İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanıb. Araşdırmalar zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı