Bazar günü günü, 29 noyabr 2026
     

Ermənilərin törətdiyi Gəncə qırğını mərhum professor Vaqif Arzumanlının araşdırmasında...

Image


Tarix bütün hadisələri öz yaddaşında yaşadır. Elə bir yaşantı ola bilməz ki, tarixin yaddaşından itsin, sadəcə, gizlənir, gözdən uzaq düşür, öz tədqiqatçısını gözləyir. Bəzən insanların unutqanlığı, bəzən də buna məcbur edilməsi bu həqiqətlərin yeddi qat pərdə arxasında qalmasına rəvac verir. 1918-ci il martın sonu və aprelin əvvəllərində Azərbaycan ərazisində erməni daşnaklarının həyata keçirdiyi kütləvi qırğınlarda minlərlə günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qanı töküldü.
Onu da bilirik ki, kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni-bolşevik dəstələri Bakıda və bölgələrdə minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, insanların əmlakını müsadirə edib.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalayıb. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Azərbaycanın kütləvi qırğına məruz qalan bölgələrindən biri Gəncədir. O Gəncə ki, Azərbaycanın iri şəhərlərindən biri olmaqla yanaşı, böyük elm, mədəniyyət mərkəzi kimi tanınıb. Azərbaycanın dövlət maraqlarının qorunduğu məkan olub. Bundan əlavə, Azərbaycan Xalq Cumhuriyyətinin ilk paytaxtı bu şəhərimiz olub. Dövlətçiliyimizin qayğısına qalan və bu amala əbədi sadiq olan gəncəlilər erməni-bolşevik qırğınlarından can qurtara bilməyib.
"Xankəndi-Biz qayıdacağıq" internet portalında mərhum alimimiz, professor Vaqif Arzumanlının "Gəncə hadisələri" məqaləsi yer alıb. Qeyd edək ki, tarixi arşdırmanın ərsəyə gəlməsində V.Arzumanlı, V.Həbiboğlu, K.Muxtarovun da əməyi keçib (məqalənin sonunda belə qeyd var-İ.S).
1918-ci il qırğınları haqda ətraflı yazan alim ortaya çox dəyərli faktlar çıxarıb. Məqalədə qeyd olunur ki, Bakıda törədilən qırğınlar, Müsəlman Milli Şurasının ağır məğlubiyyətə uğraması heç də daşnakların qələbəsi deyildi: "Düzdür, Bakıda axıdılan günahsız qanlar nə qədər faciəli olsa da, o dövrdəki müvəqqəti məğlubiyyətlər azərbaycanlıları heç də həvəsdən salmadı, mübarizlik ruhunu qıra bilmədi. Əksinə, "Mart günlərindən sonra azərbaycanlı rəhbərlər artıq muxtariyyətdən deyil, ayrılmaqdan danışır və öz ümidlərini rus inqilabına yox, Türkiyənin köməyinə bağlayırdılar" ("Qafqaz Azərbaycanı Respublikası". Paris, 1919, s. 21).
Faciəli mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli Şurası və azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə və Tiflisə köçmək məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif ərazilərində daşnakların törətdikləri vəhşiliklərin dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı. Əslində Gəncə və onun ətraf ərazilərində azərbaycanlıların qırğınlarını həyata keçirmək üçün Bakının "bolşevik" daşnakları ilə Qarabağ erməniləri əl-ələ verməli, qüvvələrini vahid məqsədə yönəltməli idilər. Daha doğrusu, daşnaklar Göyçayı, Yevlaxı, Goranboyu zəbt etdikləri vaxt Qarabağ erməniləri də cənubdan Gəncə istiqamətində öz planlarını həyata keçirəcəkdilər. Hətta o vaxtlar Azərbaycan demokratik qüvvələrinin məqsədini lağa qoyan daşnak lideri S.Şaumyan və digər erməni liderləri mətbuat səhifələrində azərbaycanlılara rişxəndlə bildirirdi ki, "Siz muxtariyyət deyil, xarabazar alacaqsınız". S.Şaumyan və onun əlaltıları bununla demək istəyirdilər ki, azərbaycanlılar öz ulu torpaqlarında heç vaxt nə milli dövlət yarada biləcəklər, nə də Qafqazda muxtariyyət əldə edəcəklər".
Qeyd edilənə görə, erməni daşnakları çox dərin qatlarda Azərbaycanı erməniləşdirmək arzusu ilə nəfəs alırdılar. Alimin yazdığına görə, belə ki, 1918-ci ilin aprelində təşkil olunmuş Bakı quberniyası Xalq Komissarları Sovetinin rəhbərləri nəinki Azərbaycanın türk xalqına öz müqəddəratını təyin etmək hüququnu rəva görmür, hətta başçıları Şaumyan "Azərbaycan" sözünü qəbul etməkdən imtina edir: "Əmiryanın redaktoru olduğu "Bakinskiy raboçiy" qəzeti bu sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. "Bakı və Bakı quberniyasında milli qüvvələrə divan tutduqdan sonra Bakı Soveti özünün əsasən erməni hərbi hissələrindən ibarət olan dəstələrini Gəncə üzərinə hücuma hazırlayırdı". ("Mart qırğını", "Azərbaycan" qəzetinin xüsusi buraxılışı, 11 mart 1993). Ermənilərin Bakıda törətdikləri vəhşiliklər tədricən Azərbaycanın digər bölgələrində də təkrar olundu. Xüsusilə Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan və Lənkəran ərazilərində. Adları çəkilən yerlərdə azərbaycanlı qırğınlarını həyata keçirmək üçün S.Şaumyan və onun əlaltıları xüsusi planlar cızmışdı. Bakıdan sonra Şamaxı şəhərini odlara düçar edən ermənilər (erməni məhəlləsindən və iki kilsədən savayı) Gəncə istiqamətində irəliləməyə başladılar. M.Ə.Rəsulzadə "Azərbaycan Cumhuriyyəti" kitabında erməni daşnaklarının o vaxtkı əməlləri barədə yazır: "Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaların, yağmaya gedən mal və məvaiminin təsviri qeyri-qabili təsəvvür bir faciə təşkil edir" (M. Ə. Rəsulzadə, "Azərbaycan Cumhuriyyəti". Bakı, "Elm", 1990, səh. 37).
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası əsasən ermənilərdən ibarət bolşevik silahlı dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə göndərərək yerli əhalini-azərbaycanlıları qırmaq barədə göstərişlər hazırlamışdı. Məsələn, əsas məqsədi bu idi ki, "Bakı Komissarları Sovetinin rəhbəri erməni Şaumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq-hesablarını bolşevizm pərdəsi altında çəksinlər". (Əhməd Təbrizli. "Dağlıq Qarabağ tarixi və ona dair sənədlər". 1 c. Strasburq, 1989). Şamaxı və Göyçay istiqamətində göndərilən erməni silahlı dəstələrinə S. Şaumyanın ən yaxın dostları Stepan Lalayan və Tatevos Əmirov başçılıq edirdilər".
Araşdırmada qeyd edilir ki, Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar. Yazılana görə, məsələn, V.İ.Leninin tövsiyəsi və himayədarlığı ilə Bakıya xüsusi səlahiyyətlə fövqəladə bolşevik komissarı təyin olunan S. Şaumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin. Əslində o vaxtlar Zaqafqaziya Seymi belə bir qərar çıxarmışdı ki, Gəncədə yerləşən 216-cı və Bakıda yerləşən 219-cu alaylar özlərinin bütün silahlarını və sürsatlarını müvafiq olaraq yeni yaradılan Gəncə və Bakı müsəlman alaylarına versinlər: "Amma ermənilər bu işə heç cür yol vermək istəmirdilər. Onlar hər cür hiylə və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını öz əllərinə keçirməyə müvəffəq oldular. Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb oldu. Azərbaycanlılarla ermənilər arasında qanlı toqquşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakıda, həm də Tiflisdə ciddi narahatlıq doğurdu. Yaranmış gərginlikdən çıxış yolu tapmaq məqsədilə Zaqafqaziya Seymindən, müsəlman və erməni milli şuralarından, habelə Müsavat Partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi. Danışıqlardan sonra azərbaycanlılar Milli Ordunun yaradılması işində xeyli fəallıq göstərdilər. Ermənilərin hər cür maneçiliyinə, fitnə-fəsadlarına baxmayaraq, qısa müddət ərzində həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində Milli Ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü. Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlincə, həm də aşkar çoxlu əks-tədbirlərə əl atdılar. Daha doğrusu, "Daşnaklar yatmayıb xəlvətcə öz işlərini işləyirdilər. Həştərxandan, Petrovskidən, Krasnovodskdan gələn ermənilər bu bəhanə ilə Bakıda saxlanırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər. İrandan və Krasnovodskdan paroxodlarda şura hökuməti adına gətirilən mühümmati-hərbiyyə və qeyri şeylər daşnakların əlinə keçirdi. Bu şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən, Maitaşovun zavoduna və qeyri yerlərə. Bunların hamısı ilə bərabər, eyni zamanda, Şaumyan və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu ("Azərbaycan", 31 mart 1919-cu il).
Şamaxıda ermənilərin törətdiyi vəhşiliklərlə bağlı S.Şaumyanın daşnaklara müraciətlə hazırladığı məktub Gəncə komendantının əlinə keçdi. Həmin məktubdan açıq-aydın görünürdü ki, həm Şaumyan, həm də Avakyan ən qatı daşnakdırlar".
Alimin qeydlərinə görə, S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun ayının 6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barədə əmr hazırladı və daşnak əsgərlərinə xüsusi tapşırıqlar verdi.
Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman əhalisini ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başladılar. Yazıdan o da məlum olur ki, erməni silahlı qüvvələri əgər Bakıdan Şamaxıya üç günə gedib çıxmışdılarsa, onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar: "Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış ADR-in, həm də bir millət kimi azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Həmin günlər barədə qocaman müəllim M. Axundovun xatirələri çox maraqlıdır. O yazır: "Bu vaxt bizim milyonçular İrana müraciət edib kömək istəyirdilər. İran isə ancaq üçüncü müraciətdən sonra cavab verir ki, biz sizin daxili işinizə qarışmırıq. Bundan sonra H.Z.Tağıyev Türkiyəyə, Ənvər paşaya müraciət edir. Ənvər paşa dərhal İstanbul müdafiəsindən seçmə türk diviziyalarını çıxarıb Azərbaycana köməyə göndərir. Bu zaman Tovuzda atamgil qiymətdən ağır, çəkidən yüngül əşyaları yığıb qaçmağa hazırlaşırlar. Birazdan xəbər çatır ki, türklər eşalonla köməyə gəlirlər, atamgil əllərində duz-çörək, gözlərində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar. Türk diviziyaları Göyçayda ermənilərin qarşısını kəsir, onları qova-qova Bakıya daxil olurlar. Hər stansiyada bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli azərbaycanlılardan özünümüdafiə dəstələri yaratsınlar. Amma türk diviziyalarının yerinə qoyulmuş ərəb diviziyalarının ingilislərə satıldığını görən Mustafa Kamal Paşa Atatürk Azərbaycandan diviziyaları geri çağırır (Bundan başqa, obyektiv və subyektiv səbəblər də olub - red.). Beləliklə, türklərin Göyçə gölünü və Dərbəndi Azərbaycana qaytarmaq planları yarımçıq qalır ("Vətən səsi", 26 mart, 1993-cü il). Doğrudan da həmir ağır günlərdə qardaş Türkiyənin kömək əli vaxtında yetişməsəydi, Azərbaycan torpağının və azərbaycanlıların taleyinin necə olacağını, bütün bunların nə ilə nəticələnəcəyini təsəvvür belə etmək çətindir. 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikası yarandı. İyun ayının 4-də, bir həftə sonra Azərbaycan Respublikası ilə Türkiyə dövləti (Osmanlı İmperiyası) arasında dostluq və qarşılıqlı yardım barədə müqavilə bağlandı. ADR hökuməti, daha doğrusu, Milli Şura Tiflisdə təxminən üç həftəlik fəaliyyətdən sonra iyun ayının 16-da Gəncə şəhərinə köçdü. Azərbaycan milli dövlətinin yaradılması və hökumətin müvəqqəti olaraq Gəncədə yerləşməsi bu qədim şəhərdə ermənilərin daha geniş şəkildə əl-qol açmasına imkan vermədi, onların hazırladıqları bir çox murdar planları alt-üst etdi".
Araşdırmada o da bildirilir ki, 1918-ci ilin yayında qatı daşnak generalı Andronik Ozanyan Avropada baş verən hadisələrdən sonra, yəni türk, ingilis, alman və rus münasibətlərinin kəskinləşdiyi vaxtda Azərbaycan torpaqlarını zəbt etməyə, azərbaycanlıları qılıncdan keçirməyə başladı: "O, öz dəstələri ilə Gəncə vilayətinin sərhədlərini keçərək Zəngəzura hücum etdi. Bu zaman Gəncə vilayətinin bəzi kəndləri də talan edilərək yandırıldı. Sonrakı hadisələr təxminən belə davam etdi. Azərbaycana Türkiyədən silahlı qoşun hissələrinin köməyə gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox yollara əl atdılar. Lakin S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istefa verməyə məcbur oldular. Bakıda hakimiyyəti eser-menşevik və yeni daşnaklardan ibarət Sentrokaspi diktaturası ələ aldı. Az keçməmiş özünün çox gücsüz olduğunu başa düşən Sentrokaspi ingilisləri kömək üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək arzusu ilə yaşayan yad və qondarma hökuməti nə ingilislər qoruya bildi, nə də özünün 14-cü maddəsi ilə gənc ADR-ə arxadan zərbə vuran Brest-Litovsk müqaviləsi. Avqust ayının ikinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə də Türkiyədən öz qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk hərbi dəstələri Bakı üzərinə qəti hücum planları hazırladılar.
1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında Azərbaycan korpusu və üç gün sonra isə Nuru paşanın başçılığı ilə türk qoşun hissələri Azərbaycan Demokratik Respublikasının paytaxtı Bakını menşevik, eser və daşnaklardan ibarət oyuncaq Sentrokaspi hökumətindən təmizlədi. İngilislər elə sentyabrın 15-də Bakını tərk etdilər. Öz xalqına sadiq döyüş sərkərdələrinin və kifayət qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusu tamamilə darmadağın olundu. Azərbaycan hökuməti Bakıya köçdü...".
Mərhum alim, professor Vaqif Arzumanlının bu araşdırmasından da xeyli məlumatlar aldıq. Alimin fikirləri, uzun illərdən bəri axtarıb üzə çıxardığı bu faktlar hesab edirik ki, çox dəyərlidir. Əslində, o, erməni vandalizminin hardan qaynaqlandığını, bu işin ilhamvericilərinin adlarını çəkməklə düşmənlərimizi bizə bir daha tanıdıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ