12/11/2019 04:25
728 x 90

Daşkəsəndə yanan avtomobili son anda polis söndürdü - FOTO

img

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayonu ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın hadisəsi baş verib. Sürücü dərhal hərəkəti dayandırıb. 

Hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər