Gəncədə bıçaqlanma hadisəsi baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Arzu Hüseynov bıçaq yarası ilə tibb müəssisəsinə çatdırılıb. A.Hüseynov xəstəxanada əməliyyat edilib. İlkin məlumata görə, hadisə toy məclisində baş verib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Mətləb