Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mətləb