02/07/2020 13:25
728 x 90

Avtomobillərə qənim kəsilmişdilər – polisdən yayına bilmədilər…

img

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanıb. Saxlanarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Hüseynov ona məxsus “VAZ 2106” markalı avtomobildən gecə saatlarında 420 manat dəyərində maqnitafonun, akkumulyator və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Biləsuvar RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onların rayon sakinləri Kamran Şirəli və əvvəllər məhkum olunmuş Elnur Hüseynov olduğu müəyyən edilib. Saxlanarkən E.Hüseynovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının K.Şirəli və E.Hüseynovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 4 avtomobildən maqnitafon və akkumulyator oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır

Son xəbərlər