Macarıstanın Baş naziri Viktor Orban iddia edib ki, Avropa Birliyi 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmağı hədəfləyir.
Avvropanın dörd mərhələli müharibəyə hazırlıq planı olduğunu iddia edən Orban bildirib ki, üç mərhələ başa çatıb və son mərhələ birbaşa münaqişəni nəzərdə tutur.
Aİ-nin hərbi iqtisadiyyata keçidini bu prosesin sübutu kimi göstərən Orban, bəzi Avropa ölkələrinin nəqliyyat şirkətlərini silah istehsalına yönəltdiyini bildirib. Macarıstanın belə bir müharibəyə cəlb olunmaq istəmədiyini vurğulayan Orban, Avropa liderlərinin "müharibə yoluna girdiyinə" dair qərarın artıq çoxdan verildiyini iddia edib.
TAHİR