Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycançılıqda çoxmillətlilik və onun şovinist erməni dövlətçiliyinə qarşı mübarizə əzmi...

Image


Azərbaycan torpağı həm təbiəti, həm də çoxmillətliliyi ilə zəngindir, gözəldir. Azərbaycan tarixən çoxmillətli bir dövlət olub. Burada Azərbaycan türklərilə yanaşı, qeyri- millətlər də yaşayıb. Vətənimizin hər qarışında onların da izi var. Böyük mədəniyyətə, möhtəşəm tarixə, oturuşmuş mənəvi keçmişə malik Azərbaycan xalqı bu özəllikləri təkbaşına qazanmayıb. Bu yolda qeyri-türklər də onlara dəstək göstərib.
Azərbaycan tarixinin formalaşmasında böyük əməyi olan digər xalqlar tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan türklərilə həmrəy olublar. Müasir Azərbaycan palitrasını bizimlə bərabər talışlar, ləzgilər, saxurlar, dağ yəhudiləri, tatlar, avarlar, buduqlular, cekililər, haputlular, kürdlər, lahıclar, molokanlar, padarlar, qaraçılar, qırızlar, ruslar, rutullar, udilər, xınalıqlılar, ingiloylar, Şahdağ xalqları, əliklilər, tatarlar, axıska türkləri bəzəyir. Hətta Azərbaycan ərazisində ermənilər də yaşayır. Çoxmillətli dövlət olan Azərbaycan heç zaman bu xalqlara, toplumlara qarşı ögeylik, soyuq münasibət göstərməyib. Xalqımızın yaşı qədər ömrü olan azərbaycançılıq ideologiyasının meydana gəlməsində, onun müxtəlif dövrlərə uyğun inkişaf etməsində, formalaşmasında, təbliğ edilməsində respublikamızın vətəndaşları olan xalqların zəhməti əvəzsizdir.
Azərbaycançılığın beşiyi olan Şəkidə, Qubada, Oğuzda, Qəbələdə, İsmayıllıda, Lerikdə, Lənkəranda və başqa rayonlarımızda milli azlıqların nümayəndələri yaşayır. Onlar Bakıda da az deyil, amma yaşayış, fəaliyyət sahələri rayonlarla bağlı olduğu üçün onların əksəriyyəti öz dədə yurdlarında qalmağa üstünlük verir. Bu günlərdə internet saytlarından birində çox maraqlı faktla rastlaşdıq. Bu xəbər ürəyimizi əməlli-başlı açdı. Azərbaycandan kənarda yaşayan cekil xalqının nümayəndələri (bu topluma cekillilər və ceklər də deyilir-İ.S) azərbaycançılığın təbliğində böyük işlər görür. Cekillilər sayca az olsa da, Azərbaycanda aborigen xalq sayılır və Şahdağ milli etnik qrupuna aiddir. Məlumatlara görə, ölkədən xaricdə məskunlaşan cekillilər Azərbaycan diasporunun və türk lobbisinin tərkib hissəsini təşkil edir. Etnoqrafların verdiyi bilgiyə görə, müasir cekillilər özlərini "azərbaycanlı" kimi təqdim edir və azərbaycanlıların tərkib hissəsi hesab edirlər. Onlar həmçinin çox böyük sevgilə azərbaycançılığa xidmət edirlər. Cekillilər digər xalqlarla, xüsusilə də Azərbaycanda yaşayan milli etnik qruplarla qaynayıb-qarışıblar. Bu əlaqə daha çox "Şahdağ qrupu" xalqları olan buduqlar, əliklilər, haputlar, xınalıqlılar, qrızlar, yergüclər, həmçinin qalayxudatlılar ilə geniş qohumluq əlaqələri ilə bağlıdır. Görürsünüz, Azərbaycanın özü qədər burada çeşidli xalqlar yaşayır. Elə etnik qrup adı var ki, onların adını ilk dəfədir eşidirik. Buna baxmayaraq, onlar öz mədəniyyətlərini, dillərini, adət-ənənələrini, folklorlarını və s. maneəsiz şəkildə yaşadıb təbliğ edirlər. Hətta bu toplumun nümayəndələri Azərbaycan dəyərlərini də öz dəyərlərilə bərabər yüksəklərdə tuturlar. Azərbaycançılığın, Azərbaycan dövlətçiliyinin qorunmasına canlarını fəda etmək iqtidarında olan bu qruplar zaman-zaman dediklərimizi təsdiq ediblər.
Etnoqraflar qeyd edir ki, Azərbaycan dövlətinin çoxmillətli tolerant palitrası bütün dünyanın diqqət mərkəzindədir. Etnoqrafların dediyinə görə, Azərbaycan bölgədə dünya sivilizasiyasının ən qədim ocaqlarından biri sayılır. Ölkəmiz etnik qrup müxtəlifliyi və onların inkişafına yetirdiyi diqqətə görə qonşu respublikalardan çox fərqlənir. Deyərdik ki, milli dözümlülük, tolerantlıq sahəsində Azərbaycan birincilər sırasındadır. Burada tarixən çoxmillətlilik, milli müxtəliflik mövcud olub. Elə bir dövr yoxdur ki, orada qeyri-türklər haqda məlumat olmasın. Bu toplumlar biz Azərbaycan türklərilə çiyin-çiyinə, qapı-qapıya yaşayıb həmişə. İndiyə qədər Azərbaycanda milli ayrıseçkilik zəminində hər hansı bir münaqişə qeydə alınmayıb. Təbii ki, ermənilər istisna olmaqla. Ermənilər yaxın keçmişdə gəlib bura. Amma o biri xalqlar əsrlərdir burada məskunlaşıb, oturuşub. Ermənilərə torpağımızda sığınacaq, evimizdə isti yer, süfrəmizdən çörək verdik, amma onlar bunun qədrini bilmədi. Torpaqlarımıza sahiblənmək istədi, mədəniyyətimizi, mətbəximizi, musiqimizi oğurladılar. Bununla gözləri doymadı, Dağlıq Qarabağı da öz adlarına rəsmiləşdirmək istəyirlər. Hələ mən Qərbi Azərbaycandan deportasiya edilən Azərbaycan türklərini, onların məhv edilən mədəniyyətlərini, mənəvi aləmlərini, ev-eşiklərini demirəm. Nə etdi onlar özləri etdi, biz onlara heç nə etmədik. Biz mehriban, sülhpərvər bir xalqıq. İndiyə qədər heç bir xalqın nümayəndələrini incidəcək bir hala yol vermədik. Bütün milli azlıqların təmsilçiləri Azərbaycan türklərindən də, Azərbaycan dövlətindən də razıdır.
Tədqiqatçılar qeyd edir ki, bu gün milli azlıqların kompakt yaşadığı yerlərdə onların balalarına ana dili tədris edilir, mədəniyyətlərinin inkişafına böyük şərait yaradılır. Uzağa getməyək, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyilə Xınalıqda xınalıqlılar üçün yaradılan şərait, yeni muzeyin istifadəyə verilməsi, kitabxanaların zənginləşdirilməsi həyata keçirildi. Xınalıq mədəniyyəti öz orijinallığı ilə seçilib və yarandığı gündən indiyə qədər azərbaycançılığa bağlı olub. Azərbaycançılıq Azərbaycanda yaşayan hər bir xalqın, toplumun köksündə qalanan və sönməyən əbədi bir ocaqdır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrinə heç zaman ayrıseçkilik nəzərlərilə yanaşmırdı. O hər zaman çıxışında Azərbaycanda milli ayrıseçkiliyin olmadığını deməklə yanaşı, etnik qrupların da Azərbaycan ailəsinin hüquqi və mənəvi üzvləri olduğunu vurğulayırdı. Onlara bundan böyük qiymət vermək olarmı? Məlumdur ki, bu xalqların nümayəndələri tarixən Azərbaycan türklərinə arxa-dayaq olub. Erməni şovinizmi ilə mübarizədə də bu toplumlar biz türkləri tək buraxmır. Bu istər ideoloji müharibədə, istərsə də əldə silah düşmənə qarşı vuruşmaqda özünü göstərib. Həm ölkəmizdə, həm də xaricdə yaşayan etnik qrupların nümayəndələri şovinist erməni dövlətçiliyilə mübarizədə fəal iştirak edirlər. Azərbaycan yəhudiləri dünyanın ayrı-ayrı yerlərində azərbaycançılığın təbliğilə məşğul olur. Eyni zamanda da erməni yalanını ifşa edən faktlar ortaya qoyurlar. Çoxmillətlilik azərbaycançılığın zəngin, uzunömürlü bir ideologiya olduğunu və onun şovinist erməni dövlətçiliyinə qarşı barışmaz mübarizə apardığını şərtləndirir. Azərbaycançılıq öz milli müxtəlifliyilə erməni şovinizminə qalib gələcək.
Tədqiqatçıların bildirdiyinə görə, 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" böyük bir sərəncam imzalayıb. Folklorşünaslar deyir ki, bu sənəd də Azərbaycan türklərilə bərabər etnik qrupların da azərbaycançılıq ətrafında birləşməsinə səbəb olub. Bu gün erməni cəmiyyətində özlərindən başqa bir kimsəyə yer yoxdur. Məlumata görə, İrəvanda və digər bəzi şəhərlərdə qaldığı bildirilən yezidi kürdlərin bir qismi ölkəni tərk edib, bir qismi isə məcburiyyət qarşısında qalaraq erməni soyadını və Qriqoryan təriqətini qəbul edib. Bu o deməkdir ki, erməni dövlətçiliyi şovinizmə xidmət edir və şovinistdir. Ermənilərdən başqa heç bir millətə burada yer yoxdur. Azərbaycan dövləti isə əksinədir. Burada ermənilər də yaşayır. Azərbaycançılıq isə çoxmillətli bir mənəvi ideologiyanın adıdır. Azərbaycançılıq Azərbaycanda yaşayan heç bir xalqı inkar etmir, əksinə, onlarla qardaşcasına yaşamağı təbliğ edir. Ermənilər yaxşı bilir ki, onların şovinizm xəstəliyinə yoluxan cəmiyyətlərindən fərqli olaraq, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayıb və yaşayır.
Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edir. Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi, etnomədəni tərkibi də əsrlər boyu zəngin olub.
Və bu zəngin tərkib güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin - Azərbaycan millətinin formalaşmasında böyük rol oynayıb. Yüz illərlə bu odlar diyarında yaşayan xalqlar çətin gündə də, xoş gündə də dostluq, qardaşlıq şəraitində yaşayıb. Azərbaycanın hələ orta əsrlərdə müxtəlif yadelli işğalçılarla mübarizəsində burada yaşayan milli azlıqlar da ciddi rol oynayıb. Tarixdən bəllidir ki, Çar Rusiyası vaxtilə Azərbaycan xanlıqlarını işğal etdiyi dövrlərdə Quba, Balakən zonalarında yaşayan ləzgi, avar və digər azsaylı xalqlar da azərbaycanlılarla çiyin-çiyinə işğalçıya qarşı mübarizə aparıb. Milli azlıqların Azərbaycanı azərbaycanlılar qədər sevməsinin kökündə dayanan amillərdən biri azərbaycanlıların tarixən onlara qarşı heç bir ayrıseçkiliyə yol verməməsidir. Azsaylı xalqların təmsilçiləri həmişə Azərbaycanın ictimai-siyasi həyatında yüksək səviyyələrdə təmsil olunub. Azərbaycançılığın qayəsini təşkil edən çoxmillətlilik şovinist erməni dövlətçiliyilə də mübarizədə həmişə aktiv olub. Nə qədər etnik qrupun təmsilçisi olan gənclər Qarabağ uğrunda gedən savaşda, torpaqlarımızın müdafiəsi uğrunda canını fəda edib. Bu oğullar azərbaycançılıqdan ruhlanaraq torpaqları erməni daşnaklarından təmizləməyə könüllü olaraq gediblər. Axıska türklərinin qəhrəman balası, Azərbaycan Respublikasının Milli Qəhrəmanı İsgəndər Aznavurovun şücaəti, Vətən uğrunda şəhid olması dediklərimizə ən bariz nümunədir. Azərbaycançılıq bu keyfiyyətilə zəngindir.
Hər xalqın nümayəndəsi onu özünəməxsus şəkildə zənginləşdirir. Azərbaycançılıqda çoxmillətlilik vahid bir gücdür. Bu birlik şovinist erməni dövlətçiliyilə mübarizədə çox fəaldır. İnanırıq ki, müxtəlif millətli azərbaycançılıq erməni şovinizmini, hiyləsini, məkrini məhv edərək bu mübarizədən əbədi qalib çıxacaq. Erməni şovinizmi azərbaycançılıq ideyası, ideologiyası qarşısında zəif və gücsüzdür. Azərbaycançılıq öz ətrafında tək bir milləti yox, bir neçə xalqı, milləti, toplumu birləşdirib və bu birlik yekdil güc, həmrəylik deməkdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ