Bazar günü günü, 22 noyabr 2026
     

Milli operalarımızda azərbaycançılıq elementləri...

Image


Milli musiqimiz, onun ruhundan yaranan klassik musiqimiz, ölməz sənət əsərləri azərbaycançılıq ideyasını hər zaman özündə ehtiva edə bilib. İstər yarandığı dövrlərdə, istərsə də hazırda o əsərlər bir azərbaycançılıq nümunəsi kimi diqqəti cəlb edir. Azərbaycançılıq ideyasının təməlini qoyanlar, onu qurub möhtəşəm edən şəxsiyyətlər bu gün rəhmətlə anılır.
Onların bizə qoyub getdiyi irs öyrənilir. Azərbaycançılıq ideyası məktəbinin əsasını qoyanlar heç zaman unudulmur.
Dahi Üzeyir Hacıbəyov da həyatı boyu bu ideologiyaya, azərbaycançılıq ideyasına, milli məfkurəyə xidmət edib. O, düşüncə, əqidə baxımından azərbaycançı olmasaydı, xalqımızın tarixində böyük mədəni inqilab sayılan bir sıra sənət hadisələrinin müəllifi ola bilməzdi. Azərbaycan Şərqdə mədəniyyətin inkişafı baxımından hər zaman öndə gedən ölkə olub, bu gün də o missiyanı layiqincə yerinə yetirir. Şərqdə ilk dramaturgiya hadisəsi, opera və operetta janrlarının doğuluşu bizim ana Vətənimizdə-Azərbaycanda baş verdi. Azərbaycanın həyatı ilə, Azərbaycan insanının taleyilə, mənəvi aləmilə, milli düşüncə tərzilə səsləşən sənət əsərləri yarandı. Milli operalarımızın meydana gəlməsi, səhnə ömrü yaşaması əsl tarixi hadisə kimi yaddaşlara köçdü. Azərbaycanda milli operaları təpədən-dırnağa qədər azərbaycançılıq ideologiyasına bağlı olan, ona xidmət edən Üzeyir Hacıbəyov yaratdı. Milli operamızın doğuluşu Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulan "Leyli və Məcnun" operasından başlandı. Musiqişünaslar bildirir ki, bolşevizm işğalına qədərki dövrdə Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulub. Akademik Opera və Balet Teatrının repertuarında ənənəvi klassik opera formasında 1927-ci ildə Qlier tərəfindən yazılan "Şahsənəm", 1935-ci ildə Müslüm Maqomayevin yazdığı "Nərgiz" və Üzeyir Hacıbəyovun 1937-ci ildə əsl sənət hadisəsinə çevirdiyi "Koroğlu" operaları mühüm yer tutdu. "Koroğlu" operasının azərbaycançılıq ideologiyasına xidmət etdiyi şübhəsizdir. Xalqın yaratdığı "Koroğlu" qəhrəmanlıq dastanının motivləri əsasında yaranan "Koroğlu" operası azərbaycançılıq ideologiyasının, milli hissiyyatın, Stalin repressiyası dövründə belə, Azərbaycan xalqının ruhuna hakim kəsildiyini təsdiqləyir.
Musiqişünasların bildirdiyinə görə, opera və balet sənətinə nəzər saldıqda görürsən ki, burada nə qədər məfkurəçiliyə, milli ruha xidmət edən mövzular və səhnə əsərləri var. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin ilk milli Azərbaycan baleti olan "Qız qalası", 1945-ci ildə Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", 1942-ci ildə Niyazinin "Xosrov və Şirin", 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin "Nizami" operaları tamaşaya qoyuldu.
Ötən əsrin 50-ci illərində isə Opera və Balet Teatrının repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən" (1950, S.Hacıbəyov), "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri tamaşaya qoyuldu.
Bu əsərlərin hər birinin kökündə millilik, Azərbaycan xalqına, torpağına böyük sevgi dururdu. Mayası milli olan və azərbaycançılıq ideologiyasına xidmət edən bu opera və balet əsərləri sovet dövründə insanların milli düşüncəyə sahib olması yönündə böyük işlər gördü. Xalq musiqisindən, folklordan bəhrələnən bu səhnə əsərləri azərbaycançılıq ideologiyasına bir töhfə idi. Təbii, sovet dövründə heç bir müəllif bu əsərlərin milli yöndə yazıldığını dilə gətirmirdi, heç gətirməzdi də. Amma bu əsərlərin alt qatına varanlar orada açıq-aşkar azərbaycançılıq izlərini görürdü.
Müstəqillik dövründə bu musiqi əsərlərinin təhlili, onların azərbaycançılıq ideologiyasının yayılmasında rolu araşdırılır, bu sənət nümunələrinin bu sahədə müstəsna xidmətləri qeyd edilir.
Azərbaycan milli musiqi mədəniyyətinin dünyada şöhrət qazanan mənəvi xəzinə olduğunu yazan musiqişünasların bildirdiyinə görə, onlar azərbaycançılıq ideyalarını da özündə təcəssüm etdirir. Azərbaycan milli musiqi mədəniyyətinin professional və xalq musiqisindən ibarət olduğunu xatırladan musiqişünaslar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin azərbaycançılıq ideyalarının təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında bu sahənin təmsilçilərinə dediklərini yada salır: "...Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb nəsildən-nəslə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir professional sənətin ən yüksək səviyyəsində duran professional musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bünövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır, siz bu zəngin materialdan geniş istifadə etməlisiniz".
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, milli musiqi mədəniyyətimiz azərbaycançılığı bədii obrazlı, melodik şəkildə ifadə edir. Bununla yanaşı, o yazır ki, milli operalarımız azərbaycançılıq ideologiyasına xidmət edən Üzeyir bəyin millətin mədəniyyətinə verdiyi qiymətli hədiyyədir: "Azərbaycanda operanın yaranması peşəkar musiqi sənətinin digər janrlarının inkişafı ilə hazırlanıb və öz-özlüyündə Azərbaycan musiqisinin inkişafında yeni və mühüm sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir formasına keçid olub. Eyni zamanda, operanın Azərbaycanda yaranması tamamilə qanunauyğun haldır. Təbiidir ki, musiqi sənətinin ən mürəkkəb janrı olan opera Azərbaycanda klassik operanın ənənəvi formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları öz-özlüyündə musiqi sənətinin qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər boyunca Azərbaycan folklor yaradıcılığında yaşayan xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil edirdi".
Alimin sözlərinə görə, bolşevik işğalından əvvəl yaranan "Şah İsmayıl" operası həm dövlətçilik ideyalarına, həm də milli məfkurəyə bağlı əsər olub. Elə bu dövrdə ərsəyə gələn "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evliykən subay" musiqili komediyaları milli sənət nümunələri kimi diqqəti cəlb edirdi.
Daha sonra V.Ömərov yazır ki, ilk Azərbaycan operaları və musiqi komediyaları mühüm tarixi rol oynayıb: "Onlar Azərbaycanda peşəkar musiqi sənətinin digər janrlarının yaranması üçün möhkəm təməl olub, milli musiqi teatrını yaradıb və onun inkişafına yol açıb, həmçinin, opera ifaçılığı məktəbinin təşkilinə kömək edib. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov Azərbaycan milli operaları və onlarda öz əksini tapan azərbaycançılıq ideyaları haqqında deyib: "Azərbaycan operaları arasında Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" əsərləri xüsusi yer tutur. Bu bəstəkarlar birinci olaraq operamızın səhnəsinə yeni qəhrəmanlar gətirdilər və Azərbaycan opera sənətində inqilabi xalq mövzusunu təsbit etdilər. Qəhrəmanlıq pafosu ilə dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən "Koroğlu" operamızın şah əsəri kimi şöhrət qazandı. 1940-cı ilə qədər Azərbaycan teatrı səhnəsində professional milli balet əsərləri yox idi. Əfrasiyab Bədəlbəylinin ilk milli baleti - "Qız qalası" üzərində teatrımızın bütün yaradıcılıq kollektivi böyük həvəs və ruh yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan sonrakı illərdə bir-birinin ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin "Yeddi gözəl", Soltan Hacıbəyovun "Gülşən" və başqa əsərləri meydana gəldi. Xalqın həyatını daha əhatəli musiqi lövhələrində təsvir etmək üçün opera bəstəkara geniş imkanlar verir. Məsələn, dahi sənətkar Üzeyirin "Koroğlu"su xalqımızın qəhrəmanlıq tarixini gözəl musiqi dili ilə danışmağın ən yaxşı nümunəsidir. Bu əsər xalqın müəyyən dövrdəki mübarizəsinin, duyğu və düşüncələrinin musiqi ensiklopediyasıdır. Opera müəllifdən həm də fədakarlıq gözləyir. Hər yeni yazılan əsərin mütləq müvəffəqiyyət qazanacağına ümid etmək çətin olsa da, bu, sənətkarı ilhamlı əməkdən, yaradıcılıqdan çəkindirməməlidir".
V.Ömərov yazır ki, Azərbaycan və Zaqafqaziyanın musiqi həyatında əvəzsiz rol oynayan qədim Azərbaycan şəhəri Şuşa böyük bir konservatoriya rolunda çıxış edib: "Bunu bizim düşmənlərimiz də etiraf edir. Azərbaycan şəhəri Şuşa çoxdan bəri Şərq musiqi mədəniyyətinin böyük mərkəzlərindən biri kimi məşhurdur. Zaqafqaziya xalqlarının musiqi sənətinin inkişafında Şuşa xüsusi rol oynayıb. Şuşanın əhəmiyyəti haqqında erməni musiqişünası V.Korqanov yazıb: "Poeziyanın, musiqinin və nəğmənin bəxtiyar vətəni olan Şuşa Zaqafqaziyanı musiqiçilər və müğənnilərlə təmin edir. O bütün Zaqafqaziyaya hər mövsüm, hətta hər ay üçün yeni mahnılar, yeni havalar yaratmaqla onun üçün konservatoriyanın işini görür".
Sənətşünas Elmira Abasova isə milli opera sənətinin milli ideyaların tərənnümündə rol oynadığını qeyd edir: "Üzeyir Hacıbəyovun əzəmətli xalq qəhrəmanlığı operası "Koroğlu" xüsusi əhəmiyyət kəsb edir. Milli musiqi teatrının klassik nümunəsi olan bu əsər Azərbaycan musiqisinin mürəkkəb yol keçmiş tarixi inkişafının gözəl barıdır. "Koroğlu" operası dünya musiqi mədəniyyətinin ən gözəl incilərindən biridir. Bəstəkar doğma xalqının folkloru üçün ən səciyyəvi nə varsa, hamısını öz əsərinin canına hopdurub, dünya musiqisinin yaşamağa qabil ənənələrindən yaradıcılıqla istifadə edib. Süjeti qədim tarixdən götürülsə də, Üzeyir Hacıbəyov öz ölməz operasını bu günün canlı nəfəsi ilə yaşadıb".
Məlum olduğu kimi, azərbaycançılıq ideyasını tərənnüm edən milli musiqi mədəniyyətini, o cümlədən, milli opera sənətini Heydər Əliyev yüksək dəyərləndirirdi. Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli musiqi mədəniyyətimizdə, xüsusən, ölməz Üzeyir bəyin "Koroğlu" operasında milli-mənəvi dəyərlərə yüksək qiymət verib: "...Ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır. Uğurlarımızın təməlində məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki, bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli-mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir". Bu böyük bir mədəniyyətə verilən qiymətdir.
Musiqişünaslar qeyd edir ki, milli operalarımız azərbaycançılıq ideologiyasına xidmət edir. Axır illər yaranan "Xan qızı Natəvan" operası da azərbaycançılığa xidmət edir. Mərhum xalq artisti, professor-bəstəkar Vasif Adıgözəlovun yaratdığı bu operanın xalqımızın dövlətçilik, mədəniyyət tarixində xüsusi yeri var. "Xan qızı Natəvan" operası Qarabağ xanlığının nümayəndəsi xan qızı Xurşudbanu Natəvanın həyatından, Qarabağdan, milli birliyimizdən, torpaq uğrunda mücadiləmizdən bəhs edir. Milli ruhda yazılıb. Azərbaycançılıq ideologiyasına bağlı bir səhnə əsəridir desək yanılmarıq. Milli dövlətçilik ruhunu özündə ehtiva edən əsərdə azərbaycançılığın bütün çalarları açıq şəkildə görsənir. Azərbaycançılıq ideyasının yeni yaranacaq klassik əsərlərə, opera və balet nümunələrinə də təsir göstərəcəyi şübhəsizdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ