Baş nazir Paşinyan bu gün delimitasiya olunmuş sərhəd kəndlərinin birində ictimaiyyət nümayəndələri ilə görüşüb.
Paşinyan deyib: "Bir ildir sərhəddə insidentlər olmur. Öz ərazi bütövlüyümüzü də, Azərbaycanın ərazi bütövlüyünü də tanıdıq. İlk mərhələdə sərhədçilər səngərdən çıxdılar və bir-birini gördülər. İkinci mərhələdə başlarından kaskaları çıxarıb atdılar. Üçüncü mərhələdə isə avtomatlarının patronlarını qarşılıqlı olaraq çıxardılar".
Paşinyan əlavə edib ki, delimitasiya davam etdikcə bu proses də davam edəcək.
Namiq Quliyev