Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib.
Onun üzərindən və yaşadığı ünvandan satış məqsədi ilə əldə etdiyi çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
ZÜMRÜD