.03.2026 / 13:08
"Tramp-İran müharibəsi"...
17.03.2026 / 12:57
Körfəz ölkələri İrana qarşı müharibəyə qoşulmaq istəmir
- Trampın növbəti fiaskosu...
17.03.2026 / 12:29
Ermənistanın yeni konatitusiyası tam hazırdı...
17.03.2026 / 12:15
Bakıda motosiklet avtomobillə toqquşub, ölən var
17.03.2026 / 12:03
Bakıda fərdi sahibkar özünə qəsd edib
17.03.2026 / 11:49
Cərimə bildirişlərində yeni qayda tətbiq ediləcək...
17.03.2026 / 11:37
Azərbaycan ən böyük xarici yatırımı bu ölkəyə edib...
17.03.2026 / 11:23
Şabran məktəbliləri “Sabahın alimləri” Müsabiqəsində gümüş medal qazanıblar
17.03.2026 / 11:14
Tovuzda evdə partlayış olub - 3 nəfər xəsarət alıb
17.03.2026 / 11:03
Berlin hava limanı sabahdan BAĞLANIR
17.03.2026 / 10:53
Kabilə hava hücumu nəticəsində ölənlərin sayı 400-ə çatdı...
250 yaralı...
17.03.2026 / 10:35
İran Netanyahunun Qüdsdəki ofisinə hücum etdi
17.03.2026 / 10:22
Ceyhun Bayramovla pakistanlı həmkarı arasında telefon danışığı olub
17.03.2026 / 10:13
"Bu futbolçu gündəmimizdə deyil" - "Qarabağ"dan AÇIQLAMA
17.03.2026 / 09:02
Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi
17.03.2026 / 08:19
İran ABŞ/İsrail cütlüyünə “kül dağları” vəd etdi…
17.03.2026 / 08:08
“Yeni lider zəruri hesab etdiyi zaman ictimaiyyət qarşısına çıxacaq” -
İran XİN
17.03.2026 / 07:58
Bağdaddakı ABŞ səfirliyi də vuruldu…
17.03.2026 / 07:30
Almaniya kansleri İsrail və Livana çağırış etdi -
“Silahları yerə qoyun…”
17.03.2026 / 04:35
Bu gün ilaxır çərşənbəsidir
16.03.2026 / 23:38
İrandan İslam ölkələrinə altı maddəlik "yalnız buraxıldıq" məktubu
- Bu necə müsəlmançılıqdır?...
16.03.2026 / 23:10
İraq və BƏƏ-də neft yataqları vuruldu…
16.03.2026 / 22:28
Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir
16.03.2026 / 21:34
Ermənistan Rusiyanın Qarabağ ermənilərinə dəstək kursunu rəsmən rədd etdi...
16.03.2026 / 21:18
Almaniyadan Trampa rədd cavabı
- Bu, bizim müharibəmiz deyil...
16.03.2026 / 20:20
İran Ukraynanı Azərbaycan, ya Türkiyə üzərindən vuracaq(?)...
bəlkə Xəzərdən?...
16.03.2026 / 19:56
ABŞ-dan İran müharibəsi ilə bağlı Avropaya təhdid kimi xəbərdarlıq
- tərəfinizi seçin!...
16.03.2026 / 19:45
“Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
16.03.2026 / 19:28
Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçirdi
- FOTO
16.03.2026 / 19:20
Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət etdi
- FOTO
16.03.2026 / 19:17
İran ABŞ-a meydan oxudu
- cəsarətiniz varsa, gəmilərinizi Fars körfəzinə göndərin…
16.03.2026 / 19:09
Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub
- FOTO
16.03.2026 / 18:46
ABŞ İranın başı üzərindən qonşulara qarşı “11 sentyabr” qəsdi hazırlayır
- İrandan sensasiyalı iddia...
16.03.2026 / 18:18
ABŞ-da ŞOK OLAY
- Trampın telefon nömrəsi sızdırıldı, Ağ Evi bir-birinə dəydi...
16.03.2026 / 18:02
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi
- 129 nəfər növbəti mərhələyə buraxıldı...
16.03.2026 / 17:36
İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçdü
16.03.2026 / 17:23
Azərbaycanın Türkiyədəki səfirliyi müvəqqəti konsulluq xidmətini dayandırdı
16.03.2026 / 17:10
Trampın Hörmüz boğazını açmaq üçün beynəlxalq hərbi koalisiya yaratmaq planı
– ABŞ müttəfiqlərindən istədiyi dəstəyi ala bilmir...
16.03.2026 / 16:31
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs saxlandı
16.03.2026 / 16:24
Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olublar
- FOTO
16.03.2026 / 16:15
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
16.03.2026 / 16:11
Əlaqələndirmə Qərargahının üzvləri Xocavənddə təmir olunmuş fərdi evə baxış keçirdi
- FOTO
16.03.2026 / 16:07
"Paşinyan seçilsə, Ermənistan olmayacaq"-
müxalifətin hücumu...
16.03.2026 / 15:50
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənddə keçirildi
- FOTO
16.03.2026 / 15:45
Fransa casuslarına hökm oxundu
16.03.2026 / 15:22
Trampa görə, "İranda ABŞ-ın işləri əla gedir" -
amerikasayağı blef...
16.03.2026 / 15:15
Türkiyənin 26 il əvvəl Denktaşa verdiyi “Atatürk sülh mükafatını” Əliyev də ala bilər...
16.03.2026 / 14:57
Avropa Azərbaycana münasibətini kəskin dəyişir -
neft amili, ya Trampın acığına oyun...
16.03.2026 / 14:55
Nahid Hacızadə
- qarlı dağlara bənzər sənət adamı
16.03.2026 / 14:30
Şairə Kamalə Abiyeva səmimiyyəti... “Litera”da görüş
16.03.2026 / 14:19
İtaliya getdi - Tramp İraqdakı bütün müttəfiqlərini itirə bilər...
16.03.2026 / 14:09
“İsrail Əl-Əqsanı yerlə yeksan edəcək”
- iddia və izah...
Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...
Populyar xəbərlər
Tarix: 17.02.2026 / 19:02
Cenevrə danışıqları ABŞ-İran ziddiyyətlərini aradan qaldırmadı...
Tarix: 19.02.2026 / 15:08
ADSEA-dan abunəçilərə ikiqat pislik təklifi -
həm limit, həm qiymət artımı...
Tarix: 19.02.2026 / 15:32
Kreml Şimal-Cənub dəhlizində İrəvana ağır həmlə etdi...
Apreldə başlayacaq...
Tarix: 19.02.2026 / 16:02
Kəbənin qara örtüyünü cani Epşteynə kim və niyə hədiyyə edib?...
Tarix: 19.02.2026 / 15:09
Rəqəmsal biliklərin təhsildə aşılanması strateji zərurətdir...
XƏBƏR ARXİVİ