Ukrayna prezidenti Volodimir Zelenskinin İrlandiyaya səfəri zamanı onun təyyarəsinin eniş marşrutuna naməlum mənşəli dörd hərbi dronun girdiyi etdiyi ortaya çıxıb.
Hadisə Dublin hava limanına yaxınlaşan zaman baş verib. “The Journal” qəzetinin məlumatına görə, Zelenskinin təyyarəsinin planlaşdırılan eniş vaxtında yaxında dörd hərbi dron aşkar edilib.
Böyük, bahalı və hərbi qabiliyyətli kimi təsvir edilən dronlar Zelenskinin təyyarəsi eniş etdikdən qısa müddət sonra peyda olan böyük, bahalı və hərbi imkanlara malik olduğu bildirilən dronlar iki saat ərzində İrlandiya dənizindəki hərbi gəmilərin üzərindən uçub.
Ancaq maraqlıdır ki, hakimiyyət orqanları sözügedən dronları vurmamaq qərarına gəlib. Qeyd edilir ki, həmin vaxt ərazidəki hərbi gəmilər və patrul təyyarələri dronları vurmaq qabiliyyətinə malik olmayıb.
Hökumət rəsmiləri dronların qurudan və ya gəmidən buraxıldığının hələlik məlum olmadığını və hadisənin ciddi təhlükəsizlik pozuntusu və potensial sui-qəsd cəhdi hesab edildiyini bildiriblər. Dronların təyyarənin yaxınlaşması anını düzgün hesablamadığı və sonradan diqqəti hərbi gəmiyə çəkməyə cəhd etdiyi güman edilir.
TAHİR