Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv sızmanın qarşısını almaq üçün tikilmiş nəhəng polad konstruksiya zədələnib. Mühafizə qalxanının artıq əsas təhlükəsizlik funksiyasını yerinə yetir bilmədiyi bildirilir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv sızmanın qarşısını almaq üçün tikilmiş "Yeni Mühafizə Qalxanı"nın fevral ayında dron hücumunda zədələndiyini və xarici korpusunda yanğın baş verdiyini açıqlayıb.
MAQATE müfəttişlərinin stansiyada araşdırmaları ötən həftə yükunlaşdırdığı və konstruksiyanın artıq əsas təhlükəsizlik funksiyasını yerinə yetirmədiyi qeyd edilib. Mühafizə qalxanı üzərində müvəqqəti təmir işlərinin aparıldığı, lakin nüvə təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı bərpa işlərinin aparılmasına ehtiyac olduğu vurğulanıb.
MAQATE direktoru Rafael Mariano Qrossi bildirib ki, obyektdə daimi komandası olan təşkilat, Çernobıl obyektində nüvə təhlükəsizliyini və mühafizəsini tam bərpa etmək üçün əlindən gələni edəcək.
Zaporojye Atom Elektrik Stansiyasının müharibənin başlanğıcından bəri xarici enerjini mənbəyini 11 dəfə itirdiyi bildirilir. Qeyd olunur ki, elektrik kəsilməsi yarım saat davam edib. Sonradan stansiya yenidən 330 kV-luq elektrik xəttinə qoşulub, lakin 750 kV-luq xətt hələ də işləmir.
Qrossi bütün tərəfləri nüvə qəzasının qarşısını almaq üçün təmkinli olmağa çağırıb.
TAHİR