Fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus "NAZ-Lifan” markalı avtomobil qaçırılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib.