Doha Forumunda çıxış edən Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, İsrailin Suriya ərazisindən çəkilməsinin "qırmızı xətləri" olduğunu bildirib və əlavə edib ki, bunsuz razılaşma mümkün deyil.
"İsrail Suriya ərazisindən çəkilməyincə heç bir razılaşma olmayacaq. Həm Suriya, həm də İsrail tərəfini nəzərə alan ikitərəfli, ədalətli və bərabər yanaşma olmalıdır" - Şeybani bildirib.
Şeybani bildirib ki, onlar İsrailin Suriyanın daxili işlərinə müdaxiləsini və müəyyən məzhəblərin və ya elementlərin üzərində oyunlara son qoymasını istəyirlər.
TAHİR