Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib.
Saxlanan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı