6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyulun 14-də yabanı halda bitən 3,3 tona yaxın çəkidə, 6 min 300 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bu istiqamətdə tədbirlərin davam etdirildiyi qeyd olunub.
Mətləb