Bazar günü günü, 22 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanda yaşayan azsaylı xalqların azərbaycançılıq ideyasının inkişafında rolu...
Tarix: 10.02.2016 / 01:13
Bölmə: Layihə
(Əvvəli ötən sayımızda)
Multikultural dəyərlərə sahib olan Azərbaycan tolerantlığın əbədi ünvanı kimi şöhrətlənib. Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev deyirdi: "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır".
Bu, Azərbaycan reallığına, onun çeşidli tərkibinə, müxtəlif mədəniyyətlərlə çuğlaşan həyat tərzinə verilən qiymətdir. Heydər Əliyev hər zaman respublikamız ərazisində yaşayan bütün xalqların nümayəndələrinə böyük sayğı, sevgi ilə yanaşır, onları cəmiyyətimizin bir parçası kimi dəyərləndirirdi.
M.F.Axundov adına Mərkəzi Kitabxananın hazırladığı "Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu" adlı metodik vəsaitdə azsaylı xalqlarla bağlı maraqlı faktlar yer alıb.
Vəsaitin tərtibçilərinin yazdığına görə, İber dil ailəsinə daxil olan dildə danışan və müsəlman dininə etiqad edən ingiloylar əsasən Qax və Zaqatala rayonları ərazisində yaşayır. Orta əsrlərdə müsəlmanlığı qəbul etmişlər. Etnik, psixoloji, mədəni və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar yaşadıqları cəmiyyətə sıx inteqrasiya olması ilə seçilir. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların məşğuliyyət sferası əsasən taxılçılıq, üzümçülük, meyvəçilik və heyvandarlıqdır.
Milli Kitabxananın hazırladığı metodiki vəsaitdə qeyd edilir ki, tarixi torpaqları olan Gürcüstandan Qazaxıstanın və Orta Asiyanın çöllərinə sürgün edilən ahıska türklərinin Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə təsadüf edir, onların ilk dəstəsi buraya 1958-ci ilin sentyabrında gəlib. İlk yaşayış məskənləri respublikanın Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan rayonlarında salınıb: "Ahıska türklərinin Azərbaycanda məskunlaş- masının ikinci dövrü 1989-cu ilin may-iyun aylarında baş vermiş Fərqanə hadisələri (Özbəkistanın Fərqanə vilayə- tində özbəklərlə türklərin qarşıdurması) ilə bağlı olub.
Onlar ən qədim dövrlərdən bəri doğma mədəniyyətə xüsusi fikir vermiş, müasir dövrdə də özlərinin sosial, mədəni-etnik özünəməxsusluqlarını, dil, əxlaq, folklor, məişət və bir sıra dəyərlərini qoruyub saxlamışlar. Ahıska türklərinin yaratdıqları Saatlı rayonunun Adıgün kəndində "Adıgün" folklor kollektivi və Xaçmaz rayonundakı məktəb yaşındakı uşaqlardan ibarət "Sevil" rəqs qrupu etnosun mənəvi dünyasını təkcə yaşadıqları rayonda deyil, ümumən Azərbaycanda və hətta ondan kənarlarda da tanıdır.
Tədqiqatçılar yazır ki, digər azsaylı xalqlardan olan tatlar isə Azərbaycanda əsasən Abşeron yarımadasında və Xızı, Şabran, Quba, Şamaxı, İsmayıllı rayonlarının bir sıra kəndlərində yaşayır. Metodik vəsaitdə qeyd edilir ki, Azərbaycandakı azsaylı xalqların, o cümlədən tatların dil və mədəniyyətinin əsasən türkdilli mühitdə qorunub saxlanması həm elmi, həm də siyasi cəhətdən xüsusilə mühümdür: "Tat dili Hind-Avropa dillər ailəsinin İran qrupuna daxildir və şifahi nitqdə bir-birini qarşılıqlı başa düşən Şimal, Mərkəzi və Cənub (Azərbaycan Respublikası ərazisində) kimi üç əsas ləhcəyə bölünür. Tatların ictimai vəziyyəti və ailə məişəti yeni məzmun kəsb etmiş, xeyli inkişaf edib. Onların mədəni inkişafı Azərbaycan türklərinin mədəni tərəqqisi ilə eyniləşib. Elə buna görə də bu gün tatların nəinki təkcə məişəti və həyat tərzini, hətta, ümumiyyətlə, tarixi-mədəni inkişafını ümumi mənada Azərbaycan xalqından, o cümlədən də azəri türklərinin inkişaf problemlərindən, bu xalqın ümumi irəliləyiş prosesindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycandakı azsaylı xalqların, etnik qrupların və milli azlıqların hər birini ümumazərbaycan inkişaf prosesindən ayırmaq sadəcə olaraq məntiqsizlikdir. Bu eyni dərəcədə çoxmillətli və müxtəlif etnik tərkibli Azərbaycanda yaşayan tatlara da aiddir. Tatların əsas məşğuliyyəti əkinçilik, bağçılıq və xalçaçılıqdır.
Azərbaycan Respublikasının cənub bölgəsi sayılan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları ərazisində kompakt və həm də azərbaycanlılarla qarışıq halda yaşayan talışlar, tarixən başlıca məskunlaşma ərazilərindən başqa, Azərbaycanın başqa regionlarında, habelə Bakı, Sumqayıt kimi sənaye şəhərlərində də yaşamağa başlamışlar. 1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasına görə, talışların sayı 76,8 min nəfər olub. Talışlar əkinçilik, maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük, arıçılıq və balıqçılıqla məşğul olurlar.
Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə onlarla mədəniyyət mərkəzi yaradılıb. Bunlardan biri də "Talış Mədəniyyət Mərkəzi"dir. Onun fəaliyyəti nəticəsində Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri yaradılıb. Bundan başqa, Azərbaycan milli dövlət radiosunda talış dilində verilişlər hazırlanır. Azsaylı xalqlarla bağlı dövlət tədbirlərindən biri də talış dilində I-IV siniflər üzrə məktəblərin açılmasıdır".
Azərbaycanda öz mədəniyyəti, dili, həyat tərzi ilə fərqlənən toplumlardan biri, əsasən Zaqatala və Balakən rayonlarında yaşayan ən iri etnik qruplardan sayılan avarlardır. Metodiki vəsaitdə qeyd edilir ki, avarların Azərbaycanda sayı 50 min nəfərdir: "Bu rayonların ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır. Yerli əhali ilə sıx qaynayıb-qarışan avarlar əsasən Balakənin Qabaqçöl qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində yaşayır və islam dininə etiqad edirlər. Avar Mədəniyyət Mərkəzi 2007-ci ildə yaradılsa da, 2008-ci ildən fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi Azərbaycanda yaşayan avarların mədəniyyətinin, adət-ənənələrinin, folkloru və dininin özünəməxsusluğunun qorunub saxlanmasına xidmət etməkdir. Bu mərkəzin nəzdində Qafqaz rəqsləri öyrədilən "Qafqaz" və qızlardan ibarət "Alazan" rəqs ansamblları var.
Bundan başqa, təkcə Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 37 klub tipli mədəniyyət müəssisəsi, Tarix-diyarşünaslıq muzeyi, "Heydər Əliyev" muzeyi, Bülbül adına Uşaq İncəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, 49 kənd kitabxana filialı, mədəniyyət və istirahət parkı, Kino-Video Birliyi fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələrində çalışanların 275 nəfəri azərbaycanlı, 83-ü avar, 8-i ingiloy, 1 nəfəri ləzgi, 1 nəfəri rus, 1 nəfəri isə farsdır. Bu da Azərbaycanın beynəlmiləl bir ölkə olmasının nümunəsidir. Balakəndə 14 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində rayonda yaşayan hər bir millətin adət-ənənələri təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qabaqçöl qəsəbə mədəniyyət evində "Cahan" folklor ansamblı, Şambul kənd mədəniyyət evində "Qızlar" rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində "Təbəssüm" rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə "Şəlalə" rəqs studiyası yaradılıb. Rayonda keçirilən bütün tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir.
UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanması üçün məqsədyönlü iş aparılır.
Əsrlər boyu Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi yerli etnos olan azəri türkləri ilə yanaşı yaşayır. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Etnik çoxluqla yan-yana yaşayan digər xalqlarla münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dininə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgə yaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrıseçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir".
Qeyd edək ki, İctimai Televiziya yaranan gündən bu şirkətdə Milli Azlıqlar üçün Verilişlər Departamenti fəaliyyət göstərir. Azərbaycan dövlətinin demokratikliyinin və tolerantlığının nəticəsidir ki, ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziyada Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırmaqla televiziya uzun əsrlər boyu ölkəmizdə yaşayan, hətta onun bir və bir neçə kəndində məskunlaşan, sayı bir neçə mindən artıq olmayan bu zəngin etnik müxtəlifliyi dünya ictimaiyyətinə çatdırır. Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti Festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən-Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilir. Ümumilikdə isə festivalın 500-ə yaxın iştirakçısı olur. İctimai Televiziya bu festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.
Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edir. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında "Birlik" cəmiyyəti, rus icması, slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, "Ronai" kürd mədəni mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, "Turqan-tel" tatar mədəniyyət cəmiyyəti, "Yaşlıq" tatar mədəniyyət mərkəzi, "Krım" Krım tatarları cəmiyyəti, gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, ingiloy icması, çeçen mədəniyyət mərkəzi, Ahıska türklərinin "Vətən" cəmiyyəti, Ahıska türk qadınlarının "Sona" cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, gürcü-yəhudi icması, yəhudilərin qadın humanitar assosiasiyası, "Karelhaus" alman mədəniyyət icması, "Polonia" polyak mədəniyyət mərkəzi, "Mada" beynəlxalq talış assosiasiyası, "Avesta" talış assosiasiyası, "Orain" udi mədəniyyət mərkəzi, "Buduq" mədəniyyət mərkəzi, saxur mədəniyyət mərkəzi də var. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda ləzgi, Qax rayonunda isə gürcü dövlət teatrları, Astara və Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir.
Tədqiqatçılar qeyd edir ki, dövlət bu qurumları ölkə büdcəsindən maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dinindən və dilindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Metodiki vəsaitdə bildirilir ki, milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakı Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir: "İslam, ortodoks və yəhudi dini konfessiyalarını birləşdirən "Üç qardaş" təşkilatı, "Links" təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də Azərbaycanda fəaliyyət göstərir. Milli azlıqların dillərində onlarla qəzet və jurnal nəşr olunur, radio və televiziya proqramları yayımlanır. Dövlət radio stansiyası tərəfindən mütəmadi olaraq kürd, ləzgi, talış, gürcü və rus dillərində dövlət büdcəsindən maliyyələşdirilən verilişlər hazırlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur.
Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar. Əlbəttə, ölkəmizə yaşayan hər bir xalq, toplum bizim bir parçamızdır. Dövlətimizin, bayramımızın sevdalıları olan vətəndaşlarımız dövlətə, dövlətçiliyə, azərbaycançılığa bağlıdır. Multikulturalizm, tolerantlıq, dözümlülük şəraitində yaşayan, qaynayıb qarışan xalqlar azərbaycançılıq ideologiyasının əsas qayəsinə, məqsədinə əbədi olaraq bağlıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində...
- FOTO
20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...
20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
- FOTO
20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır
- hər 100 nikahın 48-i dağılır...
20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur
20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir -
ABŞ müdafiə nazirinin yanlışı...
20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram”
- Paşinyan
20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
- RƏSMİ AÇIQLAMA...
20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib
- FOTO
20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı
20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi
20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu
- Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...
20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi
20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib
20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ