Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Çoxdinli Azərbaycan və təkdinli erməni cəmiyyəti - azərbaycançılıq ideologiyasının praktik ifadəsi
Tarix: 13.02.2016 / 01:13
Bölmə: Layihə
Azərbaycan müxtəlif dinlərin qovuşduğu məkan kimi tanınır. Tarixən ölkəmizdə başqa dinlərə mənsub olan insanlar heç bir əziyyət çəkmədən bizimlə çiyin-çiyinə yaşayıblar. Məlumdur ki, Azərbaycan türkləri islam dinini qəbul edənə qədər bir neçə dinə tapınıb, müxtəlif dini inanclara sahib olub. Lakin islam dininin meydana çıxması və onun Azərbaycan cəmiyyətinə nüfuz etməsi Azərbaycan türklərini islam dininə bağlayıb.
VII əsrdən başlayaraq ölkəmizdə əhali arasında islamlaşma başlayıb. Hazırda ölkə əhalisinin 90 faizdən çoxu müsəlmandır. Lakin bizim vahid din ətrafında birləşməyimiz heç də ölkəmizdə yaşayan, buranı özünə ana vətən seçən başqa dinə iman gətirənlərin etiqad azadlığını məhdudlaşdırmır. Tarixə nəzər salsaq görərik ki, vətənimizin istənilən guşəsində müsəlmanlarla çiyin-çiyinə xristianlıq (onun ənənəvi təriqətlərinə sitayiş edənlər də daxil olmaqla-İ.S), iudaizm, atəşpərəstlik və s. dinlərin daşıyıcıları yaşayır. Azərbaycanda məscidlərlə bərabər sinaqoqlar, katolik, pravoslav kilsələri fəaliyyət göstərir. Hətta Bakının mərkəzində erməni kilsəsi də qalmaqdadır. Respublikamızda dövlət səviyyəsində qeyri-islam dininə mənsub olan xalqların öz dini rituallarını icra etməsi və ibadət etmələri üçün bütün şərait yaradılıb. Dövlətin və ictimaiyyətin dəstəyilə kilsələr, sinaqoqlar, məbədlər əsaslı təmirdən sonra dindarların ixtiyarına verilir. 2010-cu ildə Qubada 200 yaşı olan sinaqoq əsaslı şəkildə təmir olunub. Məlumatlara görə, Oğuzda hələ 1748-1840-ci illərə aid olan yəhudilərin sinaqoqu tarixi abidə kimi qorunub saxlanır. Ermənilərin bizim işğal olunan torpaqlarımızdakı tarixi-dini abidələri dağıtmasına baxmayaraq, Oğuzda olan adamlar digər xalqlara məxsus olan abidələri qoruyub saxlayır, onlara hörmətlə yanaşırlar. Yəhudilərə məxsus bu sinaqoq 1897-ci ildə Rabi Barux tərəfindən tikilib. 70 il bu sinaqoqdan istifadə olunmayıb. Amma 2004-cü ildə Oğuzda yaşayan yəhudilər tərəfindən bu sinaqoq təmir olunub və 2006-cı ildə istifadəyə verilib. Bunlar hamısı Azərbaycan xalqının tolerantlığı, insanpərvərliyi, başqa dinlərə mənsub insanlara dözümlü münasibətinin təzahürüdür. Azərbaycançılıq prinsiplərilə tam uzlaşan bu hallar dünyada xalqımızın, dövlətimizin digər xalqlara yüksək dəyər verməsini şərtləndirir. Məlumdur ki, azərbaycançılıq ideologiyasının dünyada təbliğində islam dininə mənsub insanlarla yanaşı, yəhudilərin, xristianlığın katolik və pravoslav qollarına tapınan vətəndaşlarımızın da əməyi böyükdür. Deyilənə görə, hətta hazırda bizim ölkənin vətəndaşı olmayan, xarici ölkələrdə yaşayan digər bu dinlərin təmsilçiləri azərbaycançılıq ideologiyasını lazımi səviyyədə təbliğ edir. Dinşünaslar hesab edir ki, o xalqların nümayəndələri tarixən Azərbaycanda çoxdinlilik məsələsinə dözümlülük, hörmət görməsəydilər, heç zaman belə etməzdilər.
Müasir dövrümüzdə bir sıra ölkələrdə dini zəmində münaqişələr yaşanır, ksenofobiya kimi xoşagəlməzliklər mövcuddur. Elə ölkələr, respublikalar var ki, onlar öz ərazilərində ancaq öz dinlərindən olan insanların yaşamasını istəyir, qeyri-dinlərə sahib olanları ya deportasiya edir, ya da incidir, onlara dözümsüz yanaşır. Tarixçilər qeyd edir ki, uzağa getmək lazım deyil, götürək təcavüzkar erməniləri. Azərbaycan dövlətinin tarixi ərazisində, xalqımızın dədə-baba yurdunda özünə dövlət quran ermənilər qeyri-dinlərə sahib olanların başına olmazın oyunlarını gətirib. Tarixçilər bildirir ki, çoxdinli Azərbaycan dövlətindən fərqli olaraq erməni cəmiyyəti təkdinlidir. Bunu o cəmiyyətin faciəsi sayan dinşünasların fikrincə, bu onların bir toplum olaraq dini tolerantlıq, dözümlülük kimi anlayışlardan uzaq olduğundan xəbər verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev bu mövzu ilə əlaqədar çıxışlarında Azərbaycan dövlətinin çoxdinli bir məmləkət olmasından böyük qürurla və ürək genişliyilə söhbət açırdı.
Heydər Əliyev çıxışlarından birində Azərbaycan xalqının, dövlətinin başqa dinlərə dözümlü olduğuna və tolerant münasibət bəslədiyinə toxunub. Mərhum Prezidentin milli-mənəvi dəyərlər haqda söylədiyi nitqdə "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıb. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir"-deyə bildirib. Böyük azərbaycançı Heydər Əliyevin bu fikirləri azərbaycançılığın əsas məqsədlərindən birini ifadə edir.
Dinşünaslar bildirir ki, Azərbaycan cəmiyyətində hökm sürən tarixi demokratiya, başqa xalqlara, dinlərə tolerant münasibət ölkəmizi başqa ölkələrdən xeyli dərəcədə fərqləndirib. Azərbaycanda əski çağlardan çoxdinliliyin olduğunu deyən dinşünasların fikrincə, bu keyfiyyətimiz bizi nəinki regionda, hətta dünyada birincilərdən edir.
Bilirsiniz ki, Azərbaycanda çoxdinlilik əsrlərdir mövcuddur. Ölkəmiz azsaylı ölkələrdəndir ki, burada heç vaxt başqa ənənəvi dinlərə mənfi münasibət bəslənməyib. Elə bölgələrimiz var ki, orada məscid də, sinaqoq da, kilsə də fəaliyyət göstərir. İnsanlar hərə öz etiqadı üstündə ibadət edirlər. Hələ buna görə kimsə kiməsə "gözün üstə qaşın var" deməyib. Ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, məbədlər tikilir, təmirə ehtiyacı olanlar əsaslı şəkildə bərpa edilir. Heç kəs bizdən narazı deyil. Bütün işlər dövlətin və cəmiyyətin dəstəyilə yerinə yetirilir. Ölkəmizlə müqayisədə qonşu erməni cəmiyyətində təkdinli bir şərait hökm sürür. Erməni cəmiyyəti çeşidli dinlərlə qarşılıqlı əlaqədən, ünsiyyətdən məhrum edilib. Eçmiədzin (Üç kilsə-İ.S) kilsəsi yalnız dini məkan deyil, həm də siyasi bir qurumdur. Bu gün Ermənistan adlandırılan ölkədə dini baxımdan Qriqoriyan təriqətinə mənsub insanlardan başqaları yaşamır. 1988-ci ilə qədər orada islam dininə sitayiş edən azərbaycanlılar, az sayda katolik və pravoslav təriqəti təmsilçiləri yaşayırdı. Yəhudilər isə orada elə də çox deyildi. Amma 1988-ci ildə islam dininə tapınan azərbaycanlılar öz dədə-baba yurdlarından deportasiya edildikdən sonra digər dinlərə mənsub insanlar da erməni cəmiyyətini tərk etdilər. Çünki o xalqlar orada azərbaycanlılarla ünsiyyət qurur, ən xoş münasibəti onlardan görürdü. Ermənilər müsəlmanlarla yanaşı, xristianlara qarşı da ayrıseçkilik edirdi. Bu gün ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında, yerli əhalisini zor gücünə qovduqları Qərbi Azərbaycan yurdlarında mövcud olan məscidləri yerlə-yeksan ediblər. Orada bir dənə də olsa salamat məscid qalmayıb. Bunu özləri etiraf edirlər. Eləcə də orada nə pravoslavların, nə katoliklərin kilsələri, nə də yəhudilərin sinaqoqları fəaliyyətdədir. Bu gün erməni cəmiyyəti bütün dinlərlə əlaqəni üzərək Qriqoriyan təriqətinə qapanıb qalıb. Onların başqa dinlərlə ünsiyyəti olmadığı üçün dini dözümlülüyün, tolerantlığın nə olduğunu bilmirlər. Amma çoxdinli Azərbaycan cəmiyyəti tamamilə fərqlidir. Bizim dövlətin, xalqın dini dözümlülük sahəsində gördüyü işlər misilsizdir. Bu da həm azərbaycançılıq ideologiyasının, həm də dinimizin tələblərindən irəli gələn xoşməramlı bir haldır. Azərbaycançılıq ideologiyası Azərbaycan ərazisində yaşayan bütün millətlərin və dinlərin təmsilçilərinin ideologiyasıdır. Bu, Azərbaycanı olduğu kimi sevmək, təbliğ etmək deməkdir. Ancaq təkdinli erməni cəmiyyətində başqa dinlərə bir nifrət, mənfi münasibət formalaşdırılıb. Bu məsələyə hansı tərəfdən yanaşsaq görərik ki, Azərbaycan cəmiyyəti erməni cəmiyyətindən üstündür. Bunu vicdanı olan hər kəs etiraf edir.
Teoloqlar bildirir ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir şəxs azaddır, hər bir şəxs öz daxili aləminə müvafiq olaraq öz amallarını, öz fikirlərini həyata keçirə bilər. Ona görə də bizim Qurani-Kərim bunu göstərir və biz bu yolla gedirik ki, islam dini başqa dinlərə həmişə hüsn-rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb və başqa dinlərə mənsub adamlarla dostluq və qardaşlıq əlaqələri yaratmağa çalışıb. Bu bizim tariximizin çox səhifələrində qeyd olunub. Bu fikrə diqqət yetirən istənilən qeyri-islam dini təmsilçisi Azərbaycanın erməni cəmiyyətindən kəskin fərqləndiyini dərhal sezə bilər. Görərlər ki, Azərbaycanda çoxdinlilik heç bir problem yaratmır, əksinə, müxtəlif dinlərə inam bəsləyən insanları bir araya gətirir, onları azərbaycançılıq ideologiyası ətrafında birləşdirir. Amma Eçmiədzin (Üç kilsə) tərəfindən idarə olunan erməni cəmiyyəti ziyanlı dini təbliğata uyduqlarından, başqa dinlərə aqressiv münasibət bəsləyir.
Tarixçilər vurğulayır ki, bu gün Azərbaycan ən demokratik dövlətlərə nümunə ola biləcək bir tolerantlıq məkanıdır. Bir çox xalqların və dinlərin nümayəndələri bir-birinə hörmətlə yanaşaraq bir yerdə yaşayır, çalışır, hətta dini bayramları da müştərək qeyd edirlər. Azərbaycan dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir. Tarixə baxsaq görərik ki, dövlətçiliyin yarandığı ilk dönəmlərdən bu günədək heç vaxt bu ölkədə antisemitizm əhval-ruhiyyəsi olmayıb. Faktlar sübut edir ki, tarixən yaşadıqları ölkələrdə ağır təzyiqlərə və təqiblərə məruz qalan müxtəlif mənsəb və din mənsubları xalqımızın tolerantlığına, yüksək insanpərvərliyinə əmin olaraq buranı özlərinə sığınacaq seçiblər. O da faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar. Avropa ölkələrindən fərqli olaraq, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda saraylarda xristian və yəhudilərin yüksək vəzifədə çalışdıqları tarixə bəllidir. Bu gün bəzi dövlətlər öz ərazisində tolerantlıq mühiti yaratmaq istəyir, Azərbaycan isə tolerantlığın sarsılmaz təməl sütunlarına çox-çox əsrlər öncədən söykənib. Səmavi dinlərdən olan islam dini nəinki özündən əvvəlki dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbr və qayğı ilə yanaşmağı, insanların vicdan azadlığını, öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Bu səbəbdəndir ki, uzun əsrlər boyu Azərbaycanda məskunlaşan müxtəlif xalqlar öz dini etiqadını bu günədək qoruyub saxlayır və icra edirlər. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi hər zaman beynəlxalq aləmdə yüksək qiymətləndirilib və tanınıb. Ölkəmizə gələn hər bir din xadimi buradakı tolerantlıqdan, insanların dinə münasibətindən məmnun qalıb.
Tarixçilər qeyd edir ki, dilindən, dinindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda və "Dini etiqad azadlığı haqqında" Qanunda parlaq ifadəsini tapıb. Əsas Qanunumuzun 48-ci maddəsinə görə, "hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, həmçinin dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir". Qanunda təsbitini tapan bu müddəalar ölkəmizdə tolerantlığın inkişafına müsbət təsir göstərir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alman, udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakan və xristian-baptist icmalarının və onlara aid bir sıra tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün genişlənməsinə, dinlərarası dialoqun inkişafına şərait yaradır.
Tədqiqatçılar bildirir ki, təkdinli erməni dövləti ilə çoxdinli Azərbaycan dövləti arasında yerlə göy qədər fərq var. Ermənilər hər zaman zərərli ideologiyaya sahib olduğundan, onlar ümumbəşəri dəyərlərdən uzaqdırlar.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI:
DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ