13/12/2019 19:12
728 x 90

Oğurladığı meyvələri ucuz qiymətə satmışdı – Əmrah...

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümi meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər