Moskvanın Basman məhkəməsinə müraciət edən 31 yaşlı qadın kriptovalyuta almaq istəyərkən 4,2 milyon rubl miqdarında pulunun yoxa çıxdığını bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “pyatıy kanal” saytı xəbər yayıb. Xəbərə görə, şikayətçi qadınbildirib ki, noyabrın əvvəlində tanışı ona “sərfəli əməliyyat” təklif edib. Tanışının onu inandıqdığını deyən qadın həmin miqdarda pulunun kriptovalyutaya çevrilməsinə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, bundan sonra onun hesabına heç bir rəqəmsal valyuta daxil olmayıb.
Olayla bağlı cinayət işi açılıb.
Saytın xəbərinə görə, daha öncə Moskvada dələduzlar bir mağaza satıcısının da 15 milyon rubl məbləğində kriptovalyutasını qarət edib.