Azərbaycanda müəssisə rəhbəri saxlanıb. Hüquq-mühafizə orqanlarından “Trend”ə verilən məlumata görə, Şirvan Kommunal Kombinatı müəssisəsinin rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu korrupsiya cinayətlərində təqsirləndirilib.
Müəssisə rəhbəri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıb və barəsində cinayət işi başlanıb. A.Vəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.