19/11/2019 17:24
728 x 90

Mingəçevirdə polis evdən 600 manat oğurluq edən şəxsləri ifşa etdi

img

Mingəçevir Şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə  şübhəli bilinən 2 nəfər - Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev  və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanıb. Saxlanan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər