İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.
Araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı