Fevralın 18-nə keçən gecə DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.
Dərhal aidiyyəti üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlandığı məlum olub.
Polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı