Bazar günü günü, 29 noyabr 2026
     

Erməni terroru nəticəsində dağıdılan Şamaxı Cümə Məscidi...

Image


1918-ci ildə erməni terrorundan əziyyət çəkənlərin xeyli hissəsi Şamaxı sakinləri olub. Keçən yazılarımızda qeyd etmişdik ki, erməni daşnakları şamaxılılara divan tutub və yüzlərlə insanı qətlə yetirib. Yalınz insanlar erməni terroruna tuş gəlməyib, Şamaxıdakı əhəmiyyətli tikililər, evlər, o cümlədən də Şamaxı Cümə Məscidi ermənilər tərəfindən yandırılıb. 1918-ci ildə baş verən bu yanğın tariximizdə acı bir səhifə kimi xatırlanır.
Tanrı sevgisindən uzaq daşnaklar müqəddəs ocaqlara da əl uzadıb, onları yerlə yeksan ediblər.
Məlumat üçün deyək ki, Şamaxı Cümə Məscidi qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Verilən bilgiyə görə,
memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı rayonu, xüsusilə Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlayıb. Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə Məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 24-də Cümə Məscidi dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə Məscidi dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat məbləğində vəsait ayrılıb.
Məscidin tarixinə gəlincə, rəsmi mənbələrdə qeyd edilir ki, məscidin tikintisi 743-744-cü illərə aiddir. Alimlər bildirir ki, bu nəticəyə Şahqulu Qacarın başçılığı altında Tiflis geologiya komissiyasının tədqiqatlarına əsasən gəlinib. Bu tarix Cümə Məscidinin fasadı üzərindəki, hicri 126 ili bildirən ərəb yazısından məlum olub. Məhz bu zaman ərəblər Azərbaycan Respublikası ərazisində məscidlərin və başqa abidələrin inşasına başlamışlar. Bu, islamın Qafqaz ərazisində yayılması ilə bağlı idi. Şamaxı Cümə Məscidi 734-cü ildə inşa edilən Dərbənd Cümə Məscidindən sonra Qafqazda ən qədim məsciddir. Məscidin inşası Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin (705-715) qardaşı Məslamə ibn Əbd ül-Malikin dövrünə təsadüf edir. Şamaxı onun dövründə canişinin Qafqazdakı iqamətgahı idi. Ərəblər Şamaxıya böyük önəm verirdilər, bu, Cümə Məscidinin memarlıq üslubundan açıq-aydın görünür.
Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq gürcülərin talançı quldur basqınlarından müdafiə məqsədilə yardım üçün səlcuqlu sultan Mahmuda (1118-1131) müraciət edirlər. O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək «məscidi dağıtmışlar, minarəni uçurmuşlar və şəhərdə quldurluq edirmişlər».
Tədqiqatçılar qeyd edir ki, Cümə Məscidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə Məscidinin dəfələrlə zədələnməsi və III Mənüçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlara və inşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün «Böyük xaqan» adlandırıldığını deyir.
Məscidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi məscidi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də Səfəvilər dövründə məscidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.
Məscidin üçüncü rekonstruksiyası 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanıb və 1860-cı ildə quberniya memarı Q. Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Q.Qaqarinin eskizləri əsasında aparılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Cümə Məscidi erməni terrorundan yan keçməyib. Məlum olduğu kimi, 1918-ci ildə məscid erməni daşnakları tərəfindən yandırılıb. Rəsmi mənbələrin verdiyi məlumata görə, Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə Məscidinin tarixi üzərinə də müəyyən işıq salır.
Qeyd edək ki, zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruzqalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə Məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. Beləliklə, demək olar ki, Şamaxı Cümə Məscidi 743-cü ildə tikilib və Dərbənddə inşa edilmiş məsciddən sonra bütün Qafqazda ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə Məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olub. Məktubda yazılır: «Təcili olaraq böyük Cümə Məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülki mühəndis zabitinə tapşırılsın».
Qədim məscidin planı əldə olunmayıb. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə Məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə Məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı, hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə Məscidi miqyası və monumentallığı ilə islamın qədim, irihəcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.
1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasım bəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunaraq saxlanıldı. Bununla yanaşı, onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə Məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə Məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılıb.
Q.Hacıbababəyovun Cümə Məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə Məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə Məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin, demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə Məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da, xarabalar içindən yenidən qalxıb dirçəlirdi.
1903-cü ilin oktyabrında Cümə Məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çoxəsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə Məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə Məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivər bəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin layihələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (özülün mərkəzi və arxa divarı bərkidilərək yan hissələrdə işlər davam etdirildi), lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivər bəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam etdirilməsini mülki mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı, həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı.
Ermənilər tərəfindən yandırılmış Şamaxı Cümə Məscidi
1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə islam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çoxplanlı, rəngarəng memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvari tacbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə Məscidinin böyük əhəmiyyəti var. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.
Məlum oluğu kimi, Şamaxı Cümə Məscidi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurularaq, bərpa edilərək 2013-cü ildə açılışı olub. Prezident İlham Əliyevin sərəncamı ilə Şamaxıdakı qədim Cümə Məscidi əsaslı şəkildə yenidən qurulub. Layihə Heydər Əliyev Fondunun «Tolerantlığın ünvanı: Azərbaycan» layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.
Onu da qeyd edək ki, ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılması üçün bərpa və yenidənqurma işləri zamanı Şirvan memarlıq məktəbinin ənənələrinə maksimum diqqət yetirilib. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Ötən əsrin 70-80-ci illərində təmir işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanıb. Şamaxı seysmik zonada yerləşdiyindən, məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə möhkəmləndirilib.
Dövlətimizin dəstəyi ilə yenidən qurularaq bərpa edilən Şamaxı Cümə Məscidi zamanında erməni terroruna məruz qalıb, zəlzələ nəticəsində dağılıb, tarixdə bir neçə dəfə təmir edilib. Amma məscidin son təmiri daha yüksək səviyyədə həyata keçirilib. Bu gün şamaxılıların ziyarət etdiyi, ibadət etdiyi məkan və tariximizin dəyərli memarlıq abidəsi kimi məscidin böyük əhəmiyyəti var.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

soyqirim



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ