Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum edilmiş 33 yaşlı Vüsal Yusifov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin şəxsdən 10 kiloqramdan artıq marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V. Yusifov barəsində həbs qətimkan tədbiri seçilib.
Mətləb