Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı