Bazar günü günü, 30 avqust 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlk peşəkar azərbaycanlı qadın rəssam - Maral Rəhmanzadə...
Tarix: 06.01.2015 / 02:17
Bölmə: Layihə
Bu qüdrətli qadının əsərlərini əsasən kitablarda görmüşük. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanına, Məhəmməd Füzulinin "Qəzəllər"inə və Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasına çəkdiyi illüstrasiyalar kitab qrafikasının gözəl nümunələridir. Bu nümunələr hər zaman bizdə xoş ovqat yaradıb. "Azərbaycanın aşıq və şair qadınları" kitabına çəkdiyi bənzərsiz illüstrasiyalar unudulmazdır.
Qadın gözəlliyi, zərifliyi, istedadı, əzəməti bu rəsmlərin başlıca qayəsini təşkil edir. Maral xanım Rəhmanzadə Azərbaycan təsviri incəsənətinin elə bir simasıdır ki, o hər zaman ətrafa işıq saçıb, hər kəsi öz cazibəsində saxlamağı bacarıb. Sağlığında əfsanəyə çevrilən Maral xanım əsl Azərbaycan qadını kimi özünü təqdim edib.
Rəhmanzadə Maral Yusif qızı professional rəssamlıq təhsili görmüş azərbaycanlı qadın rəssam, qrafikçi, Azərbaycan Xalq rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965), "Şöhrət" ordenli bir xanım olub.
Bakılı qızın fırçası aləm yaradıb. Həmişə diqqət mərkəzində olan və sevilən, dəyərləndirilən Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illərdə Moskva Rəssamlıq İnstitutunda oxuyub.
Maral Rəhmanzadə imzası...
Maral xanımın yaradıcılığını təhlil edən, araşdıran sənətşünaslar qeyd edir ki, 1940-cı ildə Moskva Rəssamlıq İnstitutunda təhsilini başa vuraraq Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır. Bu əsərlərin önündə gedən "Mənim bacılarım", "Bizim qızlar" nümunələrində Azərbaycanın bütün qadınlarının obraz payı var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapıb. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma Vətənim", "Azərbaycan" və s. (1965-1975).
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib və bədii əsərlərə illüstrasiyalar çəkib. Bir sıra xarici ölkələrdə olub, həmin ölkələrin həyatından silsilə qravüralar yaradıb. "Çexoslovakiyada", (1959-1960) əsəri bu silsilədəndir.
Sənətşünaslar qeyd edir ki, əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində təqdim edilib. Əzəmətli rəssamın fırça nümunələri İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s. ölkələrdə nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilib. Əsərləri Tretyakov Qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanır. "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf nişanı" ordeni, Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
2008-ci il mart ayının 16-da vəfat edən və Mərdəkan qəbiristanlığında torpağa tapşırılan rəssam uzun və mənalı ömür yaşayıb. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət" ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.
Onu da bildirək ki, "Maral Rəhmanzadə" kitabı nəşr edilib.
"Sərvət" albomlar silsiləsindən olan bu kitabda qadın rəssamlarımızdan biri olan Maral Rəhmanzadənin həyat və yaradıcılığı əks olunub.
Qadın mövzusuna ürək qızdıran rəssam...
Sənətşünaslar bildirir ki, qadın mövzusu Maral Rəhmanzadə yaradıcılığının bütün dövrləri üçün aktual olub. "Cəbhə rəfiqələri", "Qadın ansamblının çıxışı", "Haqsızlıq", "Köləlik simvolu" kimi əsərləri bu qəbildəndir.
Peşəkar rəssam olan, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının Xalq rəssamı, "Şöhrət" ordenli Maral Rəhmanzadə son dərəcə gözəl taleyə malik qadındır.
Vətəni sevən qadın...
Maral Rəhmanzadə yaradıcılığını incələyən sənətşünaslar bildirir ki, "Dəniz nefti" Maral Rəhmanzadə yaradıcılığında özünü işıqlı xətlə göstərir. Sənətşünasların bildirdiyinə görə, onu digərlərindən fərqləndirən cəhət mənzərələrdən ta qrafika, linoqravür, sulu boya, rəsm və portretlərinə qədər bütün işlərində tərənnüm etdiyi vətəninə olan hədsiz sevgisi idi.
O, əsrlərlə təkmilləşdirilən mövzulara yeni nüanslar gətirməklə təsviri incəsənətdə orijinal mövzular açan ilk və demək olar, yeganə qadın rəssam olmağı bacardı. Keçən əsrin ortalarında öz əsərlərində neftçilərin ağır əməyini əks etdirən birinci qadın rəssam da məhz Maral xanım oldu.
Görünür, onun taleyi Allah tərəfindən belə yazılıb. Neft qoxulu Bakının balası Maral xanımın uşaqlığı Xəzər sahilində keçib və bu üzdən də neftçilərin həyatını yaxından izləyə bilib. Sənətşünaslar vurğulayır ki, yaradıcılıq ruhu bu yerlərin hətta havasına belə "hopmuşdu". Onun atası mahir zərgər, nənəsi bütün ərazidə tanınan xalça ustası, əmisi isə daşüstü oymaçı idi (onun vurduğu naxışlar hələ də bir çox mərdəkanlıların evini bəzəyir). Beləliklə, incəsənətə sevgi Marala, necə deyərlər, genlə keçib.
O, uşaqlıqdan rəsmlə məşğul olurdu, 7-ci sinfi bitirən kimi isə Bakı İncəsənət Texnikumuna qəbul olundu. Texnikumu vaxtından əvvəl bitirən Maral bir neçə istedadlı tələbə ilə birlikdə Moskvaya, məşhur V.İ Surikov adına İncəsənət İnstitutuna göndərilib.
Bakı sevgisini Moskvada qurduğu karyeradan üstün tutan rəssam
Onun müəllimləri arasında Vladimir Favorski, Aleksey Kravçenko, Dmitriy Moor (Orlov) və bu kimi böyük qrafika ustaları vardı.
Maralın Azərbaycan qadınlarına həsr edilmiş ilk diplom işi Surikov məktəbinin rektoru, məşhur rəssam və sənətşünas İqor Qrabar tərəfindən hələ o vaxt yüksək qiymətləndirilib. Surikov İnstitutunun istedadlı məzununu Moskvanın bədii ədəbiyyat nəşriyyatlarından birinə böyük ümidverici kitab illüstratoru təyin etdilər, amma Maral gözlənilmədən uğurla başladığı karyerasını yarımçıq qoymaq qərarını verib Bakıya qayıtdı. Bundan az sonra Böyük Vətən Müharibəsi başladı və gənc rəssam istedadının bütün gücünü hərbi vətənpərvərlik mövzularına həsr etdi.
Müharibədən dərhal sonra isə bu zərif və nəcib xanım, özünün dediyi kimi, "dəniz nefti"nə qapılaraq yenidən hamını təəccübləndirdi. Təbii ki, o vaxt sənaye tematikası rəssamların çoxu üçün əsas mövzulardan idi. Sovetlər ölkəsində baş verən sənaye bumu-fabriklərin, zavodların, su elektrik stansiyalarının, dəmir yollarının və şəhərlərin yüksək templə inşası adi iş günlərinin ilhamverici romantikası ilə fərqlənirdi. İnsan əməyi valehedici idi və məhz bu, Maralın "Neft daşları"na getməyinə, yəni "partiya və hökumətin göstərişi ilə" deyil, öz ürəyinin çağırışı ilə qərar verməsinin əsas səbəbinə çevrildi.
Hər gün açıq dənizdə...
Maral Rəhmanzadə dənizin lap ortasında ucaldılmış bu qeyri-adi şəhərdə işləməyə qərar verən ilk qadın oldu. Oraya hətta bizim günlərdə, "dirəklər üzərində şəhərin" inkişaf etmiş şəhər tipli qəsəbəyə çevrildiyi zaman təkcə bir dəfə də olsun gedənlər bu qadının cəsarətinin və ruhunun əzəmətini anlaya bilər. Çünki şəhər öz dirəkləri üzərində nə qədər möhkəm "dursa" belə, təbii fəlakətin yaxınlığı hissi sizi bir dəqiqə də olsun tərk etmir. O zaman, keçən əsrin 50-ci illərində orada yaşamaq daha çətin idi, üstəlik, rəssam özü üçün heç bir güzəşt tələb etmir, neftçilərlə eyni şəraitdə yaşayırdı. Maral və neftçilər üçün sığınacaq rolunu... batırılmış gəmi oynayırdı! Ancaq belə olan halda o, bütün emosiya və hissləri dərk edə, çətinlikləri başa düşə və neftçi əməyinin qəhrəmanlığına valeh ola bilərdi.
Hər gün gənc rəssam işçilərlə birlikdə dənizə çıxır, onların əməyini saatlarla müşahidə edir və insan cəsarətinin təbii fəlakətə qarşı qəhrəmancasına qarşıdurmasının şahidi olurdu. O, sözün əsl mənasında, "dirəklər üzərində şəhər"in energetikasını "öz canına çəkir", neftçi peşəsinin məğzini başa düşməyə çalışır və onlar kimi "növbədən" sonra yorğun halda buruqlar meşəsi fonunda heyrətamiz qüruba göz dolusu baxırdı. Bəlkə məhz buna görə onun "Neft daşları"na həsr edilmiş saysız-hesabsız və ifadə texnikasına görə müxtəlif olan natura etüdləri, rəsmləri və iri formatlı akvarel mənzərələri belə səmimi, realistik və eyni zamanda şairanə alınıb.
1947-ci ildə 10 lövhədən ibarət "Neft" adlanan ton linoqravürləri seriyası yarandı. Rəssam "hekayəsinə" öz zəngin təbii nefti və qazı ilə məşhurlaşan qeyri-adi Abşeron torpaqlarından başlamağa qərar verdi. Seriyanın hər işində Maral Rəhmanzadə ardıcıllıqla Azərbaycanda neft hasilatının tarixçəsi haqqında danışır: torpağımızın zənginliyi və müqəddəsliyinin simvolu olan "Atəşpərəstlər" tablosundan başlayaraq texniki tərəqqinin inkişfını göstərən "Mancanaqlar" işinə qədər. Seriyanı "Tanker dənizə çıxır" dəniz mənzərəsi tamamlayır: ay və ulduz şəfəqi ilə işıqlandırılan gecə dənizində şəhərin işıqları əks olunub və gəmi üzür. Maral Rəhmanzadənin bütün işlərində sərt reallıq dərin şairanəliklə heyranedici ahəngdarlıq təşkil edir. Təbii fəlakətin gücü və gözəlliyinə heyranlıq insan cəsarəti qarşısında baş əyməklə əvəz olunur.
İlk baxışdan onun qadınlara çox da yaxın olmayan mövzuda işlədiyi tablolarda müəllifin şəxsi iştirakı hiss edilir və məhz bu onun işlərinə qəribə energetika əlavə edir. Bizə elə gəlir ki, yalnız belə geniş və dərin dünyagörüşünə malik xanım hər gün həddən artıq çətinliklərlə üz-üzə gələn, amma buna baxmayaraq, öz işlərini ürəkdən sevən neftçilərin emosiya və hisslərinin bütün qammasını hiss edə bilərdi. Təəccüblüdür, amma dənizin dərinliklərində ucalan buruqlar və uzaqlara gedən estakadalar onun işlərində tamamilə başqa bir həyat və haradasa müəmmalı və romantik görünüş əldə edir. Bu, sadəcə, neft mövzusunda işlənmiş bir seriya deyil-bu, "Neft daşları"ndakı bəzək-düzəksiz həyatı olduğu kimi, eyni zamanda təbiətə, insana və vətəninə olan hədsiz sevgini nümayiş etdirən bütov bir epopeya, filmdir.
"Yeddi gəmi adası", "Günəş şüası" hikmətini yaradan əllər...
Sənətşünaslar qeyd edir ki, Maral Rəhmanzadə bir-birinin ardınca tablolar yaradaraq özünü tamamilə yaradıcılığa həsr edir: "Neftin daşınması", "Neftçilər tankerdə", "Rezervuar parkı", "Yeddi gəmi adası", "Günəş şüaları" və başqaları. "Fırtınada" və "Ərzaq gətiriblər" kimi qrafik miniatürləri energetikası və romantikası ilə digər işlərindən fərqlənir.
Sənətşünasların yazdığına görə, baxana elə gəlir ki, budur, əsl kişilərə xas olan iş məhz belə olmalıdır-dənizi ram etmək və heç bir çətinlik qarşısında boyun əyməmək. Amma eyni zamanda bu işlərdə insanın və təbiətin vəhdəti hiss edilir, onlar, elə bil, təbiət mənzərəsi ilə qovuşur, bir tərəfdən onun hissəsinə çevrilir, digər tərəfdən isə onun görünüşünü və əhvalını dəyişir.
"Neft daşları"nda çoxsaylı ekspedisiyalarda uzunmüddətli fədakar zəhmətin nəticəsi çoxlu və müxtəlif texniki üsullarla ifadə edilmiş qrafik işlər oldu.
Əvvəlcə bu əsərlər Maral Rəhmanzadənin Bakıda daha iki ay uzadılmış şəxsi sərgisində göstərildi. Ondan sonra sərgi artıq rəssamın ailə üzvü sayıldığı və "həmişəlik qeydiyyata alındığı" "Neft daşları"nda davam etdi. Görənlər xatırlayırlar: bu, misilsiz bir uğur idi!
Rəy kitabını dəyişdirməyə güclə imkan tapılırdı - onlar minnətdar seyrçilər tərəfindən dərhal doldurulurdu.
Çox keçmədi ki, bu uğur Moskvada da davam etdi - Kuznetsk körpüsündə SSRİ Rəssamlar İttifaqının sərgi zalında. Orada Rəhmanzadənin 70-dən artıq rəsmi, sulu boya və linoqravür işləri sərgilənmişdi. Daha sonra o, müəllimi Favorski, habelə Nisski, Vereyski və digərləri ilə birlikdə Londonda sovet qrafikasına həsr olunmuş Kral Rəssamlıq Akademiyasının qalereyasında keçirilən sərgidə "Neft daşları"ndan bir neçə işini sərgilədi. Bu əsərlər, sadəcə, Britaniya qəzetlərinin sərgiyə həsr edilmiş nüsxələrində deyil, orada nəşr olunmuş kitabda da yüksək qiymətləndirilib. Kitabda müəllifə ayrıca bir məqalə həsr edilmişdi.
1957-ci ildə Moskvada onun "Bizim Xəzərdə" adlı albomu buraxılır və dərhal da biblioqrafik inciyə çevrilir. Bu alboma daxil olan işlərin çoxu hazırda Tretyakov Qalereyasında nümayiş etdirilir. Onların ən yaxşısı "Yeddi gəmi adası" adlı rəngli avtolinoqravürdür.
Maral Rəhmanzadə artıq dünyada yoxdur, amma onun əsərləri yaşayır, yaşadıqca da öz müəllifini yaşadır. Azərbaycan mədəniyyət tarixində böyük qadınlar çox olub. Bu sırada əsl qadın, gözəllik simvolu Maral Rəhmanzadənin yeri ayrıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...
Tarix: 27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...
Tarix: 27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...
SON XƏBƏRLƏR
29.08.2026 / 23:20
Tramp indi də okeanlara göz dikdi
– körfəzimiz, gölümüz var, indi bizə bir okean lazımdır...
29.08.2026 / 22:19
SEPAH Pakistandan İrana sızmağa çalışan silahlı qrupun yaxalandığını açıqladı - ABŞ və İsrail izi…
29.08.2026 / 21:23
Paşinyan Qazaxıstan və Qırğızıstana Zəngəzur dəhlizində pay təklif etdi
- Ermənistanın payının 5 faizi…
29.08.2026 / 21:06
Qaluzin Ermənistanın dəmiryolu tələbinin arxasında Qərbin olduğunu deyir
– “İrəvan şantaj edilir”…
29.08.2026 / 20:55
“Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib"
- MEDİA
29.08.2026 / 20:48
Qara dənizdə türk gəmilərinə ard-arda hücum
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı...
29.08.2026 / 20:35
Alman nazir yanacağın bahalaşmasına görə Trampı günahlandırdı
– İrana qarşı məsuliyyətsiz müharibənin nəticəsidir…
29.08.2026 / 19:50
Macarıstanın yeni hökuməti Viktor Orbanın atasının şirkətinə iş açdı
- məhsulları iki dəfə baha satıb…
29.08.2026 / 18:49
Polşadan xəbərdarlıq
– Rusiya eskalasiyaya hazırlaşır, növbəti aylar kritik olacaq…
29.08.2026 / 18:11
Azərbaycan Prezidenti Bişkekdə keçiriləcək ŞƏT sammitində iştirak edəcək…
29.08.2026 / 17:24
“Zəngəzur dəhlizi açılanda oradan ilk keçənlərdən biri olmaq istəyirəm”
- Türkiyənin Naxçıvandakı Baş konsulu
29.08.2026 / 16:56
Folklorşünas alim, professor Məhərrəm Qasımlı yaradıcılığında milli ruh...
29.08.2026 / 16:15
Meksikada miqrantları tunellər vasitəsilə ABŞ-a keçirən "Xala"nın lideri yaxalandı…
29.08.2026 / 15:56
Naxçıvana uçuşlar təxirə salındı...
29.08.2026 / 15:17
Bakıda 3 gün leysan olacaq
- XƏBƏRDARLIQ
29.08.2026 / 14:35
Rusiya Kiyevin Buça bölgəsində sursat anbarını bombaladı
- 37 ölü, 42 yaralı, 400 təxliyə... VİDEO
29.08.2026 / 13:44
Seuta miqrasiya böhranı dərinləşir
- İspaniya AB-dən dəstək istədi…
29.08.2026 / 12:38
"Qırmızı Körpü" postunda maşında giazlədilmiş külli miqdarda dərman aşkarlandı
29.08.2026 / 12:21
Polis 1,3 kiloqram narkotik ələ keçirdi
29.08.2026 / 12:09
Polis cinayət törətməkdə şübhəli bilinən 48 nəfəri saxladı
29.08.2026 / 11:50
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
29.08.2026 / 11:47
ABŞ heç bir xərc çəkmədən Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatı üzərində nəzarəti ələ keçirdi
29.08.2026 / 11:33
Nizamidə quldurluq edən şəxs yaxalandı
29.08.2026 / 11:18
SEPAH Trampı növbəti dəfə təkzib etdi
– Hörmüzə "həlledici nəzarət" bizdədir…
29.08.2026 / 10:56
Zaxarova Alen Simonyanın son açıqlamalarını təxribat adlandırdı
29.08.2026 / 10:33
Ukrayna OZON-un Rostov vilayətindəki logistika anbarını da vurdu…
29.08.2026 / 10:17
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
29.08.2026 / 09:49
BDYPİ sürücülərə müraciət etdi
29.08.2026 / 09:35
Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatdı
29.08.2026 / 09:10
Tramp hərəkətə keçdi
- Sorosun bütün fond və təşkilatlarında vergi yoxlaması başlayır...
29.08.2026 / 07:07
Sorğuda Köçəryanın halı pisləşib -
xahişi rədd edilib…
29.08.2026 / 06:37
Özəldən maraqlı Kılıçdaroğlu açıqlaması -
“… günlərini sayır…”
28.08.2026 / 22:15
Dünyada milyarderlərin sayı rekord həddə çatdı
– kiçik bir qrup dünyanın sərvətini ələ keçirir... MARAQLI FAKTLAR...
28.08.2026 / 21:48
Qərb ölkələrinin Ukraynada uzaqvuran raket istehsalının arxasında xüsusi plan var...
Rusiya açdı...
28.08.2026 / 21:25
Paşinyan KTMT-dən üzülüşdüyü tarixi açıqladı
- 2022-nin sentyabrında Azərbaycanla nə baş verib...
28.08.2026 / 21:08
Azərbaycan ABŞ CNN-dən yüz milyonlarla dollar uda bilər
- "İran böhtanına" görə...
28.08.2026 / 20:30
"Paşinyan Putinlə 1 aprel söhbətlərinin tam əksini edir"
- Zaxarovadan ağır etiraf...
28.08.2026 / 20:07
Nepalda sel fəlakətində ölənlərin sayı 500-ü keçdi
- DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
28.08.2026 / 19:58
Polşa səfiri XİN-ə çağırıldı
- Rəsmi Bakı Varşavaya nota verdi...
28.08.2026 / 19:42
ABŞ-ın MKİ şefinin gizli Moskva görüşlərinin əsil səbəbi sonadək aydınlaşmadı...
28.08.2026 / 19:22
İspaniyanın Seuta şəhərindəki vəziyyət yenidən gərginləşdi
- etirazçılar miqrant düşərgəsini yandırdılar...
28.08.2026 / 19:11
Hökmdar və Şeyx
- YUNUS OĞUZ yazır
28.08.2026 / 19:04
Paytaxtda oğurluq edən şəxslər saxlandı
28.08.2026 / 18:47
Türkiyə Şimali Kiprlə bağlı güzəştə gedir?
- Şimal və Cənub prezidentləri razılaşdı...
28.08.2026 / 18:30
Şaraa Rusiyanın hərbi bazalarını Suriyadan niyə çıxarmadı
– Əsədin özü yox, sərvəti iş gördü...
28.08.2026 / 18:14
Avropa Birliyi Rusiyanın pullarının müsadirəsi üçün yeni plan tələb edir...
28.08.2026 / 17:58
Klinton Tramp barədə ŞOK şeylər açıqladı
- “Putinə heyrandır, qazandığı pulların kökü Moskvaya çıxır”...
28.08.2026 / 17:41
Bakı istintaq təcridxanasına ayaqqabının içərisində telefon keçirmək istədi...
28.08.2026 / 17:34
600-dən yuxarı bal yığmış savadlı abituriyent adicə texniki səhvin qurbanı olur
- Çıxış yolu yoxmu?...
28.08.2026 / 17:20
Rusiyada yanacaq böhranı Moskvaya da çatdı
– YDM-də uzun növbələr yenidən yaranıb...
28.08.2026 / 17:07
Qara dənizdə naməlum PUA Bolqarıstan ordusunu ayağa qaldırdı...
28.08.2026 / 16:55
Əli İsa Cabbarov istefa verdi, Şəfiqə Məmmədova AKİ sədrliyinə yeganə namizəd oldu...
28.08.2026 / 16:41
Rusiya hökumətindən İrəvana mesaj
– “təcili 3 şeyi etməlisiniz", TRIPP İran raketlərinin hədəfi ola bilər...
28.08.2026 / 16:25
İran CNN-nin yalanlarına uysaydı, Naxçıvana zərbələr daha dağıdıcı ola bilərdi...
28.08.2026 / 16:12
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək
28.08.2026 / 16:06
Tramp Ontario gölünün adını dəyişdi, Demokratlar hərəkətə keçdi
– qərarı ləğv edəcəklər...
28.08.2026 / 15:51
Avropaya üzv qəbulu siyahısında Gürcüstanla Türkiyənin adı çəkilmədi...
İşlər qəlizləşir...
28.08.2026 / 15:37
Kiberpolsi onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxladı
- VİDEO
28.08.2026 / 15:24
Paşinyan Azərbaycanla sülhü pozan daxili və xarici qüvvələrdən danışdı...
28.08.2026 / 15:08
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
28.08.2026 / 14:53
Putin hakimiyyəti Moskvada antiAzərbaycançı kütləvi aksiyalara start verdi...
28.08.2026 / 14:27
Baltikyanıdan olan Avropa komissarlarının Rusiya təcavüzündən bəhs edən qorxunc məktubu...
28.08.2026 / 14:10
Paşinyan – “hüquq sistemində Köçəryan-Sarkisyan mafiyası var, axtarışdan əvvəl məlumat sızdırıblar"...
28.08.2026 / 13:41
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə səkkizinci dəfə zərbə endirdi...
28.08.2026 / 13:23
Baş Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırmalara başladı
28.08.2026 / 13:08
ABŞ kəşfiyyat şefinin Moskva səfərinin pərdəarxası açılır
– “vəziyyətiniz pisləşməmiş müharibəni dayandırın”…
28.08.2026 / 12:50
Nepalda daşqınlarda ölənlərin sayı 475-ə çatdı...
Yeni təhlükə - çinli xilasedicilər axtarışları dayandırdı…
28.08.2026 / 12:37
Bakıda iki qeyri-yaşayış obyekti və məsciddə qanunsuz müdaxilə
- xəbərdarlıq edildi
28.08.2026 / 12:25
Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...
28.08.2026 / 12:10
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
28.08.2026 / 12:09
Qara dənizin Rumıniya sahillərində ticarət gəmisi vurularaq batırıldı...
28.08.2026 / 11:42
Nepalda ard-arda fəlakət yaşanır…
İndi də su bəndi partladı – əhaliyə təcili çağırış edildi…
28.08.2026 / 11:25
Norveç kralı V Harald vəfat etdi…
28.08.2026 / 11:14
İran ABŞ-ı ikiqat zərbə ilə hədələdi
- hər hansı bir addım atsa...
28.08.2026 / 11:01
Kirayə ev axtaran tələbələrə DİN-dən TƏCİLİ XƏBƏRDARLIQ
- "Təcili beh göndərin" ifadələrinə inanmayın...
28.08.2026 / 10:46
"Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir"
- XİN
28.08.2026 / 10:24
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs yaxalandı
28.08.2026 / 10:08
Suriya prezidenti kürd lideri özünə müşavir təyin etdi...
28.08.2026 / 09:57
DİN kiberdələduzların yeni üsulları ilə bağlı əhaliyə müraciət etdi
- diqqətli olun...
28.08.2026 / 09:50
Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verildi
28.08.2026 / 09:31
İran müharibəsi ABŞ-ı vurdu – “Patriot” ehtiyatı tükənir...
Avropa mümkün hücum qarşısında müdafiəsiz qalacaq...
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...
Populyar xəbərlər
Tarix: 05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...
Tarix: 07.08.2026 / 22:55
SDU rektorundan Sumqayıtlı abituriyentlərə çağırış
Tarix: 08.08.2026 / 13:43
Bakının yeraltı mineral suları: Hidrogeoloji xüsusiyyətləri, şəhərsalma tarixi və istifadə perspektivləri
Tarix: 12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri
- Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...
Tarix: 10.08.2026 / 15:53
Marneulidə 8 avqust qəhrəmanlarının xatirəsi yad edilib
XƏBƏR ARXİVİ