Binəqədidə "Mercedes" yolu keçən qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yük avtomobili qadını vuraraq öldürüb. 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mətləb