Sabirabadda arvad ərini bıçaqlayıb

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Mirzə Mehman oğlu Musayev sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb