Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Konstitusiyanın qəbul edilməsindən 20 il ötdü...
Tarix: 12.11.2015 / 01:47
Bölmə: Layihə
12 noyabr Azərbaycan dövlətçilik tarixinə Konstitusiya Günü kimi daxil olub. Konstitusiya xalqımızın, dövlətimizin müstəqilliyini, hüquqi və demokratik dövlət olduğunu özündə ehtiva edən çox mühüm sənəddir. Bilirik ki, Azərbaycan dövlət müstəqilliyi əldə edənə qədər böyük mübarizə yolu keçib və bunun nəticəsində də müstəqil dövlət ola bilib.
1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının Konstitusiyası dörd il sonra qəbul edilib. Aydın məsələdir ki, bu, Azərbaycan Respublikasının sabiq dövlət başçısı mərhum Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində baş verib. Müstəqil dövlətə dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında, vətəndaşların öz konstitusion hüquqlarını anlamasında, borc və öhdəliklərinin nədən ibarət olmasını bilməsində, habelə bir sıra məsələlərin təsbit edilməsində vacib olan məqam Konstitusiyanın qəbul edilməsi idi. Bilirik ki, 1991-ci ildən 1995-ci ilə qədər xeyli dəyişikliklərlə Sovet Azərbaycanının Konstitusiyasından istifadə olunub.
Tarixçilər qeyd edir ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında keçən əsrin 90-cı illərində dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Tarixçilər bildirir ki, bunu xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Müstəqil Azərbaycanın tarixini tədqiq edən tarixçilər qeyd edir ki, bu amili nəzərə alan Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin müəllifliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Tarixçilər bildirir ki, keçən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi dünya birliyinin üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə boşluqların aradan qaldırılması idi. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni Konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. Tarixçilər yazır ki, 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiya təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının sədri, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni Konstitusiyanın əsas prinsiplərinin necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu layihə 1995-ci il oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin, demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi. Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci il noyabrın 12- də referendum yolu ilə qəbul edildi.
Tədqiqatçılar yazır ki, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan müvəqqəti Konstitusiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyinin təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Milli Məclisin qərarı əsasında Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır".
Bakı Dövlət Universitetinin dosenti İsgəndər Quliyev Konstitusiyamızla bağlı qeyd edir ki, bu mühüm sənədin qəbul edilməsi dövlətçilik tariximizdə mühüm hadisədir. Onun yazdığına görə, müstəqil dövlətin öz Konstitusiyası olmalıdır və Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi ilə buna nail olub.
Konstitusiyanın hazırlanması üçün yaradılan komissiyadan danışan tədqiqatçı yazır ki, komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi: "Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim edildi. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 % səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Tarixi təcrübə sübut edir ki, ən demokratik, əhalinin bütün təbəqələrinin mənafeyini hərtərəfli ifadə edən konstitusiyalar məhz ümumxalq səsverməsi (referendum) vasitəsilə qəbul olunan konstitusiyalardır. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, layiqli həyat səviyyəsinin təminatı, humanizm və insanpərvərlik prinsipləri əsas qanunumuzun başlıca mahiyyətini təşkil edir. Demokratik dəyərlərə əsaslanan Konstitusiya respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir". 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Respublikası Konstitusiyasının 48 maddəsi və yaxud üçdə biri sırf insan hüquq və azadlıqları ilə bağlıdır.
Tədqiqatçı yazır ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ehtiva edir: "1995-ci il noyabrın 10-da Azərbaycan Respublikasının yeni Konstitusiyasını hazırlayan komissiyanın son, doqquzuncu iclasındakı çıxışında Heydər Əliyev Konstitusiya Komissiyasının bütün üzvlərinin layihənin hazırlanmasında olduqca səmərəli, faydalı, tarixi xidmətlərini vurğulamaqla onu da qeyd edib ki, "Üzərimizə düşən məsuliyyəti biz vicdanla, xalqımıza sədaqətlə həyata keçirmişik və gördüyümüz işə, xalqa təqdim etdiyimiz layihəyə görə fəxr edə bilərik. Hesab edirəm ki, bütün gələcək nəsillərdə meydana çıxacaq sualların hamısına burada cavab var. Komissiyanın sədri kimi, şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". Konstitusiyamızda ən ciddi məsələlərdən biri hakimiyyətin dövlət orqanları arasında bölüşdürülməsidir. Qeyd etmək lazımdır ki, tarixən mövcud olmuş dövlət quruluşu barədə hüquqi-siyasi təlimlər arasında hakimiyyətin bölüşdürülməsi konsepsiyası mühüm yer tutub".
Tədqiqatçı bildirir ki, Heydər Əliyev Konstitusiyamızda hakimiyyət bölgüsü, hakimiyyətin qolları arasında qarşılıqlı nəzarətin yaranması məsələsindən danışarkən deyirdi: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır prinsipləri Konstitusiyamızın əsasını təşkil etməlidir".
Tədqiqatçı yazır ki, Konstitusiya layihəsi hazırlanarkən bəzi məsələlərin müzakirəsi geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilirdi. Belə məsələlərdən biri Konstitusiya layihəsinə dövlət dili kimi hansı dilin daxil edilməsi idi. Məlum olduğu kimi, bu xeyli mübahisələrə səbəb olub: "Nəhayət, uzun müzakirələr və elmi-praktik əsaslandırmalardan sonra müdrik şəxsiyyət Heydər Əliyevin təklifi ilə Konstitusiyamıza Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olmasını təsbit edən 21-ci maddə daxil edildi. Həmçinin, orada qeyd edilib ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Göründüyü kimi, dil haqqında maddədə respublikamızda yaşayan azsaylı xalqların və etnik qrupların milli mənafeyi də ciddi surətdə qorunub. Azərbaycan Respublikası Konstitusiyasının - əsas qanunun ən diqqətəlayiq cəhətlərindən biri də Azərbaycan Respublikasının Konstitusiyasında tez-tez dəyişikliklər və əlavələr edilməsi cəhdlərinin qarşısına sədd çəkilməsidir. Şübhəsiz ki, zəmanə, insanlar, nəsillər, ictimai mühit və şərait dəyişir. Bu nöqteyi-nəzərdən vaxtı ilə ən ideal hesab edilmiş konstitusiyalara da zəmanənin, tarixi şəraitin tələbi ilə əlavələr edilməsinə və mövcud maddələrin yeni redaktəsinə, yaxud dəyişdirilməsinə ehtiyac duyulur və bu zaman, şübhəsiz ki, dəyişikliklər edilməlidir. Lakin siyasət meydanına və hakimiyyətə gələn yeni qüvvələr unutmamalıdırlar ki, öz şəxsi qrup və partiya ambisiyaları üçün mövcud Konstitusiyanı öz mənafelərinə uyğunlaşdırmamalıdırlar. Əksinə, öz fəaliyyətlərini Konstitusiyaya uyğun qurmalıdırlar. Belə olduqda ölkədə də sabitlik olar. Çünki ölkənin ümumxalq səsverməsi (referendum) ilə qəbul olunmuş Konstitusiyanın - əsas qanunun uzunömürlüyünün iki mühüm tərəfi var: onlardan birincisi Konstitusiyanın müasir dövrü və gələcək perspektivləri nəzərə almaqla, yüksək keyfiyyətlə hazırlanmasıdır. Konstitusiya layihəsi hazırlanarkən əsas qanunun uzunömürlü olması əsas meyar kimi götürülüb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının layihəsini hazırlayan komissiyanın iclasındakı çıxışında deyib: "Konstitusiyamızın müddəaları həm bu günümüz üçün, həm də gələcəyimiz üçün yazılmalıdır. Biz çalışmalıyıq ki, Konstitusiyamızda dəyişikliklərə, əlavələrə ehtiyac olmasın. Ona görə də Konstitusiyanın layihəsini hazırlayarkən həm bugünkü şəraiti, həm də gələcəyi görməliyik. Elə etməliyik ki, Konstitusiyamız bu gün üçün də, uzaq gələcək üçün də yararlı olsun". Məhz belə meyarlara cavab verən layihə hazırlanmış və ümumxalq süzgəcindən keçdikdən sonra qəbul olunub. Bu Konstitusiya böyük bəşəri dəyərlər və məzmuna malik bir qanundur. İkincisi isə Konstitusiyanın özündə tez-tez əlavə və dəyişikliklər edilməsi cəhdlərinin qarşısının alınmasını təmin edən xüsusi maddələrin daxil edilməsidir. Yeni Konstitusiyaya məhz belə maddələr daxil edilib. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövlətin tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və praktik əhəmiyyət daşıyır. Bu səbəbdən də Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi zərurəti yaranır. Bu mənada 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixində "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq ümumxalq səsverməsi ilə Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilməsi ciddi əhəmiyyətə malikdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirilməsi proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlib".
Konstitusiya haqqında Heydər Əliyev deyib: "Konstitusiya nəzarəti cəmiyyətin inkişafını təmin etmək yolu ilə onun sabitliyinin qorunmasına, dövlət hakimiyyəti sisteminin təkmilləşdirilməsinə və ictimai münasibətlərin hüquqi tənzimlənməsinə qulluq edir, yüksək şüuru və dövlətçilik təfəkkürünü formalaşdırır".
Tədqiqatçı qeyd edir ki, ilk milli Konstitusiyamızın qəbul olunmasından 20 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurları çıxışlarının birində çox dolğun və dəqiq olaraq belə ifadə edib: "Keçən illər ərzində Konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir".
Konstitusiya hər bir Azərbaycan vətəndaşının qürur, istinad yeridir. Hər bir Azərbaycan vətəndaşının istinad etdiyi, əsaslandığı, hüquq və azadlıqlarının tanındığı Azərbaycan Konstitusiyası öz mütərəqqiliyinə, dəyərinə, burada təsbit olunan məsələlərə görə olduqca dəyərli və qiymətlidir. Biz Azərbaycan vətəndaşıyıq və vətənimiz Azərbaycanı, onun bayrağını, himnini, torpağını, ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa hazırıq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ