Binəqədi rayonunda məişət tullantıları qutusundan hissələrə bölünmüş qadın meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olduğu və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atıldığı müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.