DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir gündə rayon ərazisində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən iki şəxs saxlanıb.
Belə ki, Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Təhməzov polis əməkdaşları tərəfindən saxlanıb. Onun üzərinə baxış zamanı bir ədəd qara rəngli selofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunub. Ekspertizaya təqdim olunan bükülünün ümumi çəkisi 119,094 qram olması barədə rəy verilib. Digər bir şəxsin isə Xaçmaz şəhər sakini Ələkbər Musayev olması müəyyən edilib. Ə.Musayevin üzərindən 101.331 qram çəkidə narkotik vasitə sayılan marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Quba RPŞ TQ-da araşdırmalar aparılır.
Nizam Həmidov polis leytenantı