İyulun 16-dan 17-dək Respublikanın daxili işlər orqanları gün ərzində 107 cinayət faktı qeydə alıb ki, onların da 16-sı “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı