Balakən sakini tapança ilə gəzirdi...

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanıb. Zaqatala şəhəri ərazisində saxlanan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.