Bazar günü günü, 29 noyabr 2026
     

Bakı Xoreoqrafiya Akademiyasının milli xoreoqrafiya təhsilinin inkişafında rolu...

Image


Azərbaycanda rəqs sənəti haqda keçən yazılarımızda ətraflı danışmışdıq. Bilirik ki, uzun illərdir Azərbaycanda rəqs sənətinin dərinlikləri, incəlikləri tədris edilir. Bu sahəni seçən gənclər təhsil alır və bu yöndə formalaşırlar. Azərbaycanda xoreoqrafiya sənətinin ənənəsi qədimdir və bu ənənələr bu gün yüksək səviyyədə inkişaf edir.
Azərbaycan Respublikasında bu sənətin təməllərinin möhkəmləndirilməsi, daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət tərəfindən böyük işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında verdiyi sərəncamı xatırlamaq yerinə düşərdi. Sərəncamda da vurğulanıb ki, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.
Onu da bildirək ki, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılması haqqında 30 aprel 2014-cü il tarixli Sərəncamından sonra artıq bu ali məktəb qurulub. Bu yeni tədris ocağı ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsinə, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək. Onu da qeyd edək ki, dövlət başçısının 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə T.İ.Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Onu da bildirək ki, bu il yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşüb və yeni təyin edilmiş rektoru kollektivə təqdim edib. Nazir bildirib ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan bir il oldu. Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu hadisə xoreoqrafiya sənəti tariximizdə yeni bir mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq. Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir xoreoqrafiya ənənələrinin qorunaraq inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirib. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, fasiləsiz davamlı təhsilə təkan verəcəyini qeyd edib.
Bakı Xoreoqrafiya Akademiyasının gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin diqqətindədir. Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bu barədə AzərTAC-a müsahibəsində danışıb.
Rektorun fikrincə, bu Akademiyanın yaranması Azərbaycanın mədəniyyət həyatında yeni bir hadisədir, çünki ümumiyyətlə bütün Şərq aləmində ilk dəfə belə bir Akademiyanın Azərbaycanda yaradılması, sözsüz ki, böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xoreoqrafiya təhsili də Şərq aləmində ilk dəfə keçən əsrin iyirminci illərində Azərbaycanda yaranıb: "Bu ənənə indi də davam edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan təhsilində bu yeni bir hadisədir, yəni ibtidai təhsildən tutmuş, doktoranturayadək altı pilləli təhsil bir təhsil kompleksində həyata keçiriləcək. Bu da sənət baxımından, sənətin inkişafı, sənəti seçmək baxımından çox vacib məsələdir. Belə üsul artıq Moskva Xoreoqrafiya Akademiyasında, eləcə də digər ölkələrin analoji təhsil müəssisələrində tətbiq olunur və çox yaxşı nəticələr əldə edilib. İnanıram ki, Bakı Xoreoqrafiya Akademiyası təhsilin bütün pillələrində uğur qazanacaq və Azərbaycanın təhsilinə, mədəniyyətinə töhfələrini verəcək".
Azərbaycanın mədəniyyəti və incəsənətinin renesans dövrünü yaşadığı fikrini irəli sürən rektor bildirib ki, bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük xidmətləri var.
Rektor Azərbaycan xoreoqrafiya məktəbinin ənənələrindən də danışıb: "...Azərbaycan xalqı çox istedadlı xalqdır. İstər incəsənət, istərsə də mədəniyyət sahəsində çox böyük ənənələrimiz, uğurlarımız var. Azərbaycan dünya incəsənətində artıq öz sözünü deyib, dünya incəsənəti tarixində özünün layiqli yerini tutub. Xoreoqrafiya sahəsində ənənələrimizin böyük tarixi var. Hələ ötən əsrin əvvəllərində Azərbaycanda xoreoqrafiya təhsili var idi. Bizim Qəmər Almaszadə, Leyla Vəkilova kimi görkəmli xoreoqrafiya ustalarımız, Əminə Dilbazi, Roza Cəlilova, Böyükağa Atababayev, Böyükağa Məmmədov kimi milli rəqs ifaçılarımız olub. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edən, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərən sənətkarlarımızın ənənələri qorunub saxlanmalıdır. Onların yetirmələri olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr veriblər.
Bu gün bizim qarşımızda duran əsas vəzifə klassik balet ənənələrini qoruyub saxlamaqla yanaşı, onu inkişaf etdirmək, eləcə də müasir dünyada xoreoqrafiya sənətində yeni yaranan və Azərbaycanda hələ öyrənilməyən cərəyanları (məsələn, step-balet, modern balet, caz balet və s.) öyrənmək və tətbiq etməkdir. Xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq məqsədilə biz ən tanınmış mütəxəssisləri ustad dərsləri keçmək üçün buraya uzunmüddətli ezamiyyətə dəvət etməliyik. Həmçinin Akademiyanın istedadlı müəllimlərini, tələbələrini yeni cərəyanları öyrənmək, burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməli və bu yolla milli kadrlarımızı hazırlamalıyıq. Bu gün ölkə başçısının da bizdən tələbi budur, yəni Azərbaycan xoreoqrafiya sənəti beynəlxalq standartlara cavab verməlidir. Buna bizim potensialımız var. İnanıram ki, dövlətimizin qayğısı sayəsində bu məqsədlərimizə nail olacaq, möhtərəm Prezidentimizin etimadını doğruldacağıq".
T.Əfəndiyevin bildirdiyinə görə, Akademiyanın yaranma səbəbi həm də bu sahədə milli kadrlar yetişdirməkdir. Onun dediyinə görə, yeni tələblərə uyğun milli kadrlar hazırlamaq üçün Akademiyanın güclü maddi-texniki bazası olmalıdır: "Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir. Yeni layihədə tədris teatrının da tikintisi nəzərdə tutulub. Bundan əlavə, sənətlə bağlı ixtisaslarda mütləq xüsusiləşdirilmiş sinif otaqları olmalıdır. Bir sözlə, maddi-texniki baza müasir tələblərə cavab verməlidir. Müasir dünyada hazırda xoreoqrafiya sənətində texnikadan geniş istifadə olunur. Yəni kompyuter, montaj otaqları vasitəsilə müasir rəqslər qurulur. İnanıram ki, yeni binamızda xoreoqrafiya sənətimizin müasir tələblər səviyyəsində inkişafı üçün hərtərəfli şərait olacaq".
Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbinin yaranması respublikamızda vaxtilə hadisə kimi qarşılanıb. Məlumatlara görə, Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb və 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən isə məktəbin adı dəyişdirilərək Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb.
Qeyd edək ki, 2013-cü ildə 85 yaşı tamam olan bu məktəbə uzun illər rəhbərlik edən Nüleyfər xanım Kərimova məktəbin özəllikləri haqda maraqla danışıb: "Azərbaycanın bu gün tanınmış əməkdar artistləri, balerinaları, rəqqasları bizim məktəbin məzunlarıdır. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər".
Onu da deyək ki, Akademiyaya çevrilməmişdən əvvəl məktəb dərsləri ilə yanaşı, qrim sənəti, duet, tarixi-məişət rəqsləri, nəfəs dərsi, xalq-səhnə və Azərbaycan rəqsləri fənləri yüksək səviyyədə tədris olunub burada. Bu gün isə Akademiya kimi fəaliyyətini davam etdirir. Əlbəttə, mədəniyyət aləmi üçün böyük əhəmiyyəti olan bu Akademiyada yüzlərlə milli kadrın yetişəcəyinə heç kəs şübhə etmir.
Hesab edirik ki, Cənubi Qafqazda tayı-bərabəri olmayan bu Akademiya çox böyük işlər görəcək, xoreoqrafiya təhsilinin inkişafında, tərəqqisində önəmli rol oynayacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ