DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhərin Azadlıq küçəsi ilə M.Əbilov küçəsinin kəsişməsində yerləşən körpünü elektrik enerjisi ilə təmin edən dövlət və ictimai əhəmiyyətli Qusar RİHB-nın Qusar şəhəri üzrə İƏN-nə məxsus elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini tutulub.
Hadisəni törədən əvvəllər məhkum olunmuş Zedik Əlifxanov polislər tərəfindən saxlanaraq şöbəyə gətirilib. Dindirilmə zamanı Z.Əlifxanov körpünü elektrik enerjisi ilə təmin edən naqilin 200 metrlik hissəsini kəsdiyini etiraf edib. Oğurlanmış elektrik kabelləri ondan maddi sübut kimi götürülüb.
Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Əlifxanovun törətdiyi daha bir faktın üstü açılıb. Belə ki, keçən ilin iyul ayında Z.Əlifxanov həmin ərazidən eyni üsulla 100 metr elektrik kabelini kəsərək dövlətə maddi ziyan vurub.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmatar aparılır.
Nizam HƏMİDOV polis leytenantı