Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Turan Sadiq oğlu Abdullayev idarə etdiyi "Changan" markalı avtomobillə piyada, 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxana yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Fakt bağlı cinayət işi başlanılıb.
Mətləb