Ucarda ana və qızı itkin düşüb - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə birlikdə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Toğrul NƏSİRLİ
polis leytenantı