Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalq teatrının inkişafına dövlət dəstəyi, festivallar, uğurlar...
Tarix: 14.11.2015 / 01:30
Bölmə: Layihə
Xalqın mədəniyyətini, mənəvi dəyərlərini əks etdirən, təbliğ edən xalq teatrından yazmaq istəyirik. Xalq içindən çıxan istedadlı, maarifpərvər insanların yaratdığı, bunun vasitəsilə ənənələrimizi, milli adətlərimizi, xalq meydan oyunlarını tərənnüm edən, səhnədə göstərən insanlar unudulmazdır. Sevindirici haldır ki, on illər əvvəl yaradılan xalq teatrları indi də fəaliyyət göstərir.
Bu gün onların fəaliyyəti o qədər hiss olunmasa da, mövcudluğu mədəniyyətimizə, teatr ənənələrimizə böyük töhfədir. Bu da məlumdur ki, Azərbaycan dövləti teatr sənətinin inkişafına güclü təkan verir, dəstək göstərir, bu sənətin təbliği üçün dəyərli layihələrin həyata keçməsinə maddi cəhətdən köməklik göstərir. Onu da qeyd edək ki, keçmiş ittifaq məkanlarının əksəriyyətində artıq xalq teatrı anlayışı tarixə qovuşmaqdadır. Bu mənada ki, onlara dövlət tərəfindən yardım ayrılmır, əksəriyyəti müstəqil şəkildə fəaliyyətini davam etdirir. Azərbaycanda isə, əksinə, bu kollektivlərin saxlanmasında incəsənət adamları ilə yanaşı, dövlət də maraqlıdır. Onu da vurğulayaq ki, dövlət dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, eləcə də yerlərdə fəaliyyət göstərən aidiyyəti qurumların təşəbbüsü ilə ölkəmizdə ənənəvi xalq teatr festivalları keçirilir.
Onu da vurğulayaq ki, xalq teatrının problemləri, onun inkişaf etdirilməsi yollarının tapılması və s. ilə bağlı seminarlar da keçirilir. Bu seminarların əhəmiyyəti olduqca böyükdür və xalq teatrının inkişafına təkan vermək məqsədi daşıyır.
Onu da vurğulayaq ki, belə seminarlardan biri xeyli müddət əvvəl Bakıda düzənlənib. Həmin seminarda çıxış edən Elmi-Metodiki Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev xalq teatrlarının fəaliyyətinin zəiflədiyini və bu sahədə müəyyən işlər görməyə ehtiyac yarandığını qeyd edib: "Regionlardakı və paytaxtımızdakı teatr mütəxəssislərimizi bura toplamaqda məqsədimiz odur ki, ilin axırına kimi regionlar üzrə xalq teatrlarına baxış keçirək. Onları Bakıya dəvət edib, tamaşalarını burada da göstərməklə xalq teatrını yenidən canlandıraq. Ən yaxşı fəaliyyət göstərən xalq teatrlarını qiymətləndirərək, onları daha yaxşı işləmələri üçün həvəsləndirək. Artıq XXI əsrdir, bu gün Azərbaycan teatrında xalq teatrlarının fəaliyyətinin zəifləməsi böyük bir problemdir. Düzdür, problem hər sahədə var, ancaq teatrda xüsusi olaraq özünü büruzə verir. Ötən əsrdə xalq teatrları çox fəal olub. Hazırda 30-a yaxın yeni pyeslər almışıq, pyes qıtlığı çəkən teatrlar bizə müraciət edərsə, o pyesləri müqavilə əsasında həmin teatrlara təqdim etməyə hazırıq. Bundan əlavə, kimin əlində yaxşı pyes varsa, onu da ala bilərik".
Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri, teatrşünas Çingiz Ələsgərli hazırda fəaliyyət göstərən peşəkar teatrların da öz mənbəyini xalq teatrlarından götürdüyünü və respublikada 24 xalq teatrının fəaliyyət göstərdiyi halda, bir teatrşünas kimi bunların fəaliyyətindən xəbərsiz olduğu üçün məyusluğunu bildirdi: "Çox az qisminin fəaliyyətindən xəbərdar olduğum xalq teatrlarının da özlərinə uyğun problemləri var. Qax rayonunda xalq teatrının fəaliyyəti ilə maraqlanmışıq. Belə məlum olub ki, oradakı xalq teatrının repertuarında lazımlı pyeslər yoxdur. Hər bir bölgənin özünün ayrı-ayrı problemləri var. Elə problemlər də var ki, onların həlli mümkündür. Belə ki, repertuar problemini yerli dramaturqlarımızın əsərləri sayəsində bərpa etmək olar. Bizi narahat edən əsas məsələ odur ki, bəzi xalq teatrlarında adicə butafor deyilən şey yoxdur. Vaxtilə xalq teatrlarından çıxan sənətkarlar bu gün tanınmış aktyorlar, rejissorlar, səhnədə öz sözünü demiş insanlardır. Yeni nəsil aktyorlarımız xalq teatrlarından xəbərsizdir. Bunun səbəblərini axtarmaq və gəncləri bu teatrlara cəlb etmək lazımdır. Düşünürəm ki, vaxtaşırı festival, müsabiqə və ya başqa tədbirlər keçirib, xalq teatrlarının tamaşalarını paytaxtda göstərmək lazımdır. Bölgələrdə istedadlı rejissorlar, aktyorlar var, ancaq biz onlardan xəbərsizik. Teatrlara yeni nəfəs lazımdır, bu da bölgələrdən gəlməlidir".
Xalq artisti İlham Namiq Kamal da xalq teatrlarının əhəmiyyətindən danışıb. O, təəssüflə qeyd edib ki, bu gün heç Bakıda da xalq teatrı yoxdur, bu məsələ də teatr xadimlərini çox narahat edir: "Vaxtilə Lütfi Məmmədbəyovun dərnəyindən Rasim Balayev, Məhərrəm Bədirzadə, Mərahim Fərzəlibəyov kimi onlarla sənətkar yetişib. O dərnəklər bir laboratoriya xarakteri daşıyırdı. İndi laboratoriyalar varmı? Hər kəs söyləyir ki, biz teatrın daxilində aktyor yetişdiririk. Hamısı yalandır. Bölgələrin icra başçıları bu məsələyə böyük diqqət yetirməlidir. İcra başçıları nə aktyoru, nə də teatrı qəbul etmək istəmir. Bölgələrimizə Həmkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, icra hakimləri qayğı göstərərlərsə, teatrların da çətinliyi az olar. O ki, qaldı qonorarın azlığına, peşəkar teatrda da yüksək qonorar sistemi yoxdur".
Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Bədirzadə xalq teatrının yetirməsi olduğunu vurğuladı: "Xalq teatrı bizim yaralı yerimizdir. Bizim uşaqlığımız dərnəklərdə keçib. Bir vaxtlar dərnəklər aktyorun yetişməsində böyük rol oynayırdı və xalq teatrları professional teatrlar üçün kadr hazırlayırdı. Televiziyada, teatrda edə bilmədiklərimizi xalq teatrında edirdik. Rayonların birində teatra getmişdik, dedilər 4 tamaşa hazırlamışıq. Ancaq ortaqlıqda heç bir tamaşa görmədik. Professional teatr nəyəsə arxalanmalıdır. Mədəniyyət kanalında rubrika açıb, xalq teatrının fəaliyyətini işıqlandırmaq lazımdır. Regionlarımızda gözəl aktyorlar var. Misal üçün, Şirvan şəhərinin gözəl aktyor heyəti var. Həm çox yaşlıdırlar, həm də teatrı sevirlər. Bu gün rəhbərliyi qınamaq da düzgün deyil. Bizi də xalq teatrının rəhbəri qoysalar, kənardan kömək olmasa, heç nə edə bilmərik. Diqqət edin, XVI əsrdən bəri hansısa bir idmançımızın adı elə də məşhur deyil, ancaq o qədər məşhur aktyorlarımız, rejissorlarımız var ki, daima xalqın qəlbində yaşayacaq. Teatr məktəbdir, məbəddir. Mən təmənnasız olaraq regionlarda fəaliyyət göstərən xalq teatrlarına komək edə bilərəm. Mədəniyyət kanalında "Xalq teatrlarının səhnəsində" adlı veriliş hazırlamaq olar ki, regionda fəaliyyət göstərən aktyorlar da baxıb həvəslənər".
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov: "Kağızlarda adı gedib, ancaq ortada heç bir fəaliyyətini görmədiyimiz xalq teatrlarının fəaliyyəti heç də ürəkaçıcı deyil. Xalq teatrlarının fəaliyyəti aktyorların yetişməsi üçün mühüm rol oynayır. Düşünürəm ki, regionlardan əlavə, Bakının rayonlarının özündə xalq teatrı yaradılması barədə qərar verilərsə, oradan da yaxşı aktyor nəsli yetişə bilər. Rayonların mədəniyyət şöbəsinə baxan şəxs bu işlə maraqlanmalıdır. Dərnəklər bu gün çox pis vəziyyətdədir. Əgər biz bu məsələ ilə ciddi məşğul olsaq, xalq teatrlarını yenidən dirçəldə bilərik. Bir şərtlə ki, məktəblərdə də əvvəlki teatr siyasəti davam etdirilsin".
Məlumatlara görə, Azərbaycanda 24 xalq teatrı fəaliyyət göstərir. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında xalq teatrı fəaliyyət göstərir və bu teatrda səviyyəli əsərlər tamaşaya qoyulur. Onu da bildirək ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2009-cu il 7 fevral tarixli "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq, xalq teatrlarının festivalı keçirilib. Festivalda Babək Rayon Xalq Teatrı da iştirak edib. Məlumata görə, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, Muxtar Respublikanın tanınmış kollektivlərindəndir. Bu illərdə xalq teatrının hazırladığı "Ezop", "Yollara iz düşür", "İkinci səs", "Şeyx Rəhmətullah", "Məhəbbət nişanəsi", "Solğun çiçəklər", "Durna" və başqa tamaşalar səhnə həllinin şahidi olur.
Xalq teatrlarından Şərur Rayon Xalq Teatrı da bu festivalda iştirak edib.
Bir neçə gün əvvəl isə dövlət xətti ilə Mərdəkan Xalq Teatrının 95 illik yubileyinə həsr olunan Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin təqdimat mərasimi keçirilib. Noyabrın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərdəkan Xalq Teatrının 95 illik yubileyinə həsr olunan təqdimat mərasimində böyük yaradıcılıq yolu keçən xalq teatrının keçmişinə və bu gününə də nəzər salınıb.
Onu da qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin daha da səmərəli təşkili, xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə ənənəvi olaraq bu il də Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.
Onu da xatırladaq ki, festivala bu ilin noyabr ayının 4-də start verilib. Festivala ümumilikdə 13 mədəniyyət müəssisəsindən 14 kollektiv qatılıb. Festival iştirakçılarının ümumi sayı 200-ə yaxındır.
Xalq kollektivləri və dram dərnəklərinin iştirakçılarından 55 nəfərdən çoxu mədəniyyət müəssisələrinin işçiləri, 45 nəfərdən çoxu məktəblilər, 80 nəfərdən çoxu isə tələbə və həvəskar aktyorlardan ibarət olub. Həvəskar aktyorlar arasında çilingər, təqaüdçü, fəhlə, mühasib, müəllim və mühafizəçi kimi vəzifələrdə çalışan insanlar da var idi.
Builki festival Azərbaycanın ən qocaman və uzunömürlü teatrlarından olan, Azərbaycanın ilk həvəskar xalq teatrı - Mərdəkan Xalq Teatrının 95 illik yubileyinə həsr olunub. Festivala qatılan kollektivlər öz çıxışlarını məhz Mərdəkan Xalq Teatrının 95 illik fəaliyyəti dövründə səhnələşdirilmiş əsərlərdən seçərək tamaşaçılara təqdim ediblər.
Mərasimdə Mərdəkan Xalq Teatrının 95 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalında fəal iştirakına görə İdarənin şəbəkəsinə daxil olan müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları, yaradıcı kollektivlər və dərnəklərə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim edilib. Təqdimetmə mərasimindən sonra Bakı Şəhər Xalq Teatrları Festivalında iştirak etmiş kollektivlərin hazırladığı təbrik kompozisiyası təqdim olunub.
Sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək festivalın gedişatı haqda tamaşaçılara qısa məlumat verib və bütün iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra o, festivalda fəal iştirakına görə Mərdəkan Xalq Teatrının üzvlərini fəxri fərmanla təltif edib və festivalın qalibləri bu xalq teatrlarıdır.
I yerə "Diqqət, başlayıram" tamaşası ilə Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan Xalq Teatrı layiq görülüb.
II yeri "Hacı Qəmbər" tamaşası ilə H.Abbasov adına Mədəniyyət evinin xalq kollektivi qazanıb. III yer isə
"Məlikməmmədin nağılı" tamaşası ilə Mərdəkan Mədəniyyət Sarayının R.Əlizadə adına teatr studiyasına qismət olub.
"Qran Pri" mükafatına isə "Dəli Domrul" tamaşasına görə Şüvəlan qəsəbə Mədəniyyət evinin xalq kollektivi layiq görülüb. Həqiqətən də bu, dövlətin xalq teatrına verdiyi dəyərin nümunəsidir.
Qeyd edək ki, Zaqatala rayonunda da xalq teatrı fəaliyyət göstərir və bu teatrın da inkişafına dövlət diqqət yetirir. Onu da vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmaq məqsədilə mədəniyyət evində olub. Onu da bildirək ki, 1959-cu ildə inşa edilən binada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir.
Xalq teatrı festivallarının keçirilməsi ənənəvi hal alıb. Xatırladaq ki, onlardan biri də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə artıq üçüncü ildir Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilir.
2012-ci ildə baş tutan festivalda 9 xalq teatrı, 5 dram dərnəyi və 1 kukla teatrı iştirak edib və onlar böyük mütəfəkkir Mirzə Fətəli Axundovun "Hekayəti-xırsi-quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hekayəti-müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur", "Hekayəti-molla İbrahimxəlil kimyagər", "Mürafiə vəkillərinin hekayəti" və "Hekayəti-mərdi xəsis" komediyalarını səhnələşdirib. Ümumilikdə, festivalda 15 kollektiv iştirak edib. Festivala qatılan xalq kollektivləri və dram dərnəklərində isə 135 nəfər həvəskar aktyor çıxış edib. Qeyd edək ki, 2012-ci ildə keçirilən sözügedən festivalda Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan Xalq Teatrı birinci, H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı ikinci (II dərəcəli diplom), Müşfiqabad qəsəbə Mədəniyyət evinin dram dərnəyi üçüncü yerə, diplom və mükafatlara layiq görülüb.
Azərbaycanda xalq teatrının inkişafına dəstək olan layihələr həyata keçirilir və bu sahənin inkişafına dövlət dəstək verir. Ümid edirik ki, Azərbaycanda xalq teatrının fəaliyyəti daha da intensivləşəcək və yeni aktyor, rejissor, dramaturq nəslinin formalaşmasına yardım edəcək. Buna ehtiyac böyükdür. Çünki xalq teatrlarında yetişən aktyorlar, aktrisalar peşəkar teatra lazımdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ